Tanınmayan və ya qismən tanınan dövlətlərin siyahısı
Tanınmayan və ya qismən tanınan dövlətlər – əhalisi, ərazi idarəetməsi, hüquq və idarə sistemi kimi dövlətçilik əlamətləri olmaqla yanaşı özünü müstəqil dövlət elan etmiş ancaq eyni zamanda BMT üzvləri tərəfindən heç bir diplomatik tanınmaya malik olmayan regionların ümumi adlandırmasıdır. BMT üzvləri tərəfindən bu ərazilər adətən bir və ya bir neçə BMT üzvü olan dövlətin ərazisi kimi tanınır.
Ümumilikdə iki növə ayrılır. Birincisi müstəqil dövlətin ərazisi kimi elan edilmiş torpaqlara tam və ya qismən nəzarət edir və de facto özlərini idarə edir. İkincisi isə meydana gələn bu dövlətə və onun ərazisinə hüququ olduğunu iddia edir və de jure dünya ictimaiyyəti tərəfindən də ikincinin ərazisi kimi tanınır.
Bundan əlavə suveren dövlətin dünya birliyinin tam hüquqlu üzvü kimi tanınmasına şərait yaradan iki ənənəvi doktrina var. Deklarativ nəzəriyyə müəyyən şərtlər varsa, dövləti beynəlxalq hüquqda insan kimi qəbul edir:
müəyyən edilmiş ərazi;
daimi əhali;
hökumət;
digər dövlətlər ilə münasibətə girmək bacarığı.
Deklarativ nəzəriyyəyə əsasən dövlətin özü-özlüyündə varlığı onun digər dövlətlər tərəfindən tanınmasınından asılı deyil. İkinci doktrina – konstitutiv nəzəriyyəyə əsasən dövlət beynəlxalq hüququn subyekti kimi yalnız digər beynəlxalq birliyin üzvü olan dövlətin tanınmasından sonra olur.[1]
Geosiyası meydanda hər iki nəzəriyyəyə uyğun dövlətlər mövcuddur. De fakto olaraq tam və ya qismən də olsa öz ərazilərini idarə edən, hökuməti və daimi əhalisi olan regionlar var ki, onlar bir və ya bir neçə dövlət tərəfindən tanınmırlar. Bunun səbəbi adətən regional və ya ərazi münaqişələri nəticəsində yaranır və ikinci dövlətin birincini özünün ayrılmaz tərkib hissəsi kimi görür. Başqa hallarda iki və ya daha çox qismən tanınmış dövlətlər eyni ərazi vahidinə iddia və hər ikisi də bu ərazilərin müəyyən hissəsini de fakto suverenlik edə bilər. Misal olaraq Çin Respublikası (Tayvan) ilə Çin Xalq Respublikası və Koreya Xalq Demokratik Respublikası ilə Cənubi Koreya (Koreya) dövlətlərini gətirmək olar. Ölkədə milli azlıq kimi dövlət quran qurumlar adətən deklarativ doktrinaya əsaslanırlar.
Bir çox hallarda dövlətlərin beynəlxalq səviyyədə tanınmamaqları onların ərazisində xarici hərbi bazaların olması və bu üzdən də ölkənin müstəqil olmamasında da asılıdır. Belə olduqda beynəlxalq birlik xarici hərbi qüvvələrin ölkədə mövcudluğunu onun oyuncaq ölkə olması və müstəqilliyin formal xarakter daşıdığını, real suverenliyin isə xarici hərbi qüvvənin (dövlətin) əlində olduğu düşünülür. Misal kimi yapon yönlü olan Mançukuo və ya İkinci dünya müharibəsi zamanı almanlar tərəfindən yaradılmış Slovakiya və Xorvatiya gətirmək olar. İkinci misal kimi Avropa İnsan Haqqları MəhkəməsininTürkiyəyə qarşı Şimali Kipr ərazisində öz hakimiyyətinin yürüdülməsi iddiasını göstərmək olar.
