Qızılağac — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd.[1]
Əhalisi
Əhalinin sayı 5692 nəfərdir.[2]
Toponimiyası
Azərbaycanın qədim yaşayış məntəqələrindəndir. Orta əsrlərdə Qızılağac Xəzər limanları ilə ticarət əlaqələri saxlayırdı. Əhali əsasən gəmiçilik və balıqçılıqla məşğul olurdu. Gilan və Mazandarana gedən karvan yolu Qızılağacdan keçirdi. 1614-cü ilin dekabrında Rusiya elçisi M.İ.Tixonov Səfəvi hökmdarı I Şah Abbasla burada görüşmüşdü. Bir sıra orta əsr səyyah və diplomatları öz yol qeydlərində Qızılağac haqqında məlumat vermişlər. Yaşayış məntəqəsinin adı Qızılağac körfəzinin adı ilə bağlıdır. XIX əsrdə Qızılağac körfəzinin kənarında böyük ticarət əhəmiyyəti daşıyan liman olmuşdur.
[3]
Həmçinin bax
İstinadlar
- ↑ Azərbaycan Respublikasının inzibati - erazi bölgüsü. Məlumat toplusu. Bakı - 2013. 488 səh.
- ↑ Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı - 2010.
- ↑ Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. İki cilddə. II cild. Bakı, “Şərq-Qərb”, 2007, 304 səh.
|
---|
Şəhərlər | | |
---|
Qəsəbələr | |
---|
Ləğv olunmuş qəsəbələr | |
---|
Kəndlər | |
---|
Ləğv olunmuş kəndlər | |
---|