SpaceX

SpaceX
Loqonun şəkli
Ümumi məlumatlar
Sənaye kosmik sənaye[d]
Məhsulları muxtar kosmikliman dron gəmisi[d], Draco[d], Dragon[d], Falcon[d], Kestrel[d], Merlin[d], Octagrabber[d][1], Raptor[d], Starhopper[d], SuperDraco[d]
Təsis tarixi 14 mart 2002[2]
Baş qərargahın yeri
Struktur
İşçi sayı
  • 12.000 nəf. (aprel 2022)
Rəhbərlik
Təsisçi
Baş icraçı direktor İlon Mask
spacex.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

SpaceX (ing. Space Exploration Technologies Corporation; azərb. Kosmik Kəşf Texnologiyalar Şirkəti‎) — mərkəzi ABŞ-nin Kaliforniya ştatındakı Hotorn şəhərində yerləşən amerikan kosmik nəqliyyat şirkəti. SpaceX Falcon 9, Falcon Heavy, Starlink, Dragon, Starship kimi kosmos missiyalı raketlər istehsal etmişdir.

Şirkət 2002-ci ildə daha əvvəl PayPal-ın da yaradıcılarından olan, Tesla Motors şirkətinin CEO-su Elon Musk tərəfindən Marsın koloniyalaşdırılmasını təmin etmək üzrə kosmik nəqliyyatın xərcini azaltma hədəfi ilə quruldu. İndiyə kimi Falcon 1, Falcon 9 və Falcon Heavy adlı ən başdan təkrar istifadə edə bilmək üçün dizayn edilmiş olan kosmosa uçuş qurğu/raket sistemlərini və Falcon 9 tərəfindən orbitə çıxardılmış olan Beynəlxalq Kosmik Stansiyaya ləvazimat/ərzaq təmin etmək üzrə Dragon (insansız) kosmik gəmisini yaratdı. Dragon kosmik gəmisini insanlı halı yaradılma mərhələsindədir.

SpaceX-in uğurları arasında bunlar vardır:

  • 28 sentyabr 2008 tarixində özəl sektor tərəfindən maliyyələşdirilən və orbitinə çatan ilk maye yanacaqlı raket (Falcon 1);
  • 9 dekabr 2010 tarixində bir kosmik gəmini kosmosa göndərən, orbitə oturdan və bu kosmik gəmini (Dragon) uğurlu bir formada dünyaya geri gətirən ilk şəxsi sektor şirkəti;
  • 25 may 2012 tarixində Beynəlxalq Kosmik Stansiyasına bir kosmik gəmi (Dragon) yollayan ilk şəxsi sektor şirkəti;
  • 30 may 2020 tarixindən Beynəlxalq Kosmik Stansiyasına Crew Dragon-u göndərərək insanlı bir missiya tamamlayan ilk şəxsi sektor şirkəti;
  • 24 yanvar 2021 tarixində yalnız bir raket uçuşu ilə daşınan ən çox peyk (143 peyk).

SES-8 peykinin 3 dekabr 2013-cü ildə uçuşu SpaceX-in geosinxron orbitə ilk təslimatı olmuşdur.

Keyfiyyəti və xərci yoxlanış altında tutmaq məqsədi ilə SpaceX kosmik gəmi və raketlərdə istifadə etdiyi komponentin böyük hissəsi dizaynını, sınaqlarını və istehsalını şirkət daxilində həyata keçirdir; bu komponentlər arasında Falcon uçuş sistemi və Dragon kosmik gəmisində istifadə edilən Merlin, KestrelDraco raket mühərrikləri vardır. Bu SpaceX-in sektordakı ən ucuz uçuş qiymətini verə bilməsinə və ənənəvi raket inkişafı/istehsalı zamanını böyük nisbətdə azalda bilməsinə imkan yaratmışdır.

2013 noyabr ayında ticari uçuşlarda bazar lideri olan fransız şirkəti Arianespace SpaceX-in yaratdığı rəqabət səbəbi ilə Ariane 5 raketiyle geostasionar orbitə daşıdığı "daha yüngül peyklər" üçün ucuz qiymətləndirməyə gedəcəyini açıqlamışdı.

2006-cı ildə NASA şirkət ile Beynəlxalq kosmik stansiyaya yük tədarük edə biləcək bir uçuş/nəqliyyat sistemini dizayn edib həyata keçirə bilməsi üçün 'Ticari Orbiti Nəqliyyat' müqaviləsini imzaladı. SpaceX 2015 iyun etibarı ilə Beynəlxalq kosmik stansiyaya yük tədarük müqaviləsi altında 5 uçuş həyata keçirmişdir. NASA SpaceX ilə həmçinin NASA-nın 'Ticari Ekipaj İnkişaf Etdirmə ' (CCDev) proqramının parçası olaraq insanlı istifadəyə uyğun Dragon kosmik gəmisinin inkişafı və uğurlu bir formada istifadəsinin göstərilməsi üçün müqavilə imzalamışdır. SpaceX ilk ekipajı Dragon/Falcon 9 uçuşunu 2016-cı ildə etdi. Şirkət o zamana qədər kosmik gəmisinə, bütün ehtiyacları qarşıladığı təsdiqlənmiş, insan istifadəsi üçün uçuş vaxtı qaçış sistemini daxil etməyə çalışmışdır. NASA müqavilələri ilə birlikdə SpaceX şəxsi sektor şirkətləri ABŞ xaricində hökumət qurumları və amerikan ordusu ilə özünün uçuş xidmətləri üçün müqavilə imzalamışdır. 2015 fevral etibarıyla SpaceX 15 ədəd Falcon 9 raketini, 14 uğurlu və bir qismi uğursuzluqla uçmuş və müştəriləri üçün ən az 30 uçuş planı planlamış vəziyyətdədir.

Tarixi

SpaceX işçiləri Dragon kapsulu ilə SpaceX Baş ofisində; Hotorn, Kaliforniya, fevral 2015.

