Vikipediyada bu adlı digər şəxslər haqqında da məqalələr var; bax:
Henri.
V Henri and Monmutlu Henri (ing. Henry V of England; ing. Henry of Monmouth) (16 sentyabr 1386 – 31 avqust 1422[1], Vensen qəsri[d]) — İngiltərə kralı. Nisbətən qısa olan səltənətinə baxmayaraq onun Yüzillik müharibə dönəmində Fransa üzərində qazandığı hərbi uğurlar İngiltərəni Avropanın ən mühüm hərbi güclərindən birinə çevirdi.
Atası IV Henrinin səltənəti illərində Uels torpaqlarında çıxan üsyanın yatırılmasında, eləcə də aristokrat Persi ailəsinin siyasi nüfuzunun azaldılmasında iştirak etdi və beləcə, hərbi təcrübə qazanmağa başladı. Atasının səhhətinin pisləşməsinin ardından Henrinin İngiltərənin idarəçiliyindəki nüfuzu artmağa və bu səbəblə ata-oğul arasında siyasi gərginlik yaranmağa başladı. Atasının 1413-cü ildə vəfatı ilə Henri ölkənin idarəsini tamamilə ələ aldı və sələflərindən fərqlənməyərək Fransa krallığı üzərindəki taxt iddiasını davam etdirdi.
Yüzillik müharibə çərçivəsindəki ilk hərbi uğuru isə 1415-ci ildə Azenkur döyüşündə qazandığı məşhur qələbəsi oldu. Fransadakı siyasi bölünmədən məharətlə istifadə edən V Henri krallığın böyük hissəsini işğal etdi və Normandiya uzun illərdən sonra ingilislərin əlinə keçdi. Fransa kralı VI Çarlzla aylarca davam edən müzakirələrin ardından 1420-ci ildə tərəflər arasında Troya sülhü bağlandı. Sülhə əsasən, V Henri kralın qızı Valualı Ketrinlə evlənərək Fransa taxt-tacının varisi elan olundu. İngiltərə və Fransanı vahid bir krallıq halında birləşdirməyi planlaşdıran V Henrinin bu arzusuna ömrü vəfa etmədi. 2 il keçmədən V Henri gözlənilməz şəkildə vəfat etdi və hələ 9 aylıq olan oğlu İngiltərə kralı elan olundu.
Mənbə
- Mortimer, I. (2007). The Fears of Henry IV: The Life of England's Self-Made King. London: Jonathan Cape. ISBN 978-0-224-07300-4. pp. 371–372
- Allmand, C. (1992). Henry V. English Monarchs series (new ed.). Yale University Press (published 1997). ISBN 978-0-300-07369-0. pp. 7–8
- Curry, A. (2013). "The Making of a Prince: The Finances of 'the young lord Henry', 1386–1400". In Gwilym Dodd (ed.). Henry V: New Interpretations. York Medieval Press. p. 11. ISBN 978-1-903153-46-8
İstinadlar
| |
---|
Lüğətlər və ensiklopediyalar | |
---|
Şəcərə və nekropolistika | |
---|
|