Qara Məhəmməd bəy ( aprel 1389) — Baharlılar sülaləsinin banisi olan Bayram Xocanın qardaşı oğlu vəya nəvəsi olan Qara Məhəmməd 1380–1389-cu illərdə Qaraqoyunlu tayfa ittifaqının başçısı.
Həyatı
İlk illəri
İbn əl-Furat, Əl-Makrizi, İbn Həcər əl-Asqalani kimi Məmlük tarixçilərinə görə Bayram xocanın oğlu idi. Ancaq Həsən bəy Rumlunun Əhsənüt-təvarix əsərində, eləcə də Osmanlı tarixçisi münəccimbaşı Əhməd Dədənin Sahaif’ül Ahbâr əsərində Durmuş/Dursun/Türəmiş bəy onun atası, Bayram xoca isə babası olaraq qeyd olunur.[1][2][3] Anasının kimliyi, doğum tarixi və ilk illəri barədə məlumat yoxdur.
Haqqındakı ilk məlumat isə Bayram xocanın idarəsində Ərciş hakimi olması ilə bağlıdır. 1377-ci ilin yazında Sultan Hüseyn Cəlairi vergisini vermədiyi bəhanəsiylə Bayram xocaya qarşı yürüşə çıxdı ancaq Ərciş hakimi olan Qara Məhəmməd sultana tabeliyini bildirdi və vergilərin ödənməsi üçün 2 həftə vaxt istədi. Ancaq bu müddət ərzində vergi toplamaq yerinə müdafiə istehkamlarını gücləndirməsi anlaşıldı və nəticədə Bayram xocanın göndərdiyi dəstək birliklərinə baxmayaraq Cəlairi birlikləri tərəfindən şəhər ələ keçirildi. 50 nəfər türkmən əsir alındı və Ərciş qalası Cəlairi mülkü elan olundu. Hadisədən 20 gün sonra Qara Məhəmməd şəxsən Təbrizə gedərək sultana tabeliyini bildirdi və vergini təslim etdi.
Hakimiyyət illəri
1380-ci ildə Cəlairilərlə mübarizədə məğlub olaraq öldürülən Bayram xocanın yerinə hakimiyyəti ələ alan Qara Məhəmməd 1382-ci ildə Cəlairi səltənətindəki taxt mübarizəsində rol oynadı. Yaranan hakimiyyət boşluğundan istifadə edərək mərkəzi Van olmaqla Qaraqoyunlu tayfa ittifaqı hakimiyyətinin əsasını qoydu. Sonradan Azərbaycanda öz hakimiyyətini yaymağa calışan Qara Məhəmməd Sultan Hüseyn Cəlairiyə qarşı kürəkəni olan[4] Şahzadə Əhmədi dəstəklədi və 1382-ci ilin aprelində Həftrud döyüşündə Cəlairi birliklərini məğlub eədərk Təbrizi işğal etdi, onu Cəlairi taxtına çıxardı.[1] Bu hadisənin ardından Qara Məhəmməd də Cəlairi şahzadələrindən bir xanımla evləndi.[5]
1384-cü ildə Qara Məhəmməd Mardin hökmdarı Məcdəddin İsaya elçi göndərərək qızıyla evlənmək istədiyini bildirdi. Rədd cavabı almasının ardından bunu bəhanə edən Qara Məhəmməd Mardinə yürüş tərtiblədi. Mardin hökmdarı müqavimət göstərmək istədi, lakin məğlub oldu və qızı yerinə öz bacısını Qara Məhəmmədlə evləndirdi.[4][6] Bununla da tərəflər arasında barışıq yarandı.
1385-ci ildə Qara Məhəmməd Mosul və Mardin arasındakı ərazinin sahibi olan Misir Xocanı Qahirəyə göndərək Sultan Bərkukdan Suriyaya köçməyə razılıq aldı. Qara Məhəmməd eyni zamanda iki rəqiblə – Əmir Teymur və Ağqoyunlularla mübarizə aparmalı oldu. Bir az əvvəl Ağqoyunlular tərəfindən məğlub edilmiş Ərzincan hökmdarı Qara Məhəmməddən yardım alaraq onunla ittifaq yaratmış və Ağqoyunluları məğlub etmişdi.[7]
1387-ci ilin baharında Teymur Naxçıvandan Qaraqoyunlular üzərinə hücuma keçdi.[8][9][10] Qara Məhəmməd Çapaqcura gəldi və burada sərt keçidləri tutaraq Teymurun qüvvələrini darmadağın etdi. Qara Məhəmmədi ələ keçirə bilməyəcəyini gorən Teymur Muş düzənliyindən çıxaraq, buradakı oymaqları qarət etdi, Hilatı, Vanı ələ keçirib İrana geri döndü.