Təsisi və inkişaf tarixi

SpaceX 2002-ci ilin İyun ayında, PayPal ve Tesla Motors şirkətlərinin ortaq qurucularından olan Elon Musk tərəfindən yaradılmışdır, çünki Elon Musk sərvəti ilə təqaüdə çıxmaq ya da xeyriyyə işləri görməkdən daha üstün bir iş görmək niyyətində idi, həmçinin kosmosda ucuz və etibarlı səyahət ABŞ-də qulağa xoş gələn və qazanca çevrilə biləcək bir sahə idi. Onun məqsədi özəl havayolu təyyarələrinə bənzər, kosmosa bir çox dəfə göndəriləbiləcək asan və ucuz başa gələn raketlər istehsal etmək idi. 2006-cı ilin mart ayında Musk artıq öz sərvətindən şirkətə 100 milyon $ vəsait ayırmışdı.[3] 4 Aqust 2008 tarixində sponsor firması olan Founders Fund şirkəti SpaceX -ə əlavə olaraq 20 milyon $ vəsait ayırmışdır.[4]

2012-ci ilin əvvəllərində şirkətin qurrucusu şirkətin haradasa 3-də 2-inə sahib idi.[5] Şirkətin 70 milyon ədəd hissəsinin o zaman üçün özəl sektor bazarındakı qiymətinin 875 milyon $ olduğu təxmin edilir,[6] bu da SpaceX şirkətinin 2012-ci ilin fervral ayı ərəfəsində dəyərinin təxmini 1.3 milyar $ ətrafında olduğunu göstərir.[7] 2012-ci ilin may ayındakı COTS 2+ uçuşundan sonra, şirkətin özəl sərmayesi haradasa iki qatına — 2.4 milyar $ dəyərinə yüksəlmişdir.[8]

2012-ci ildə şirkətin xalqın istifadəsinə verilməsinin 2013-cü ilin sonlarında mümkün olacağı söylənirdi[9], ancaq daha sonra Musk, 2013-cü ilin İyun ayında verdiyi açıqlamasında bunun "Mars Koloniya Daşıyıcı Sisteminin nizamlı şəkildə uçuşlar həyata keçirməsinə qədər gözləyəcəyini bildirdi,"[10] bu açıqlama 2015-ci ildə dəyişdirilərək SpaceX-in xalqın xidətinə açıq bir şirkətə çevrilməsi üçün həlkə uzun illər lazım olduğu bildirildi.[11]

Şirkət 2002-ci ildə yaradıldığından bəri sürətlə böyümüş, 2005-ci ilin oktyabr ayında 160 nəfər olan işçi sayı 2008-ci ilin iyul ayında 500-ü, 2010-cu ildə isə 1100-ü, 2012-ci ilin əvvəllərində 1800-ü və 2013-cü ilin əvvəllərində isə 3000-i keçmişdir.[12] 2013-cü ilin sentyabr ayında şirkətin bütün işçilərinin sayı 3800 oldu.

2005-ci ilin yanvar ayında, SpaceX Surrey Satellite Technology Ltd. şirketinin % 10 hissəsini satın almışdır.[13]

16 iyun 2009 tarxində SpaceX Astronavt Təhlükəsizliyi və Missiya Təminatı bölməsini açmışdır. Keçmiş NASA astronavtı Ken Bowersox böləminin fəaliyyətlərini davam etdirmək üçün şirkətin başçı köməkçisi olaraq işə götürülmüşdür. Lakin, keçmiş astronavtın 2011-ci ilin sonlarına yaxın SpaceX şirkətindən ayrıldığı bildirilmişdir. Ayrılması üçün heç bir səbəb bildirilməmiş və yerinə də hər hansı başqa bir şəxs götürülməmişdir.

Hal-hazırda Elon Musk idarə heyətinin sədri (CEO), Gwynne Shotwell isə şirkət başçısı və şirkət idarə meneceri (COO) olaraq işləməkdədir.

Maliyyələşmə

SpaceX özəl sektor tərəfindən maliyyələşdirilən bir kosmik səyahət şirkətidir.[14] Birinci orbitə atılma vəsitəsi — Falcon 1 və üç raket matorunu—Merlin, Kestrel və Draco— tamamiylə özəl maliyə ehtiyatı ilə həyata keçirmişdir. SpaceX Merlin raket matorunun dəyişdirilimiş bir formasını istifadə edən Falcon 9 orbitə atılma vasitəsinin maliyyəsinin bir qismi üçün ABŞ hökuməti ilə müqavilə imzalamışdır. SpaceX, Metan yanacaqlı Raptor raket motorlu, Falcon Heavy ağır orbitə atılma vasitəsi və bir sıra yenidən istifadə ediləbilən orbitə atılma vasitələrinin texnologiyasını öz özəl maliyyəsi hesabına həyata keçirməkdədir.[14]

2012-ci ilin may ayından etibarən SpaceX quruluşundan sonraki ilk 10 ildə cəmi 1 milyard $ maliyyə ilə işləmişdir. Bunun içərisindəki 200 Milyon $ dəyərində özəl maliyyənin yarısını Musk-un buraya qoyduğu 100 Milyon $ dəyərindəki maliyyədən ve digər sərmayəçilərin verdiyi 100 Milyon $ -dan ibarətdir. (Founders Fund, Draper Fisher Jurvetson, və s). Maliyyənin qalan hissəsi uzun müddətli atılma və inkişaf etdirmə sazişlərindəki "inkişaf müddəti" ara ödənişlərindən gəlmişdir. SpaceX 40 dan çox missiyanı həyata keçirmək məqsədilə öz özəl müştəriləri və NASA ilə 4 milyon $-lıq müqavilə imzalamış, lakin bəzi özəl müştərilər maliyyəni aşağı salmışdır, 2012-ci ilin aprel ayına qədər NASA -nın fondları SpaceX-i 400–500 Milyon $ maliyyə ilə təmin etmişdir.[15] 2012 may etibarıyla, SpaceX 40 ədət uçuş missiyası üçün müqavilələr imzalamışdı və uzun müddətli müqavilələr üçün Amerika Mühasibat qaydalarının görə müqavilə imzaladıqdan dərhal sonra nağd ödəniş təşkil veriləli idi. Bundan əlavə çox uçuş tarixindən əvvəl bitən uçuş vasitəsi kompenetləri üçün ara ödənişlər alırdı.

