Monqolustan memarlığı — Monqolustan ərazisində formalaşmış memarlıq.
Monqolustan ərazisində eramızın əvvəllərinə aid yaşayış məskənlərinin, IX–XIII əsrlərə aid istehkamlı şəhərlərin xarabalıqları qalmışdır. XVI əsrin sonlarından XX əsrin əvvəllərinədək Çin-Tibet memarlığının təsiri ilə saray və məbəd tikililər inşa edilmişdir. Bunlara Ulan-Batorda Erdeni-dzu, Qandan monastırları və s. aiddir. Ən qədim incəsənət abidələri Tunc dövrünə aid qaya təsvirləri, daş heykəllər, tunc kimi məmulatlarla təmsil olunur. Monqolustan Xalq Respublikası 1924-cü ildə qurulduqdan sonra ölkə ərazisində geniş tikinti işləri aparılmışdır. Ulan-Bator kimi köhnə şəhərlər yenidən qurulmuş, Darxan, Nalayxa, Sayn-Şand kimi yeni şəhər və qəsəbələr salınmışdır. 1960–1970-ci illərdə inşaatda sənaye üsulları geniş tətbiq edilmişdir.[1]
Gerb • Bayraq • Himn • Dövlət quruluşu • Konstitusiya • Parlament • İnzibati bölgü • Coğrafiya • Şəhərlər • Paytaxt • Əhali • Dillər • Tarix • İqtisadiyyat • Kənd təsərrüfatı • Energetika • Valyuta • Mədəniyyət • Din • Kinematoqraf • Ədəbiyyat • Musiqi • Bayramlar • İdman • Təhsil • Elm • Nəqliyyat • Turizm • Poçt (tarixi və markaları) • İnternet • Silahlı qüvvələr • Xarici siyasət Portal "Monqolustan"