Həmçinin elə qurumlar da var ki, hər-hansı bir ərazi üzərində idarəsi olmasa da və ya tam olaraq deklarativ dövlətçilik meyarlarına cavab verməsə də ən azından bir dövlət tərəfindən de yure suveren dövlət kimi tanınıb. Tarixi olaraq bura Estoniya, Latviya və Litvanı (Sovet işğalı zamanı) misal olaraq gətirmək olar. Müasir nümunə kimi Fələstin dövlətinin yüzdən çox dövlətin tanınmasını göstərmək olar.
Dövlətin tanınmamağı yalnız diplomatik səthlə bitmir. Bunun vətəndaş üçün əlavə fəsad və problemləri də var. Belə ki, müəyyən hallarda digər dövlətin məhkəməsi qərar verərkən digər dövlətin hüquqi olaraq mövcud olmadığına əsaslanır. Bir qayda olaraq tanınmamış dövlətlərin pasportları da BMT üzvü olan dövlətlərə getməyə imkan verən sənəd deyil. Eyni zamanda elə hallarda olur ki, dövlətin müstəqilliyi tanınmasa da tanınmış dövlət onun qanunvericiliklə müəyyən edilmiş sənədlərini, pasport və orada qeydiyyatda olan hüquqi şəxslərini tanıyır.
Tanınmamış dövlətlər digər dövlətlər tərəfindən separatist qurum, ayrılmış regionları isə işğal edilmiş torpaqlar kimi qəbul edə bilər. Digər dövlətlər tərəfindən tanınması dəstəklənməyən dövlət və beynəlxalq təşkilatlar tərəfindən qismən tanınmış ölkələr də eynilə bu cür xarakterizə edilir.
Dövlətin tanınmağı yalnız BMT Təhlükəsizlik Şurasının tövsiyəsi ilə Baş Assambleyanın qərarı ilə ola bilər. Qəbul üçün Təhlükəsizlik Şurasının 15 ölkəsindən minimum 9-u lehinə olmalıdır. Ondan sonra məsələ Baş Assambleyaya ötürülür ki, dövlətin üzv olması haqda qətnamənin qəbulu üçün hazırkı üzvlərin üçdə ikisinin lehinə olması gərəkir. Bununla belə nəzərdə tutmaq lazımdır ki, şuranın 5 daimi üzvü — Böyük Britaniya, Çin Xalq Respublikası, Rusiya Federasiyası, Fransa və Amerika Birləşmiş Ştatları əleyhinə səs verərək qərara veto qoya bilər.
Buna görə də hal-hazırda BMT üzvü olmaq dövlətin dünyada geniş diplomatik tanınmaya malik olması kimi baxılır və onu de yure müstəqil, suveren qurum kimi təsdiq edir.
Meyarlara dövlətçiliyin olması, ən azı bir dövlətin tanımaması olmalıdır. Bundan əlavə:
faktiki olaraq ərazisi, əhalisi, hökumət və digər dövlətlər ilə əlaqəyə girmə bacarığı olmalı
ən azı bir başqa dövlət tərəfindən tanınmalı
Ümumi vəziyyət
Bəzi dövlətlər yeni yaranmış ölkələrlə heç bir ərazi və ya başqa bir mövzu üzrə mübahisəsi olmasada onlarla tez bir zamanda münasibət qurmur və tanımırlar. Onlar bu qəbildən olan siyahıya aid deyillər. Bəzi ölkələr isə deklarativ meyarlarları yerinə yetirərək, bir çox dövlətlər tərəfindən tanınıb və hətta Birləşmiş Millətlər Təşkilatı üzvü olmasına baxmayaraq ərazi və ya başqa münaqişələrə görə başqa bir və ya daha çox dövlət tərəfindən tanınmır. Bu cür ölkələr siyahıya daxil edilir. Hal-hazırda Birləşmiş Millətlər Təşkilatının (BMT) 193 üzv-dövləti var.
