Çaxırlı (Masallı)

Çaxırlı
39°05′09″ şm. e. 48°39′54″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon Masallı rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi 2.014 nəfər
Rəqəmsal identifikatorlar
Poçt indeksi AZ4414[1]
Xəritəni göstər/gizlə
Çaxırlı xəritədə
Çaxırlı
Çaxırlı

ÇaxırlıAzərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd.[2]

Əhalisi

Əhalisi 2014 nəfərdir.[3]

Toponimiyası

Çaxırlı rayonun ərazisində yerləşən türk mənşəli toponimlərdəndir. Çaxırlı adının çaxırla heç bir əlaqəsi yoxdur. Masallıdan başqa respublikamızın İmişli, Göyçay, Cəbrayıl rayonlarında, Qərbi Azərbaycanda (indiki Ermənistan)Çaxırlı yaylası, Çaxırlı ovalığı və Çaxırlı kəndi (Göyçə gölünün ətrafında) vardır. İran islam respublikasının bizimlə sərhədə yaxın yerində Çaxırlı kəndi, Türkiyə respublikasının Svas vilayətində Çakırlı köyü vardır. Çaxırlı toponiminin mənşəyi və yaranması haqqında alim Nadir Məmmədov yazır: “Çaxırlı adı “Çakirli tayfa adının təhrifidir. Çakirli tayfa adına ilk dəfə orta əsir mənbələrində, həmçinin XVIII-XIX əsir mənbələrində rast gəlinir. Çakirli Azərbaycanda məskən salmış türk tayfalarından birinin adıdır. Bu yaşayış məntəqəsinin rus dilli xəritələrdə səhv olaraq Çakirlu, Çaxırlı, və sair şəkildə yazılmış və həmin səhv azərbaycanlılar tərəfindən ahəng qanununa tabe edilərək Çaxırlı şəklinə düşmüşdür. Alimin fikrincə toponimin düzgün yazılışı Çakirli olmalıdır. A. A. Bakıxanov Gülüstanı-İrəm əsərində bu tayfanın adını Çakərlu kimi qeyd etmişdir. Çakirli tayfaları həmçinin Cəyirlilər kimi tanınmışdır. Çaxırlı toponimi XVI əsrdən sonrakı yüziliklərdə yaranmışdır. Bu tayfanın rayonumuzda məskunlaşmasından əvvəl bu yerlərdə qədim insan məskənləri olmuşdur. Çaxırlıda aşkar edilən tunc dövrünə aid kurqan bu fikri bir daha təsdiq edir. Qazıntılar zamanı tapılan küp qəbirləri buna bir daha əsas gətirir. Hal-hazırda məskunlaşan əhalinin bura gəlməsindən qabaqlar burada yaşayış məskəni olub. Həmən kənd hal-hazırda ”ocaq başı” kimi tanınan yerdə olub. Zəlzələ və kiçik vulkan püskürməsi nəticəsində həmən yaşayış məskəni dağılıb. Keçmiş rus xəritələrində bu yer Çaxırlıdakı zəlzələnin mərkəzi kimi göstərilir. (belə qeyd olunur - “Epidtsentr Çakarlinskaya zemletresenie”)[mənbə göstərin]

Məşğuliyyəti

Keçmişdə burada yoxsul əhalinin çəltikçilik və heyvandarlıqla məşğul olması tarixi qaynaqlarda xəbər verilir. Çaxırlıda becərilən çəltik bütün Lənkəran qəzasında məşhur olub, sərgi salonlarında nümayiş etdirilib. Tarixi mənbələrdə göstərilir ki, 1889-cu ildə Tiflis şəhərində keçirilən kənd təsərrüfatı və sənaye məhsullarının Qafqaz sərgisində Çaxırlı kəndindən mülkədar Ter-Stepanov Akulə çəltiyi ilə iştirakına görə gümüş medal və diplom ilə təltif olunmuşdu. Sonradan kənd əhalisi tərəvəzçilik, heyvandarlıq və taxılçılıqla məşğul olmuş, eyni zamanda bu sahədə nəaliyyətlər qazanmışlar. 1970-1980-ci illərdə üzümçülük və heyvandarlıqla məşğul olublar. Hal-hazırda taxılçılıq, tərəvəzçilik və heyvandarlıqla məşğuldurlar.[mənbə göstərin]

Tarixi abidələri

Çaxırlıda Seyid Nəbiyəddin ocağıda var. Yerli əhali onun Səfəvilər nəslindən olmasını söyləyir və seyid olduğuna görə qəbrini ziyarət edirlər. Tədqiqatçı jurnalist mərhum Novruz Novruzovun qeyd etdiyinə görə seyid Nəbiyəddin indiki İran İslam Respublikasının Ərdəbil şəhərinin yaxınlığındakı Şarafabad mahalından köçüb rayonumuzun Şərəfə kəndində məskunlaşmışdır. Şərəfə kəndinin adı da onunla bağlıdır. O, dövrdə orada qəbirəstanlıq olmadığından, onu Çaxırlı kəndində dəfn ediblər. Çünki Çaxırlı kəndi qədim yaşayış məskəni idi. Çaxırlıda Böyük Vətən Müharibəsində həlak olanların şərəfinə “abidə kompleksi” tikilmişdir.[mənbə göstərin]

Təhsil

Kənddə ilk dərs demək üçün sinif kəndin varlı adamı (1930-cu ildə) Mirzə Əhədin evi müsadirə edilərək orada yerləşib, sonralar isə Şahhüseyn damı deyilən yerə köçürülüb. İlk orta məktəb 1958-ci ildə istifadəyə verilib. Məktəbin ilk direktoru Nəbiyev Məmməd Fəyyaz oğlu olmuşdur.

Həmçinin bax

İstinadlar

  1. Azərpoçt. "İndekslər" (az.). www.azerpost.az. 2016-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-19.
  2. Azərbaycan Respublikasının inzibati - erazi bölgüsü. Məlumat toplusu. Bakı - 2013. 488 səh.
  3. Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı - 2010.

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!