Oraban (əvvəlki adı: Oravan) — Azərbaycan Respublikasının Şəki rayonunun Baş Kəldək kənd inzibati ərazi dairəsində kənd.[1] Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Şəki rayonunun Başa Küngüt kənd inzibati-ərazi vahidi tərkibindəki Oravan kəndi Oraban kəndi adlandırılmışdır.[2]
Toponimikası
Rəvayətə görə Oraban sözünün etimologiyası "ora" və "ban" sözlərinin birləşməsindən ibarətdir. Köçəri tayfa, indiki orabanlıların əcdadları Oraban kəndinin yerləşdiyi əraziyə sübh tezdən, "ora" "xoruz banı" vaxtı çatıb məskən salmışlar və binə etdikləri kəndin adını da Oraban qoymuşdur.[3] Digər tədiqatçılara görə, oykonim fars mənşəli oura (qala) və məkan bildirən- van komponentlərindən düzəlib, "qala olan yer, qala yeri" mənasındadır.
Tarixi
Oraban kəndi Şəkinin qədim yaşayış məskənlərindən biridir. Bunu kəndin yamac hissəsindəki qədim qəbristanlıq da sübut edir. Bu qəbristanlığın islamdan əvvəlki dövlərdə salındığı və buradakı qəbirlərin qədim alban tayfalarına məxsus olduğu ehtimal edilir. Bundan əlavə kəndin dağ hissələrinə iki alban kilsəsinin olduğuda bildirilir. Alban kilsələri kənd sakinlərinin həyətlərinə düşdüyündən zamanla dağıdılmışdır. Son zamanlar Yamac deyilən ərazidə yerləşən Alban qəbirstanlığıda kənd sakinləri tərfindən dağdılmışdır.
Coğrafiyası və iqlimi
Kəndin ərazisi əsasən yaşıllıqlarla örtülüdür. Meşələrində cüyür, ayı, dovşan, porsux, çaqqal, dələ və s. heyvanlara rast gəlinir. Kəndin qışı soyuq və rütubətli, yayı isə sərin keçir. Dəniz səviyyəsindən 800-900 metr yüksəklikdə olan kənd rayon mərkəzindən 30 km aralıda yerləşir. Oraban kəndi şərqdən Oğuz rayonunun Muxas kəndi, şimaldan Baş Kəldək kəndi, şimal-qərbdən Baş Küngüt kəndi, cənubdan meşə massivi ilə əhatələnir. Yay turizmi üçün kəndin yaxşı potensialı var. Kənd dağlarında şəlalə vardır.
Əhalisi
Kənddə 1200 nəfərə yaxın insan yaşayır.
İqtisadiyyatı
Kənddə 187 ev təsərrüfatı var. Əhalinin əsas məşğuliyyətinin əkinçilik, maldarlıq və odunçuluq təşkil edir. Kənddə üç çayxana və iki mağaza fəaliyyət göstərir. Kənddə qaz, yol və su problemi mövcuddur.
Təhsil
Kənddə bir məktəb fəaliyyət göstərir.
İstinadlar
|
---|
Şəhərlər | | |
---|
Qəsəbələr | |
---|
Kəndlər | |
---|
Ləğv olunmuş kəndlər | |
---|