Bəzi dövlətlər onları tanımayan başqa dövlətlərlə qeyri-rəsmi (rəsmi olaraq qeyri-diplomatik) əlaqələrdə olur. Çin Respublikasını burada ən böyük nümunə kimi göstərmək olar. Belə ki, bu dövlət müxtəlif ölkələrdə yerləşən özünün bir çox iqtisadi, mədəni ofisləri vasitəsilə əlaqə yaradaraq, bir növ daimi konsulluq işi yürüdür. Bu Çin Respublikasına hətta onu formal olaraq tanımayan dövlətlər ilə iqtisadi münasibətdə olmağa imkan verir. Toplam olaraq Almaniya,[2]İtaliya,[3]ABŞ[4] və Birləşmiş Krallıq[5] daxil olmaqla 56 dövlət bu və ya digər formada Çin Respublikasında qeyri-rəsmi nümayəndəliklərə malikdir. Kosovo, Şimali Kipr, Abxaziya, Dnestryanı, Sahara Respublikası, Somalilənd, Fələstin və hətta Dağlıq Qarabağ Respublikasının xaricdə qeyri-rəsmi olaraq müəyyən diplomatik və ya iqtisadi məsələlərlə məşğul olan xüsusi nümayəndəliklər saxlayır.
Tanınmayan dövlətlərin meydana gəlməsi
Tanınmamış dövlətlərin yaranmasını şərti olaraq aşağıdakı kimi bölmək olar:
Milli-azadlıq hərəkatı nəticəsində (separatizm) yaranmış dövlətlər. Bu təbəqəyə xüsusi deklarasiya, qanun və ya dövlətlərarası saziş əsasında öz müstəqilliyini elan etmiş dövlətlər aiddir. Misal kimi bura 1776-cı ildə ABŞ-nin müstəqilliyini elan etməsi, SSRİ-dən öz suverenlik və müstəqilliklərini elan etmiş dövlətləri (məsələn Azərbaycan Respublikası) gətirmək olar.
Keçmiş koloniyaların metropoldan müstəqillik qazanması nəticəsində yaranmış dövlətlər. Lakin sonuncu misal müəyyən formada yuxarıdakı şərtlərə daxildir. Belə ki, bu cür koloniyaların bəziləri inqilab, digərləri milli-azadlıq hərəkatı nəticəsində yarana və ya müstəqil olub.
Müasir tanınmayan dövlətlər
Dövlətlərin müstəqilliyini elan etməsi dalğası 1990-cı ilin əvvəlində SSRİ və Yuqoslaviyanın dağılması və bunlarla bağlı etnoərazi münaqişələrin (Dağlıq Qarabağ Respublikası, Dnestryanı Moldova Respublikası, Qaqauziya , Abxaziya, Cənubi Osetiya, Serbskaya Krayina Respublilkası, Serb Respublikası, Kosovo Respublikası) yaranması ilə başladı. Bu cür münaqişələr və ümumiyyətlə dövlətlər olduqca unikal idi və bu üzdən beynəlxalq birlik yeni yaranmış dövlətlərdən parçalanmış əraziləri tanımaqdan imtina edərək "sərhədlərin möhkəmliyi"ni sərt mövqe olaraq ortaya qoydu. Nəticədə statusu müəyyənləşməmiş "tanınmamış postsovet dövlətləri" fenomeni yarandı. Bəzi ekspertlər bu dövlətlərin müəyyən hissəsin əslində əhali tərəfindən kütləvi dəstəyə sahib olub, effektiv dövlət aparatına malik müstəqil dövlətlər olduğunu qeyd edir. Eyni zamanda yetərincə etno-münaqişə mövzusu üzrə mütəxəssis olan ekspertlər bu iddianın əsassız olduğunu deyir.
1995-ci ildə Serbskaya Krayinanın iddia etdiyi torpaqlara Xorvatiya nəzarəti bərpa edib. 1999-cu ildə İçkeriyanın iddia etdiyi ərazilərə Rusiya öz suverenliyini bərpa edir. 2009-cu ildə isə Tamil-İlamın nəzarətdə saxladığı əraziləri Şri-Lanka geniş hərbi əməliyyatlar vasitəsilə yenidən özünə qaytarmağa nail olur. 2008-ci ildə Gürcüstan Cənubi Osetiyaya qarşı analoji addımı atmaq istəsə də bilavasitə Rusiyanın hərbi müdaxiləsi və separatçılara yardımı nəticəsində uğursuz olmuşdu. Nəticədə Gürcüstan Cənubi Osetiya və Kodor dərəsinə nəzarəti tam itirmişdi.