24 may 1388-ci ildə Qara Məhəmməd və əmrindəki türkmənlər Cəlairi əmirlərinin müqavimətini qıraraq Təbrizə daxil oldular. Burada Məmlük sultanı Sultan Bərkukun adına xütbə oxundu və sikkə kəsildi.[11] Ancaq o günlərdə Qaraqoyunlu tayfaları arasında çaxnaşmalar artmaqda idi və nəticədə Qara Məhəmmədlə oğlu Bayram mirzə 1389-cu ilin aprelində Qara Pir Həsən adlı digər türkmən əmiri tərəfindən qətlə yetirildi.
Ailəsi
2 xanımı, 5 oğlu və 1 qızı olduğu bilinir.
Xanımları
- ... Xatun (Cəlairi şahzadələrindən biri)
- ... Xatun (Mardin hakimi Məcdəddin İsa bəyin bacısı)
Övladları
Tatar Xatun adlı bu bacısının Mosulun Ağacəri tayfa başçısı ilə evləndiyini və bu nigahdan Həsən bəy adlı bir oğlunun olduğu bilinir.[12]
Mənbə
Ədəbiyyat
- Karakoyunlu ve Akkoyunlu Devletlerinde Hanedan Üyelerinin katli, Eda Geyik. Yüksek Lisans Tezi. TC Kastamonu Üniversitesi. Kastamonu-2021
İstinadlar
- ↑ 1 2 Faruk Sümer, Kara Koyunlular, C.1 (Başlangıçtan Cihan Şah’a kadar), Türk Tarih Kurumu Basımevi, Ankara 1992, s.45
- ↑ Həsən Bəy Rumlu, Əhsənüt-təvarix (Tarixlərin ən yaxşısı), (Çeviren: Oqtay Əfəndiyev-Namiq Musalı), Kastamonu: Uzanlar, 2017, s.254
- ↑ Müneccimbaşı Ahmed Dede, Sahaif’ül Ahbâr III, Matbaa-i Âmire, 1869, s.150
- ↑ 1 2 Leyli Həmidova, “Qaraqoyunlu Dövlətinin Təşəkkülü”, Geostrategiya, No:3 (45), Mayıs 2018, s.26
- ↑ Vladimir Minorsky, “The Qaraqoyunlu and The Qutb-shahs (Türkmenica, 10)”, Bulletin of the School of Oriental and African Studies, Vol.17, No.1, University of London 1955, s.55
- ↑ Arayancan, A. A. (2011). Akkoyunlu ve Karakoyunlu’da Devlet Yönetimi ve Diplomasideki Önemine İki Örnek: Hatun Can Begüm ve Sara Hatun. Türkiyat Araştırmaları Dergisi, 29, 285-301
- ↑ Azîz b. Erdeşîr Esterâbâdî, Bezm û Rezm (Çeviren: Mürsel Öztürk), Kültür Bakanlığı Yayınları, Ankara 1990, s.343
- ↑ Bitlisli Şerefhan, Şerefname C.2, (Çeviren: M. Emin Bozarslan), Ant Yayınları, İstanbul 1972, s.72
- ↑ Şerefüddin Ali Yezdî, Emîr Timur (Zafernâme), (Çeviren: Ahsen Batur), Selenge Yayınları, İstanbul 2013, s.158
- ↑ Muammer Aksoy, “Tarih-i Timur ‘Acaibü’l Makdûr Fî-Nüvvâb-ı Timur (Tarih-i Timurlenk) Nazmizade Efendi”, Kafkas Üniversitesi Sosyal Bilimler Enstitüsü, Basılmamış Yüksek Lisans Tezi, Kars 2012, s.40-41
- ↑ İbn Tağrîberdi, En-Nücûmuz-Zâhire, (Çev. Ahsen Batur), Selenge Yayınları, İstanbul 2013, s.258
- ↑ 1 2 Ebu Bekr-i Tihrani. (2001). Kitab-ı Diyarbekriyye (Çev. Mürsel Öztürk). Ankara: Türk Tarih Kurumu Basımevi
Həmçinin bax