2012 avqust ayında SpaceX NASA ilə "CCiCap — Yeni nəsil Amerikalı insanlı kosmik uçuş" təklif edəcək ekipajlı kosmik kapsulun dizaynı və inkişafı üçün böyük müqavilə imzaladı. Bu müqavilə ilə NASA 2017-ci ilə qədər təkrar Amerika torpaqlarından kosmosa astronavt göndərə bilməyi planladı. Başqa iki şirkət Boeing və Sierra Nevada Corporation, NASA ilə eyni istehsal müqavilələri imzalamışdırlar. NASA-nın bu üç şirkətlə imzaladığı Kosmik Hüquq Müqaviləsi əhatəsində, bu üç şirkətin, NASA-nın "Kommersiya Ekipajlı Kosmik Uçuş İmkanları" üzərindən etdikləri irəliləmələr və uğurları ilə həm ictimaiyyətə, həm də hökumətə münasib qiymətlərlə kommersiya insan kosmos uçuşunu təqdim etmək üçün nəzərdə tutulub. Bu müqavilənin hissəsi olaraq, SpaceX 2012 və 2014 may arasında edəcəyi çatdırılmalar üçün 440 milyon dəyərində müqavilə imzalamışdır.

2012-ci ilin sonunda SpaceX-in iş siyahısında ümumilikdə 4 milyard $ dəyərində, ABŞ hökuməti və şəxsi sektor müştəriləri ilə olan müqavilələrin nəticəsini təmsil edən 40-dan çox uçuş var idi. Bu müqavilələrin çoxunda çoxdan SpaceX-ə ara ödənişlər edilməyə başlanmışdı. 2013 dekabr ayı etibarıyla SpaceX 50 ədət irəli tarixli uçuşu müqavilələrlə əlaqələndirmişdir. Bunların 3-də 2-si kommersiya müştəriləri üçün idi. 2013-cü ilin sonlarına yaxın kosmos sənayesi mediyasında SpaceX-in rəqiblərinə (Ariane 5 və Proton) görə qiymət qırdığına dair şərhlər edilməyə başlanmışdı. Bu tarixlərdə SpaceX ən az 10 ədət daha jeostatik orbit uçuşu planlamışdı.

2015-ci ilin yanvar ayında SpaceX Google-dan ve Fidelity investisiya şirkətindən , şirkətin 8,333%-lik hissəsinə müvafiq cəmi 1 Milyar $ maliyyə aldı, beləliklə şirkətin dəyəri təxminən 12 milyar $ dəyərinə yüksəlmişdir.[16] Əvvəllər bu investisiyanın SpaceX-in peyk istehsalı ve qlobal peyk internet xidməti işlərinə başlaması üçün olduğu düşünülsədə[17] Gwynne Shotwell 2015-ci ilin mart ayında verdiyi müsahibədə investisiyanın qlobal peyk internet xidməti ilə əlaqədar olmadığını bildirdi.[18] Əslində Google O3b və OneWeb ilə yollarını ayırdığından bəri peyk internet ortağı axtarmaqdaydı.[19]

Hədəflər

İlon Mask digər kosmik uçuş şirkətlərinin baha qiymətlərinin səbəbini lazımsız bürokratiyadan irəli gəldiyini deyir. Daha əvvəl məqsədlərindən birinin kosmosa çatmağın maliyyə tədbirini və təhlükəsizliyini önəmli miqdarda artırmaq olduğunu bildirmişdir.[20] 2010 dekabr ayında SpaceX Dragon kosmik kapsulu iki istiqamətli uçuşdan qayıtdıqdan sonra uğurlu şəkildə kosmik gəmini uçuran və geri qaytaran ilk özəl şirkət olmuşdur.[21] Kosmos Vəqfi SpaceX-ə Dragon gəmisinin uğurlu uçuşu və dünyaya uğurlu şəkildə geri qayıtması səbəbi ilə 2011-ci ilin Kosmos Uğur Mükafatını vermişdir.[22]

Müxtəlif konfranslarda, SpaceX gələcəyin motor və uçuş gəmilərinə aid dizayn şəkillərini ortaya qoymuşdur. Bu dizaynların həyata keçirilməsi məhsuldarlığın artırılmasına aid tələblərlə əlaqəli olaraq ediləcəyi bildirilmişdir. Şirkətin 2004-cü ildəki planlarında "müştəri tələbi olması vəziyyətində ağır və super-ağır uçuş sistemlərinin ediləcəyi" bildirilmişdir. Ağırlıqdakı hər səviyyə artımı orbitə çıxış maliyyəsini aşağı salacaqdır. CEO İlon Mask bu açıqlamnı etmişdir: "İnanıram ki, funt başına 500 $(1,100$/kq) və ya daha azı eilə bilər."[23]

SpaceX özünə aid ekipajlı ilk kosmik gəmi olan "Dragon" kosmik gəmisinin 2017-ci ilə qədər test uçuşunu etməyi planlayırdı.[24] İlon Mask şəxsi hədəfinin Marsda insan araşdırılması və yerləşdirilməsi olduğunu bildirmişdir.[25] 2011-ci ildə etdiyi görüşdə Marsın səthinə 10–20 il arası bir müddətdə insanları aparmağı düşündüyünü bildirmişdir.[25] 2013 iyun ayında Mask özəl sərmayəli olaraq dizayn ediləcək və Marsa gedəcək sonra Yerə geri qayıdacaq olan kosmik gəmi, mühərrik, kosmik kapsul, kosmik uçuş sistemlərinin hamısını təşkil edən Mars Koloniya Daşıyıcısı terminini istifadə etmişdir və həmçinin SpaceX-in Texas Boca Chica-dakı uçuş bazasında Mars mövzulu adları daşınmaz əmlak paketləri üçün istifadə edir.[26] 2014 mart ayında COO Quinni Şotuell Falcon Heavy və Dragon v2 ekipajlı versiyasının uçuşa hazır olanda şirkətin mühəndislik komandasının Mars tapşırıqlarındakı nəqliyyat infrastrukturu üzərində daha çox işləyəcəklərini demişdir.[27] 2015 yanvar ayında Mask 2015-ci ilin sonlarına yaxın Mars Nəqliyyat Sistemi üçün "tamamilə yeni memarlığ"ın detallarını açıqlamağı düşündüyünü bildirmişdir.[28]

