Kosagül — Azərbaycan Respublikasının Masallı rayonunun Banbaşı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 mart 2013-cü il tarixli, 590-IVQ saylı Qərarı ilə Masallı rayonunun Banbaşı kənd inzibati ərazi dairəsi tərkibindəki Kosagül kəndi ləğv edilərək Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrindən çıxarılmış, Kosagül kəndinin 160,03 ha (bundan bələdiyyə mülkiyyətində olan 94,0 ha və xüsusi mülkiyyətdə olan 66,03 ha) təşkil edən ərazisi Masallı şəhər inzibati ərazi dairəsi tərkibindəki Masallı şəhərinin inzibati ərazisinə birləşdirilmişdir.[1]
Toponimikası
Kənd əhalisinin fikrincə, kəndin adı Kosagül/Kosakül yox, Kasagüldür. Kasagül sözü sovetlər dönəmində rus dilinə çevrilməklə Kosakül şəklini almışdır. Ehtimallara görə indiki Kosakülün yerində böyük gül baxçası olmuş, bu bağda xüsusulə qızılgüllərin ən ətirli növləri yetişdirilmişdir. Kəndin əhalisi Ərkivan qalasında yaşayan xana və onun ailəsinə mütamadi olaraq gözəl seçilmiş güllərindən bişmiş palçıqdan hazırlanmış xüsusi kasalarda gül hədiyyələri apararmışlar. Kəndin adını əvvəlcə "Kasada-gül", sonralar isə Kasagül adlandırmışlar.
Tarixi
Tarixi abidələri
Coğrafiyası və iqlimi
Keçmiş Kosagül kəndi Masallı şəhərindən 2 km məsafədə, Viləşçayının sol sahilində yerləşirdi, Masallı şəhəri, Ərkivan qəsəbəsi, Banbaşı, Binə Xocavar, Şərəfə kəndləri ilə həmsərhəd idi.
Əhalisi
- 14 may - 17 dekabr 1886-cı ildə ailələr üzrə aparılmış kameral siyahıyaalmaya əsasən Bakı quberniyası, Lənkəran qəzası, Ərkivan şöbəsinin, Bambaşı kənd cəmiyyəti tərkibinə daxil olan Kosakül kəndində 20 evdə şiə təriqətli müsəlman azərbaycanlılardan[2] ibarət 155 nəfər (91 nəfəri kişilər, 64 nəfəri qadınlar) əhali yaşayırdı.[3]
- 1 yanvar 1914-cü il tarixinə olan məlumata əsasən kənddə əsasən etnik tatarlardan ibarət hər iki cinsdən toplam 228 nəfər əhali yaşayırdı.[4]
- Ləğvinədək əhalisi 950 nəfər idi.
İqtisadiyyatı
Mədəniyyəti
Təhsil
Kənddə ilk məktəbin açılışı XX əsrin otuzuncu illərinə təsadüf edir. Kosagül kəndinin ilk ali təhsilliləri Mənsimov Şaban Manaf oğlu, Məmmədəliyev İshaq Hacıağa oğlu və Ağabalayev Bəhlul Əjdər oğlu olmuşlar. Kəndi ilk və yeganə alimi kənd təsərrüfatı üzrə fəlsəfə doktoru Talıbov İzzət Ataxan oğludur. O, hazırda Elmi-tədqiqat Meliorasiya İnstitutunda işləyir. Yazıçı jurnalist, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü, əməkdar jurnalist, Zakir Abbas hazırda Mədəniyyət və İncəsənət Univerisitetinin müəllimidir.
Din
Səhiyyə
İstinadlar
Xarici keçidlər
Həmçinin bax
|
---|
Şəhərlər | | |
---|
Qəsəbələr | |
---|
Ləğv olunmuş qəsəbələr | |
---|
Kəndlər | |
---|
Ləğv olunmuş kəndlər | |
---|