Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var.
Lütfən, məqaləyə etibarlı mənbələrəlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz.
23 aprel 1920-ci ildə Ankarada toplanan Türkiyə Böyük Millət Məclisi (TBMM) bünyəsində, ilk olaraq 25 apreldə Müvəqqət İcra Əncüməni sifətiylə, TBMM Rəisi Mustafa Kamal Paşa başçılığında bir hökumət yaradıldı. Beləcə, İstanbuldakı Osmanlı hökuməti xaricində Ankarada bir hökumət ortaya çıxmış oldu. Əncümən, 3 mayda, İcra Vəkilləri Heyəti adlı hökumət qurulana qədər vəzifəsinə davam etdi. Bu dövrdə bir dövlət başçısı yox idi və bu vəzifəni Məclis Reisi yerinə yetirirdi. Məclis, həmçinin 5 avqust 1921 tarixində çıxardığı Baş komandirlik Qanunu ilə Mustafa Kamal Paşayı baş komandirliyə gətirərək ordunun maddi və mənəvi gücünün artırılması ilə sövq və idarə edilməsi mövzusundakı səlahiyyətlərini icra etmək icazəsi vermişdir. 29 oktyabr 1923-cü ildə respublikanın elan edilməsiylə edilən seçkidə Mustafa Kamal Paşa "Reisicumhur" (Prezident) seçilərək dövlət başçısı olmuşdur. Hökumət başkanıysa "Başvekil" (Baş nazir) sifətini almış və Reisicumhur tərəfindən seçilməyə başlanmışdır. Bu səbəbdən 1923-cü ildən sonra qurulan hökumətlər, Türkiyə Böyük Millət Məclisi Hökuməti ya da Ankara Hökuməti olaraq adlandırılmazlar.
Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!