1994-cü ilin sonlarında Qaqauziya Respublikası Moldovanın tərkibinə muxtariyyət əsasında sülh ilə daxil olsa da, 2000-ci illərdən yenidən münaqişə alovlanmağa başlamışdır.
2001-ci ildə keçmiş SSRİ ərazisində olan tanınmamış dövlətlər özlərinin Tanınmamış dövlətlər birliyini yaradır.[6]
Tanınmayan və ya qismən tanınan dövlətlərin siyahısı
Kosovo öz müstəqilliyini 2008-ci ildə elan edib. Hal-hazırda Kosovanın dövlət müstəqilliyi 81 BMT-üzv dövləti və bir BMT üzvü olmayan – Çin Respublikası tərəfindən tanınır. BMT Təhlükəsizlik Şurasının 1244-cü qətnaməsinə əsaəsən 1999-cu ildən (2008-ci ildən isə bir-başa Avropa Birliyinin) bəynəlxalq idarəetməsi altındadır. Kosovanın müstəqilliyi yerli serblər tərəfindən tanınmır və onların kompakt yaşadığı ərazilərdə yeni respublikanın hakimiyyəti sıfır dərəcəsindədir.[25]
Serbiya Kosovanı öz ərazisinin bir hissəsi kimi tanıyır.
Çin Respublikası (ÇR və ya sadəcə Tayvan) konstitusiyaya əsasən 1912-ci ildə yaradılıb. 1949-cu ildə Çində baş vermiş vətəndaş müharibəsi nəticəsində BMT tərəfindən diplomatik dəstəyi itirir və 25 oktyabr 1971-ci ildə Baş Assambleyanın 2758-ci qətnaməsinə əsasən qurumdakı yer Çin Xalq Respublikasına keçir. Hal-hazırda 23 BMT üzvü olan dövlət tərəfindən tanınır.[28] Qalan bütün BMT üzvləri Çin Respublikasını rəsmi olaraq dövlət kimi tanımır; onlardan bəziləri ÇR-in idarə etdiyi əraziləri de jure olaraq Çin Xalq Respublikasının (ÇXR) ərazisi kimi, digərləri ÇR-i Çin Xalq Respublikasının subyekti kimi tanımağa dair heç bir konkret mövqe bildirmədən yayınırlar. Özünün faktiki müstəqilliyi dövründə Çin Respublikası uğurlu diplomatik danışıqlar apararaq müəyyən dairələrdə ÇR ilə ÇXR-ın fərqli, iki müstəqil dövlət kimi tanıtdıra bilmişdir.[29]
Çin Xalq Respublikası Çin Respublikasının (Tayvanın) hüquqi olaraq artıq mövcud olmadığını iddia edərək onu öz suveren ərazisinin bir hissəsi kimi qəbul edir.
↑Stojanovic, Srdjan. "OCHA Situation Report". Center for International Disaster Information. 2003-09-23. 2012-05-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-02-28.
↑ 12Staff writers. "Palestinians 'may declare state'". BBC News. British Broadcasting Corporation. 20 February 2008. 2011-08-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-01-22.:"Saeb Erekat, disagreed arguing that the Palestine Liberation Organisation had already declared independence in 1988. "Now we need real independence, not a declaration. We need real independence by ending the occupation. We are not Kosovo. We are under Israeli occupation and for independence we need to acquire independence".
↑Shelley, Toby. "Spotlight on Morocco". West Africa. London: West Africa Publishing Company Ltd (3712–3723: December 5–31). 1988: 2282. "…the SADR was one of the first countries to recognise the state of Palestine."
↑Israel's Disengagement Plan: Renewing the Peace ProcessArxivləşdirilib 2007-03-02 at the Wayback Machine: "Israel will guard the perimeter of the Gaza Strip, continue to control Gaza air space, and continue to patrol the sea off the Gaza coast. ... Israel will continue to maintain its essential military presence to prevent arms smuggling along the border between the Gaza Strip and Egypt (Philadelphi Route), until the security situation and cooperation with Egypt permit an alternative security arrangement."
