XI Lüdovik

XI Lüdovik
fr. Louis XI
Şəxsi məlumatlar
Doğum tarixi 3 iyul 1423[1]
Doğum yeri
Vəfat tarixi 30 avqust 1483[1] (60 yaşında)
Vəfat səbəbi insult
Atası VII Şarl[2]
Həyat yoldaşları
Uşaqları

Təltifləri Müqəddəs Mikayıl ordeni
Monoqram Monoqramın şəkli
İmzası İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

XI Lüdovik (fr. Louise XI) və ya Tədbirli Lüdovik (fr. Louise le Prudent; 3 iyul 1423[1], Burj30 avqust 1483[1]) — Fransa kralı.

Lüdovik 1440-cı ildə atası VII Çarlza qarşı ayaqlandı. Atasını devirməyi planlaşdırsa da, bu cəhdi uğursuz oldu. Buna baxmayaraq atası tərəfindən bağışlandı və mərkəzdən uzağa — cənub-şərqi əyalətlərdən birinə göndərildi. Ancaq burada Lüdovik öz intriqalarını davam etdirdi və atasının etirazlarına baxmayaraq Savoyya hersoqunun qızı Şarlotta ilə evləndi. Nəticədə VII Çarlz oğlunun üzərinə ordu göndərdi və Lüdovik atasının ən güclü düşməni Burqundiya hersoqu Yaxşı Filipə sığındı.

Atası VII Çarlz 1461-ci ildə vəfat etdi və Lüdovik taxta keçmək üzrə Burqundiyanı tərk etdi. Ancaq ilk başda dost olduğu Burqundiya ilə sonralar münasibətləri pisləşdi və 1472-ci ildə Burqundiya hersoqu Cəsur Çarlz Fransaya qarşı müharibə elan etdi. Buna cavab olaraq Lüdovik İngiltərə kralı IV Eduardla ittifaq qurdu və bu birlik Yüzillik müharibənin ardından İngiltərəFransa arasında qurulan ilk ittifaq oldu. 1477-ci ildə baş tutan Nansi döyüşündə Cəsur Çarlz həlak oldu və beləcə, Burqundiya hersoqlarının sülaləsi qurudu. Lüdovik siyasi boşluqdan istifadə edərək Burqundiyaya aid bəzi mülkləri ələ keçirməyə çalışdı.

Onun apardığı intriqalar və diplomatik fəaliyyəti səbəbilə "le Ruse" ("Hiyləgər") və düşmənlərinə tələlər qurduğu üçün "l'universelle aragne" ("Dünya hörümçəyi") ləqəbi qazandı. Lüdovik 30 avqust 1483-cü ildə vəfat etdi və yerinə azyaşlı oğlu VIII Çarlz taxta çıxdı.

Mənbə

  • Tyrell, Joseph M. (1980). Louis XI. Twayne Publishers. ISBN 9780805777284
  • Thompson, John B. (1995). The Media and Modernity: A Social Theory of the Media. Stanford University Press. ISBN 978-0-745-65674-8
  • Moreau, Gilles-Marie (2010). Le Saint-Denis des Dauphins: histoire de la collégiale Saint-André de Grenoble (in French). L'Harmattan. ISBN 978–2296130623
  • Le Roy Ladurie, Emmanuel (1987). The Royal French State 1460–1610. Blackwell Publishers. ISBN 978–0631170273
  • Kendall, Paul Murray (1971). Louis XI: The Universal Spider. W. W. Norton & Company Inc. ISBN 978–1842124116
  • Hoyt, Robert S.; Chodorow, Stanley (1976). Europe in the Middle Ages. Harcourt, Brace, Jovanovich, Inc. ISBN 978–0155247130
  • Châtelet, Albert; Paviot, Jacques (2007). Visages d'antan : le Recueil d'Arras (XIVe-XVIe siècle). Éditions du Gui. ISBN 978-2-9517417-6-8
  • Brine, Douglas (2015). Pious Memories: The Wall-Mounted Memorial in the Burgundian Netherlands. Brill. ISBN 978–9004288324
  • Bowersock, G W (2009). From Gibbon to Auden : Essays on the Classical Tradition. Oxford, UK: Oxford University Press. ISBN 9780199704071
  • Bakos, Adrianna E. (1997). Images of Kingship in Early Modern France: Louis XI in Political Thought, 1560–1789. Routledge. ISBN 978–0415154789

İstinadlar

  1. 1 2 3 4 Deutsche Nationalbibliothek Record #118574930 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  2. 1 2 3 4 5 6 Kindred Britain.

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!