2015 yanvar ayında SpaceX peyk istehsalı və sferik peyk internet təminediciliyi işinə girəcəyini açıqlamışdır. Peyk istehsal təsisinin Vaşinqton ştatının Sietl şəhərində olacağını bildirmişdir. İnternet xidmətinin 1100 km-lik orbitlərə sahib 4000 ədət peykdən ibarət olan bir peyk şəbəkəsi üzərindən işləyəcəyini və 2020-ci ildə xidmət verməyə başlayacağını bildirmişdir. Bu işin hədəfinin gəlirini və pul axınını artıraraq SpaceX-in Mars koloniyası qurmağına imkan yaratmışdır.[11]

İnkişaf mərhələsində olan gələcəyin məhsulları içərisində Falcon Heavy uçuş sistemi Falcon 9 və Falcon Heavy gəmiləri üçün təkrar istifadə edilə bilən uçuş gəmiləri və yeni Maye Metanla işləyən Raptor raket mühərriki vardır. Falcon Heavy raketi Falcon 9 texnologiyası əsasında dizayn edilmişdir və bitdiyində Apollon dövründəki Saturn V raketindən bəri dünyadakı ən güclü raket olmuşdur. Falcon Heavy Apollon 8 uçuşlarında olduğu kimi orbitinə ekipajlı Dragon gəmisi göndərməkdə istifadə edilə bilən və ya dəyişdirilmiş insansız Dragon gəmisinin Marsa enməkdə istifadə edilə bilər.[29] Mask şirkətin məqsədinin Marsda qalıcı insan həyatının yaradılmasına kömək etmək olduğunu açıqlamışdır.

Təsislər

Falcon 9 v1.1 raketi nüvələrin istehsalı mərhələsində, SpaceX Hotorn təsisi, 2014 noyabr

Baş ofis və raket istehsal bazası

SpaceX-in baş ofisi Los-Ancelesin şəhərətrafı olan Hotorn ərazisində 1 Roket Yolu ("1 Rocket Road") ünvanında yerləşir. Daha əvvəllər Boeing 747 təyyarələrinin gövələrinin istehsal edildiyi bu böyük təsis SpaceX-in ofis sahəsi, tapşırıq idarəsi və gəmi fabriki hissələrini təşkil edir. Ərazi Amerikadakı kosmik şirkətlərin baş ofisləri, təsisləri və/və ya subpodratçıları baxışından ən çox sıxlığa sahib olan ərazidir. Bunlara böyük kosmik şirkət mühəndisləri və kollecdən yeni məzun olan mühəndislər hovuzu yaradan Boeing/MakDonnel Douqlas əsas peyk istehsal kampusu, Raytheon, NASA-nın Reaktiv Mühərrik Laboratoriyaları, Lockheed Martin, BAE, Northrop GrummanAECOM və sairə təsisləri daxildir.[30]

SpaceX raketlərinin və raket mühərriklərinin istehsalında yüksək miqdarda şaquli inteqrasiya istifadə edir. Kosmos və Aviasiya sənayesində bənzəri olmamış şəkilfə SpaceX şəxsi raket mühərikklərini, uçuş gəmilərini, komik gəmilərini, əsas avionik komponentlərini və bütün proqramlarını Hotorn təsislərində şirkət içində istehsal edir. Yenə də SpaceX-in 3000-dən çox təchizatçısı vardır və bunlardan 1100-ə qədəri SpaceX-ə həftəlik ləvazimat təslimatı edir.[31]

Peyk istehsal bazası

SpaceX 2015 yanvar ayında etdiyi açıqlamada Redmond, Vaşinqtonda peyk istehsal mərkəzinin qurulacağını bildirmişdir. Təsisdə başlanğıcda 60 olan mühəndis sayının bir neçə ildə 1000-i keçəcəyini bildirmişdir.[32]

Regional ofislər

SpaceX-in Hyuston, Texas; Çantilli, Virciniya; və Vaşinqton, D.C. ərazilərində regional ofisləri vardır.[33] 2014-cü ildə Sitl ərazisində açıdığı ofisdə sıx şəkildə mühəndis və proqramçıları işə alır.[34]

Test və uçuş sonrası sökmə bazaları

SpaceX-in 2 ədət test təsisi vardır: Texas ştatının MakQreqor şəhərindəki SpaceX Roket İnkişafı və Test Təsisi (SpaceX Uçuş Təsisləri) və Nyu Meksiko ştatının cənubundakı Cornada del Muerto səhrasında qurulan Kosmik Limanı Amerikada olan və kirayəyə götürülmüş VTVL (şaquli qalxış və şaquli eniş) test təsisi.

Uçuş təchizatı

SpaceX hazırda iki geniş sinif raket mühərriki çıxarır: kerosin yanacaqlı Merlin mühərrikləri və hiperbolik yanacaqlı Draco / SuperDraco verici Bağlanma. Merlin iki ana sahəyə launch vasitəsinə güc verdi: iyun 2010-dakı orbitində uçan böyük Falcon 9 və ilk uçuşunu etməsi planlaşdırılan Falcon Heavy super ağır sinfi SpaceX eyni zamanda, aşağı-Dünya orbitinə kargoyu daşımaq üçün bir Falcon 9 boosters üzərinə atılan təzyiqli bir orbit kosmos vasitəsi olan Dragon'u və hal-hazırda insan dərəcəli olma mərhələsində olan Dragon 2 kosmos vasitəsini istehsal edir. 2014-cü ildə başlayan müxtəlif uçuş dizayn araşdırmaları və uçuş testləri vasitəsilə hazıfrlanır.

