Türkiyənin konstitusiya tarixi — 1876-cı ildə Osmanlı İmperiyasının ilk əsas qanununun qəbulu ilə başlayan Türkiyə hüquq tarixindəki dövr. Türkiyə Cümhuriyyətinin müasir konstitusiyası 1921-ci ildə təsdiqləndi, sonra 1924, 1961, 1982-ci illərdə və ən sonuncu dəfə 2010-cu ildə dəyişiliklər əlavə olunmuşdur.[1] 2000-ci illərdə Türkiyənin Avropa Birliyinə üzv olmaq üçün siyasi meyarlara uyğun gəlməsinə imkan verən başqa bir konstitusiya dəyişilikliyi ilə bağlı məsələ yenidən qaldırıldı.[2][3] Nəticədə, 2010-cu ildə konstitusiya referendumu keçirildi və yeni düzəlişlər təsdiqləndi.
2005-ci ildən bəri Ədalət və İnkişaf Partiyası Türkiyənin parlament idarəetmə formasından prezident respublikasına keçməsi üçün kampaniya aparırdı. 16 aprel 2017-ci il tarixində Konstitusiya referendumu keçirildi və seçicilərin çoxusu prezident respublikasının qurulması, baş nazir vəzifəsinin ləğvi, parlament üzvləri sayının artırılması və Hakimlər və Prokurorlar Şurasında islahatların başlamasına səs verdi.[4][5]