Gövhərşad bəyim

Gövhərşad bəyim
Şəxsi məlumatlar
Doğum tarixi təq. 1378
Doğum yeri
Vəfat tarixi 19 iyul 1457
Vəfat yeri
Həyat yoldaşı
Uşaqları
Ailəsi Teymurilər
Dini islam
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Gövhərşad bəyim bint Qiyasəddin Tarxan Kişlık (fars گوهرشاد‎ — Gowhar š ād, (doğ.1379 - öl. 1457) — Şahrux mirzə ibn Əmir Teymur Barlasın xanımı, siyasətçi.

Həyatı

Gövhərşad bəyim Qaraqoyunlu hökmdarı Qara Yusifin bacısıdır[1]. Herat hakimi Şahrux mirzə ibn Əmir Teymur Barlasla ailə qurmuşdu. Onun oğulları arasında ikisi daha məşhurdur. Biri riyyaziyyatçı, astronom, böyük alim və hökmdar və Teymurlular sülaləsindən olan dövlət adamı Uluqbəy, digəri Baysunqur mirzədir. O, Teymurlu dövlət adamıxəttatıdır. Ədəbiyyatın və rəssamlığın qoruyucusu olaraq tanınmışdır.

Gövhərşad bəyim 1457-ci ildə Əbu Səid mirzə tərəfindən öldürülmüşdü. İntiqamı alındı. Belə ki, Cahanşahın süqutundan sonra teymurlu Əbu Səid öz müttəfiqi Həsənəlini müdafiə etmək pərdəsi altında Azərbaycan üzərinə hücuma keçməyə hazırlaşmışdı. Hətta Sara xatunun sülh şərtləri ilə onun hüzuruna göndərilməsi də Əbu Səidi bu addımı atmaqdan çəkindirmədi. Keçmiş müttəfiqi şirvanşahın köməyinə bel bağlayan Əbu Səid Şirvana doğru hərəkət edir. Lakin Şirvanşah Fərrux Yasar Ərdəbil hakimi Şeyx Heydərlə birlikdə Uzun Həsənin tərəfinə keçir və Əbu Səidin qoşunları tamamilə blokadaya alınır. Orduda aclıq başlanır. Uzun Həsən Əbu Səidin danışıq təklifini qəbul etmir və gözlənilmədən düşmən qoşununa hücum çəkib, onu pərən-pərən salır. Bu döyüş tarixə Mahmudabad döyüşü kimi daxil olmuşdur. Əbu Səid qaçmağa cəhd göstərsə də, onu tutub Gövhərşad bəyimin yaxınlarına verirlər və edam edirlər.

İstinadlar

  1. "Arxivlənmiş surət". 2024-04-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-06.

Həmçinin bax

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!