Raket mühərrikləri

SpaceX'in 2002-ci ildə qurulmasından bu yana şirkət, atma vasitəsi təhriki üçün Merlin və KESTREL olmaqla üç raket mühərriki ailəsi inkişaf etdirdi və Draco nəzarət Kenetlenme. SpaceX bu anda iki dənə daha raket mühərriki inkişaf etdirir: SuperDraco və Raptor.

Merlin, SpaceX tərəfindən Falcon raket ailəsinin atma vasitələrində istifadə üçün inkişaf etdirilmiş bir raket mühərrikli ailədir. Merlin mühərrikləri, bir qaz-generator güc çevriminde itələyici olaraq LOX və RP-1-i istifadə etməkdədir. Merlin mühərriki başlanğıcda dəniz qurtarma və yenidən istifadə üçün hazırlandı. Merlin'in ürəyindəki şpris, ay modulu eniş mühərriki üçün Apollo Programında ilk istifadə pint növüdür. Itələyici qazlar, təkli mil, cüt fanlı turbo nasos ilə bəslənər.

KESTREL, LOX / RP-1 təzyiq bəsləməli bir raket mühərrikdir və Falcon 1 raketinin ikinci etap ana mühərriki olaraq istifadə edilmişdir. SpaceX'in Merlin mühərrikiylə eyni pintle arxitekturası ətrafında inşa edilmiş ancaq bir turbo nasos ehtiva etmir və yalnız tank təzyiqi ilə bəslənir. Avarəsi haznede və boğazda Ablatif olaraq soyudulur, eyni zamanda radiasiyala soyudulur və yüksək möhkəmlik bir niobium alaşımdan emal edilir.

Draco, monometil hidrazin yanacağı və azot tetroksit oksidləyiciyi istifadə hiperbolik maye itələyici raket mühərrikləridir. Hər Draco itələyici 400 newton (90 lbf) itələmə qüvvəsi istehsal edir. Dragon kosmos vasitəsində reaksiya nəzarət sistemi (RCS) Kenetlenme olaraq istifadə edərlər. SuperDraco mühərrikləri, başlanğıcda versiya 2 Dragon kosmik Dragon 2-də eniş və launch qaçış sistemi mühərrikləri olaraq istifadə ediləcək Draco iticilərinin çox daha güclü bir versiyasıdır.

Raptor, irəlidə İnterplanetary Transport System'de istifadə edilmək üzrə, metan yanacaqlı, tam axın mərhələli yanma dövrü mühərriklərinin yeni bir ailəsidir. İnkişaf versiyaları test ilə atəş edildi.

Falcon Launch vasitələri

SpaceX, 2010-cu ildən bəri bütün missiyalarını Şahin 9'a daşıdı. Şahin Ağır'ı da fəal olaraq inkişaf etdirirlər və daha əvvəl Falcon 1 yol tapma vasitəsini inkişaf etdirdilər və uçdular.

Falcon 1, aşağı torpaq orbitinə bir neçə yüz kilo yerləşdirmə tutumuna sahib kiçik bir raket idi .Böyük Şahin 9 üçün anlayışlar və komponentlər inkişaf etdirmək üçün erkən bir test yatağı olaraq funksiya gördü. Falcon 1, 2006 və 2009-cu illər arasında beş səfər reallaşdırdı. 28 sentyabr 2008-ci ildə dördüncü sınağında Falcon 1 müvəffəqiyyətlə orbitdə uzanaraq ilk xüsusi təşəbbüs tərəfindən maye yanacaqlı raket halına gəldi.

Falcon 9, orbitdə 22.800 kiloqrama (50.265 lb) qədər tutum təmin edə bilən, EELV sinifində orta-asansörlü bir vasitədir və Delta IV və Atlas V raketlərinin yanında dünya səviyyəsindəki digər atma sağlayıcılarıyla rəqabət etməyi məqsəd qoymaqdadır. İlk mərhələdə doqquz Merlin mühərriki var. Falcon 9 v1.0 raketi, ilk cəhdində 4 iyun 2010-cu ildə müvəffəqiyyətli bir şəkildə orbitdə tapıldı. Üçüncü uçuşu olan COTS Demo Flight 2, 22 may 2012-ci ildə bazara çıxdı və Beynəlxalq Kosmosa çatmaq üçün ilk kommersiya kosmos vasitəsidir. 2013-cü ildə Falcon 9 v1.1'e və 2015-ci ildə da mövcud Falcon 9 Full Thrust versiyasına yüksəldildi. mart 2017 etibarı ilə Falcon 9 vasitələri, launch sonrasında digəri təkrarlanan bir ön odlama statik atəş üçün yanacaq edilərkən iki müvəffəqiyyətsizliklə 30 müvəffəqiyyətli missiya atdı.

2011-ci ildə SpaceX şirkəti Falcon Heavy şirkətinin inkişafına başladı. Bu, ümumilikdə 27 ədəd Merlin 1D mühərrikləri və propellant crossfeed ilə üç Falcon 9 birinci mərhələli bir nüvənin bir dəstəyi ilə konfiqurasiya edilmiş ağır yükləyici raketdir. Birinci mərhələ 62 milyon Merlin 1D mühərrikləri ilə 63,957 kiloqram (141,100 lb) qaldırmaq qabiliyyətinə malikdir, bu da 22,819 kN səviyyəsində dəniz səviyyəsinə, 24,681 kN-lik kosmosdadır. SpaceX inkişafı başa çatdıqda və raket sınaqdan keçirildikdə, Falcon Heavy dünyanın ən güclü raketidir. SpaceX, 2017-ci ilin ortalarında Falcon Heavy'nin ilk nümayiş uçuşunu hədəfləyir.

Dragon kapsulları

SpaceX, 2005-ci ildə, on ilin sonuna qədər insan mərkəzli bir kommersiya edən proqramı izləməyi planladığını açıqladı. Dragon, yük daşıya bilən və ya yeddi hissəyə qədər orbitə uzanan ənənəvi bir küt konus ballistik kapsuludur.

