Kənd Şəki-Qax-Zaqatala-Balakən yolu üzərində yerləşir.Kəndin əhalisi 1355 nəfər təşkil edir ki, onun da 692 nəfəri kişi, 663 nəfəri isə qadındır. Kəndin yuxarı hissəsində əhali daha sıx yerləşib. Kəndin əhalisi ikimillətlidir. Burda Rutul ləzgiləri məskunlaşmışdır (XX-XIX əsr). Rutul ləzgiləri bura 18-19-cu əsrlərdə Dağıstanın Rutul rayonu ərazisindəki Borç kəndindən Azərbaycanın şimal ərazilərinə köçmüşdür(Şəki- Şin, Şorsu, Daşüz, Göybulaq və s.). Əhalisi çox mehriban, qonaqpərvərdir. Kənd daxilində 2 şəhid bulağı var. Şəhid Əlibəyov Mahmud (ləzgi), Şəhid Piriyev İsmayıl. Əhalisi əsasən bağçılıq, əkinçilik, maldarlıq ilə məşğul olur.
Kənd haqqında
Kəndin 3 tərəfi dağlarla əhatə olunmuşdur. Kəndin şimal-şərqində yerləşən dağın üstündə qədim alban qəbiristanlığı yerləşir. Ərazisi 1,58 km²-dir. Kəndin şərq hissəsində uzunluğu 941 m olan çay axır. Çayın mənbəyi dağ sularından gəlir, mənsəbi yoxdur. Kəndin ayağından başına kimi olan əsas yolun uzunluğu 1,9 km-dir.
İstirahət yerləri
Kəndin girişində Karvansaray restoranı var. Futbol meydançasının yanındakı ərazidə İskəndərin qoruğu yerləşir. Həmin qoruğun yolu bütün dağları gəzmək mümkündür. Həmin ərazidə meyvə bağı yerləşir. Ətrafındakı dağları gəzmək üçün yüksəyə qalxan cığırlar vardır. Kəndin başında yerləşən cığır vasitəsilə əvvəllər Oxud kəndinə getmək olurdu. Həmin yol Oxud kəndi ərazisindəki Yelbaba ziyarətinə gedib çıxır.