Pont soyqırımı və ya Pont yunan soyqırımını[1] (yun. Γενοκτονία των Ελλήνων του Πόντου) — 1914–1923-cü illərdə Osmanlı imperiyası ərazisində "Gənc türklər" hökuməti tərəfindən həyata keçirilən və Mustafa Kamal Atatürkün başçılıq etdiyi Böyük Millət Məclisi hökuməti tərəfindən davam etdirilən tarixi Pont vilayətinin yunan əhalisinin qəsdən fiziki olaraq məhv edilməsi.[2][3]
Pont yunanlarının soyqırımı Anadolu yunanlarının daha geniş soyqırımının bir hissəsidir, lakin Pont vilayətinin coğrafi baxımdan təcrid olmasına, həmçinin bir sıra geosiyasi və tarixi xüsusiyyətlərinə görə ayrıca nəzərdən keçirilir.
Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!