NASA, 2006-cı ildə, COTS proqramı çərçivəsində ISS'ye ekipaj və yük təqdim etmə müqavilələri təqdim etmək üçün seçilən iki şirkətdən biri olduğunu açıqladı. SpaceX, Dragon'u istifadə edərək yük ikmalini və sonunda ekipaj daşıma xidmətlərini göstərdi. Dragon struktur test məqaləsinin ilk uçuşu iyun 2010-cu ildə, Falcon 9 atma vasitəsinin ilk uçuşunda Cape Canaveral Hava Qüvvələri Stansiyasında Launch Complex 40-dan reallaşdırıldı; Sınaq-up Əjdaha, aviyonik, istilik qalxanı və normal olaraq əməliyyat bir kosmos vasitəsində normal olaraq lazımlı olan digər əhəmiyyətli ünsürlərə sahib deyildi, ancaq atma vasitəsinin uçuş performansını təsdiqləmək üçün lazımlı bütün xüsusiyyətləri ehtiva edirdi. Əməliyyat bir Dragon kosmos vasitəsi, dekabr 2010-cu ildə Falcon 9un ikinci uçuşu olan COTS Demo Flight 1-də başladıldı və iki orbitdən sonra Dünyaya etibarla geri döndü və bütün missiya hədəflərini tamamladı. Dragon, 2012-ci ildə Beynəlxalq Kosmik Stansiyasına yük təmin edən ilk kommersiya kosmik oldu və o zamandan bəri ISS'ye nizamlı ərz xidmətləri təmin edir.

Musk, 2009 və 2010-cu ildə, insan tərəfindən dərəcəlendirilən Dragon ölçülü planlarının davam etdiyini və tamamlanmasına 2 ilə 3 illik zaman çizelgesi gətirdiyini müxtəlif vəsiləylə təklif etdi. Bu Kosmos Aktı Müqaviləsi, aprel 2011-ci ildə may 2012-ci ilə qədər davam edir və bir sonrakı müqavilə imzalanır. NASA, oktyabr 2011-ci ildə sistemin texniki planlarını təsdiqlədi və SpaceX, prototip təchizatın istehsalına başladı.

SpaceX, Dragon 2 kosmos vasitəsini noyabr 2017də ISS'ye ediləcək insansız bir sınaq uçuşunda atmağı planlaşdırır və daha sonra 2018-ci ildə mürettebatlı bir Dragon, kosmos mekiğinin emekliliğini bu yana ilk dəfə ABŞ-lı astronavtları ISS'ye göndərir. fevral 2017də SpaceX, iki nəfərlik kosmos turistinin, iki xüsusi astronavtın bir Dragon kapsülüne aya və aya uçduğunu görən bir vəzifə üçün "əhəmiyyətli haqqları" endirdiyini bildirib. Missiyası açıqlayan mətbuat konfransında Elon Musk, missiya xərcinin Beynəlxalq Kosmos Stansiyasına bir astronavt gönderecekle "müqayisə" olacağını söylədi; 2017də astronavt başına təxminən 70 milyon dollar. Vəzifə 2018-ci ilin sonlarına doğru ediləcək.

NASA Ames Araşdırma Mərkəzi, SpaceX'in xüsusi olaraq maliyyəyə etdiyi son bir Mars vəzifəsi planlarına əlavə olaraq, Red Dragon adında bir anlayış inkişaf etdirdi: Falcon Heavy'i atma vasitəsi və trans-Mars inyeksiya vasitəsi olaraq istifadə aşağı xərcli bir Mars missiyası və Dragon Mars ' ın atmosferə girməsi üçün kapsuldur. Anlayışın başlanğıcda 2018-ci ildə bir NASA Discovery missiyası olaraq, daha sonra alternativ olaraq 2022-ci il üçün başladılması nəzərdə tutulurdu, ancaq sentyabr 2015 etibarilə hələ NASA nəzdində maliyyə üçün təqdim edilməmişdir. Vəzifənin hədəfləri, Marsdan Dünyaya nümunələri, indi 6 milyard dollar olaraq nəzərdə tutulan NASA-nın öz dönüş örnekleminin xərcinin bir qisiminə geri aparacaqdı. aprel 2016da SpaceX, 2018-ci ildə qədər dəyişdirilmiş bir Dragon Landerin Marsa atmağı planlaşdırdığını açıqlayıb. Bu layihə NASA və SpaceX arasındakı ictimai-xüsusi ortaqlığı müqaviləsinin bir hissəsi. SpaceX, 2017 başlarında vəzifəsini Falcon Heavy və Dragon 2 (Ekip əjdahası) kosmos vasitəsi kimi digər layihələrə həsr etmək üçün daha çox zamana sahib olmaq üçün 2020 başlatma pəncərəsinə itələdi. 2017-ci ilin sonunda Red Dragon'un ləğv edildiyi açıqlandı; SpaceX Marsda çox daha böyük bir gəmi enişinə konsentrə olacaq.

İstinadlar

  1. https://spacexfleet.com/Octagrabber.
  2. https://www.spacex.com/about.
  3. "Arxivlənmiş surət". 2022-09-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-15.
  4. "Arxivlənmiş surət". 2022-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-15.
  5. "Arxivlənmiş surət". 2017-03-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-15.
  6.  "Elon Musk on Why SpaceX Has the Right Stuff to Win the Space Race"
  7. ""Elon Musk Anticipates Third IPO in Three Years With SpaceX"". 2013-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-09-27.
  8. "Arxivlənmiş surət". 2017-08-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-08-15.
  9. "Arxivlənmiş surət". 2016-07-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-15.
  10. "Arxivlənmiş surət". 2017-03-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-15.
  11. 1 2 "Arxivlənmiş surət". 2015-01-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-15.
  12. "Arxivlənmiş surət" (PDF). 2013-06-23 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2013-06-23.
  13. "Arxivlənmiş surət". 2016-04-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-08-15.
  14. 1 2 "Arxivlənmiş surət". 2017-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-16.
  15. "Arxivlənmiş surət". 2016-12-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-16.
  16. "Arxivlənmiş surət". 2023-02-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-16.
  17. "Arxivlənmiş surət". 2015-03-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-16.
  18. https://motherboard.vice.com/en_us/article/8qxeb5/spacex-no-one-laughs-anymore-when-we-talk-about-colonizing-mars
  19. "Arxivlənmiş surət". 2022-01-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-16.
  20. https://web.archive.org/web/20130126130324/http://www.spacex.com/press.php?page=20100616
  21. "Arxivlənmiş surət". 2011-11-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-30.
  22. "Arxivlənmiş surət". 2011-07-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-30.
  23. https://web.archive.org/web/20130126130603/http://www.spacex.com/press.php?page=10
  24. "Arxivlənmiş surət". 2017-04-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2022-01-30.
  25. 1 2 "Arxivlənmiş surət". 2011-12-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2022-01-30.
  26. "Arxivlənmiş surət". 2021-02-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-30.
  27. "Arxivlənmiş surət". 2014-03-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-30.
  28. "Arxivlənmiş surət". 2015-01-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-30.
  29. https://web.archive.org/web/20160305005415/http://cosmiclog.nbcnews.com/_news/2011/04/05/6409132-spacex-shoots-for-next-big-thing?lite
  30. "Arxivlənmiş surət". 2014-07-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-30.
  31. "Arxivlənmiş surət". 2017-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-30.
  32. "Arxivlənmiş surət". 2015-02-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-30.
  33. "Arxivlənmiş surət". 2017-02-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2022-01-30.
  34. https://web.archive.org/web/20170706122104/https://www.geekwire.com/2014/spacex-launching-seattle-area-office-recruiting-squadrons-microsoft-engineers/

Xarici keçidlər

Read other articles:

Beypazarı Localidad Vista de Beypazarı BeypazarıLocalización de Beypazarı en Turquía Ubicación de Beypazarı en Turquía.Coordenadas 40°09′41″N 31°55′10″E / 40.16127, 31.91942Entidad Localidad • País  Turquía • Provincia Provincia de Ankara • Distrito BeypazarıSuperficie   • Total 1814,4 km² Altitud   • Media 675 m s. n. m.Población (2013)   • Total 47 234 hab. • Dens...

 

Lannion Gemeente in Frankrijk Situering Regio Bretagne Departement Côtes-d'Armor (22) Arrondissement Lannion Kanton Lannion Coördinaten 48° 44′ NB, 3° 28′ WL Algemeen Oppervlakte 43,91 km² Inwoners (1 januari 2020) 20.451[1] (466 inw./km²) Hoogte 0 - 107 m Burgemeester Paul Le Bihan (18 mei 2020) Overig Postcode 22300 INSEE-code 22113 Website officiële website Detailkaart Locatie in Frankrijk Côtes-d'Armor Foto's Portaal    Frankrijk Lannion, Bretons: Lan...

 

هذه المقالة يتيمة إذ تصل إليها مقالات أخرى قليلة جدًا. فضلًا، ساعد بإضافة وصلة إليها في مقالات متعلقة بها. (يوليو 2019) غلين كلارك معلومات شخصية الميلاد 26 يوليو 1963 (60 سنة)  وانجارتا  الجنسية أستراليا  الحياة العملية المهنة دراج  نوع السباق سباق الدراجات الهوائية  تع

Train operating company in Wales, United Kingdom For the urban rail network around Cardiff, formerly operated by this franchise but today by Transport for Wales, see Valleys & Cardiff Local Routes. This article needs additional citations for verification. Please help improve this article by adding citations to reliable sources. Unsourced material may be challenged and removed.Find sources: Valley Lines train operating company – news · newspapers · books&#...

 

Defterevon SifniosMusical ErosBorn1750Sifnos, GreeceDied1829 (1830)Sifnos, GreeceNationalityGreekKnown forIconographer and Fresco PainterMovementGreek Neoclassicism Greek RomanticismNeo-Hellenikos Diafotismos Defterevon Sifnios (Greek: Δευτερεύων Σίφνου, 1750 – 1829), also known as Agapios Prokos (Greek: Αγάπιος Πρόκος) and Defterevon of Sifnos. He was a painter, educator, and monk. He was from the island Sifnos, one of the Cyclades. He was one of ...

 

Trajectory of 2004 FH in the Earth–Moon system Goldstone radar images of asteroid 2007 PA8's Earth flyby in 2012 This is a list of examples where an asteroid or meteoroid travels close to the Earth. Some are regarded as potentially hazardous objects if they are estimated to be large enough to cause regional devastation. Near-Earth object detection technology began to improve around 1998, so objects being detected as of 2004 could have been missed only a decade earlier due to a lack of dedic...

Indian–Sri Lankan cinematographer (1935–2019) Vairamuthu Vamadevan වෛරමුත්තු වාමදේවන්வைரமுத்து வாமதேவன்BornVairamuthu Vamadevan(1935-05-22)May 22, 1935Achchuveli, Sri LankaDiedFebruary 14, 2019(2019-02-14) (aged 83)Colombo, Sri LankaNationalitySri LankanOther namesVaamaEducationKopay Christian CollegeOccupation(s)Actor, cinematographerYears active1957–2017SpouseSiththimaChildren4AwardsBest Cinematographer...

 

Video game developing and publishing company based in Chicago For the games seen at fairs and carnivals, see Midway (fair). Midway Games Inc.Logo (1997–2010)FormerlyMidway Manufacturing (1958–1982, 1988–1996)Bally Midway (1982–1988)TypePublicIndustryVideo game industryConsumer electronicsFounded1958; 65 years ago (1958)FoundersHenry RossMarcine WolvertonDefunctJune 9, 2010; 13 years ago (2010-06-09)FateBankruptcy, majority of assets acquired by Warn...

 

Manga Force - The Ultimate CollectionThe Manga Force logoEditorNone creditedCategoriesAnimeFrequencyFortnightlyPublisherManga EntertainmentFounded2006Final issue2010CountryUnited KingdomLanguageEnglishWebsitehttp://www.mangacollection.co.ukISSN1469-459X Manga Force: The Ultimate Collection was a UK based anime magazine published by Hachette Partworks in association with Manga Entertainment Ltd. It was available in several markets such as Ireland, Australia, New Zealand, South Africa, Malta, M...

Season of television series Super Singer 4Presented byMakapa Anand, Priyanka Deshpande, BhavanaJudgesSujatha Mohan, Mano, Unnikrishnan, Srinivas Country of originIndiaReleaseOriginal networkSTAR VijayOriginal release4 February 2013 (2013-02-04) –1 February 2014 (2014-02-01)Season chronology← PreviousSuper Singer 3Next →Super Singer 5 Airtel Super Singer 4, the fourth season of Airtel Super Singer, premiered on 4th February 2013. The show was a reality-based Indi...

 

Basileus Diodotus IIBasileusBronze single of Diodotus II from Ai-KhanumKing of BactriaReignc. 235-225/224 BCPredecessorDiodotus ISuccessorEuthydemus (usurped)Bornc. 255 BCDied224 BCBactriaDynastyDiodotidFatherDiodotus I Diodotus II Theos (Greek: Διόδοτος Θεός, Diódotos Theós; died c. 225 BC) was the son and successor of Diodotus I Soter, who rebelled against the Seleucid empire, establishing the Graeco-Bactrian Kingdom. Diodotus II probably ruled alongside his father as co-regen...

 

Brazilian footballer (born 1976) Edmilson redirects here. For other uses, see Edmilson (disambiguation). In this Portuguese name, the first or maternal family name is Gomes and the second or paternal family name is de Moraes. Edmílson Edmílson training with Barcelona in 2008Personal informationFull name José Edmílson Gomes MoraesDate of birth (1976-07-10) 10 July 1976 (age 47)Place of birth Taquaritinga, BrazilHeight 1.86 m (6 ft 1 in)Position(s) Defensive midfield...

Japanese coral atoll in the northwest Pacific Ocean, administered by Tokyo Metropolis MinamitorishimaNative name: 南鳥島Aerial photo of Minamitorishima from 1987GeographyLocationPacific OceanCoordinates24°17′12″N 153°58′50″E / 24.28667°N 153.98056°E / 24.28667; 153.98056Total islands1Area1.51[1] km2 (0.58 sq mi)Coastline6,000 m (20000 ft)Highest elevation9 m (30 ft)Administration JapanPrefectureTokyoSu...

 

British civil servant (1793–1841) A painting commissioned in the last year of Macnaghten's life, by James AtkinsonSir William Hay Macnaghten, 1st Baronet (24 August 1793 – 23 December 1841), was a British civil servant in India, who played a major part in the First Anglo-Afghan War. Life William was the second son of Sir Francis Macnaghten, Baronet, judge of the supreme courts of Madras and Calcutta, and was educated at Charterhouse. He went to Madras as a cadet in 1809, but ...

 

Sporting event delegationChinese Taipei at the2009 East Asian GamesIOC codeTPENOCChinese Taipei Olympic Committeein Hong KongFlag bearer Hung Kun YiMedalsRanked 5th Gold 8 Silver 34 Bronze 47 Total 89 East Asian Games appearances199319972001200520092013 Flag of the Republic of China Chinese Taipei competed in the 2009 East Asian Games which were held in Hong Kong, China from December 5, 2009 to December 13, 2009. Chinese Taipei finished fifth on the medal table with 8 gold medals.[1&...

Species of fish Sawtail grouper Conservation status Data Deficient (IUCN 3.1)[1] Scientific classification Domain: Eukaryota Kingdom: Animalia Phylum: Chordata Class: Actinopterygii Order: Perciformes Family: Serranidae Subfamily: Epinephelinae Genus: Mycteroperca Species: M. prionura Binomial name Mycteroperca prionuraRosenblatt & Zahuranec, 1967 The sawtail grouper (Mycteroperca prionura)is a species of marine ray-finned fish, a grouper from the subfamily Epinephelinae...

 

الفقرة تقسيم إداري البلد المغرب  الجهة الرباط سلا القنيطرة الإقليم سيدي قاسم الدائرة بهت الجماعة القروية سيدي الكامل المشيخة ولاد ابريه السكان التعداد السكاني 881 نسمة (إحصاء 2004)   • عدد الأسر 129 معلومات أخرى التوقيت ت ع م±00:00 (توقيت قياسي)[1]،  وت ع م+01:00 (توقيت صيف...

 

This article needs additional citations for verification. Please help improve this article by adding citations to reliable sources. Unsourced material may be challenged and removed.Find sources: Ice Cream I Scream, You Scream, We All Scream for Ice Cream – news · newspapers · books · scholar · JSTOR (June 2015) (Learn how and when to remove this template message) For the television epsiodes, see We All Scream for Ice Cream (Charmed) and We All Scr...

Part of an aircraft This article is about aircraft nacelles. For wind turbine nacelles, see Nacelle (wind turbine). Engines in nacelles on a Boeing 707 A nacelle (/nəˈsɛl/ nə-SEL) is a streamlined container for aircraft parts such as engines, fuel or equipment.[1] When attached entirely outside the airframe, it is sometimes called a pod, in which case it is attached with a pylon or strut and the engine is known as a podded engine. In some cases—for instance in the typical Farman...

 

Vi-etnamViệt Nam Tongo: Vi-etnams Mamafoto: Hanoi Flaku: 330.873 km² Flaku efu watra: 0,8 % Man: 92.700.000 (2016) I TLD: .vn Vi-etnam na wan kondre ini Asi. A mamafoto na Hanoi. Asi Afganistan • Armenikondre • Aserikondre • Ba-ri • Bangladesye • Bofuben-Korea • Bruney • Butankondre • Egiptekondre • Filipins • Georgikondre • India • Indonesikondre • Irak • Iran • Isra-el • Japan • Jemen • Jordanikondre • Kambodia • Kazachstan • Kirgisikondre ...

 

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!