Bagian dari seri mengenai Sejarah Indonesia Prasejarah Manusia Jawa 1.000.000 BP Manusia Flores 94.000–12.000 BP Bencana alam Toba 75.000 BP Kebudayaan Buni 400 SM Kerajaan Hindu-Buddha Kerajaan Kutai 400–1635 Kerajaan Tarumanagara 450–900 Kerajaan Kalingga 594–782 Kerajaan Melayu 671–1347 Kerajaan Sriwijaya 671–1028 Kerajaan Sunda 662–1579 Kerajaan Galuh 669–1482 Kerajaan Mataram 716–1016 Kerajaan Bali 914–1908 Kerajaan Kahuripan 1019...
Bagian dari seriPendidikan di Indonesia Kementerian Pendidikan, Kebudayaan, Riset, dan Teknologi Republik Indonesia Pendidikan anak usia dini TK RA KB Pendidikan dasar (kelas 1–6) SD MI Paket A Pendidikan dasar (kelas 7–9) SMP MTs Paket B Pendidikan menengah (kelas 10–12) SMA MA SMK MAK SMA SMTK SMAK Utama Widya Pasraman Paket C Pendidikan tinggi Perguruan tinggi Akademi Akademi komunitas Institut Politeknik Sekolah tinggi Universitas Lain-lain Madrasah Pesantren Sekolah alam Sekolah ru...
This article needs additional citations for verification. Please help improve this article by adding citations to reliable sources. Unsourced material may be challenged and removed.Find sources: Brush electric – news · newspapers · books · scholar · JSTOR (October 2016) (Learn how and when to remove this template message) Electrical contact that conducts current A pair of carbon brushes A brush or carbon brush is an electrical contact, often made ...
Billet d'un dollar. L' enchère d'un dollar est un jeu séquentiel à somme non nulle conçu par l'économiste Martin Shubik pour illustrer le paradoxe de la théorie traditionnelle du choix rationnel dans lequel les joueurs sont obligés de prendre une décision finalement irrationnelle entièrement basée sur une séquence de choix apparemment rationnels effectués tout au long du jeu[1]. Le jeu La partie implique un commissaire-priseur mettant aux enchères un billet d'un dollar avec les r...
Pour les articles homonymes, voir Mouvement et Mélodie (homonymie). En musique, un mouvement mélodique est une succession de deux notes différentes[1]. C'est un intervalle dans une mélodie. Qualité du mouvement mélodique Un mouvement mélodique est soit conjoint soit disjoint : un mouvement mélodique conjoint, ou plus simplement, mouvement conjoint est le franchissement d'un intervalle mélodique situé entre deux degrés voisins[1] sur l'échelle diatonique, autrement dit, entre ...
Irish-American brothers killed in World War II For the fictional characters, Damien and Anthony Sullivan, see The Dead (Higson novel). This article needs additional citations for verification. Please help improve this article by adding citations to reliable sources. Unsourced material may be challenged and removed.Find sources: Sullivan brothers – news · newspapers · books · scholar · JSTOR (September 2018) (Learn how and when to remove this template m...
معركة جراب جزء من الحرب السعودية الرشيديةتأسيس المملكة العربية السعودية معلومات عامة التاريخ 17 يناير 1915 الموقع ماء جراب، شمال المجمعة النتيجة نصر لإمارة حائل[1] قتل الضابط البريطاني المتحاربون إمارة جبل شمر إمارة نجد القادة سعود بن رشيد عبدالعزيز بن سعود القوة 3,000 مقات
Television series Supermodel MeCreated byKaren SeahPresented byCharmaine Harn (1-2) Lisa Selesner (3-5)Cindy Bishop (6-present)JudgesLisa Selesner (3-5) Dominic Lau (3-5) Ase Wang (3-present) Yu Tsai (6-present) Catriona Gray (6-present) Hanli Hoefer (6-present)Theme music composerDave TanCountry of originHong Kong (4)Malaysia (5) Singapore (1-3, 6-current)Original languageEnglishNo. of seasons6No. of episodes68ProductionExecutive producerKaren SeahRunning time21-23 minutes(season 1-2) 60 min...
Historic house in Ohio, United States United States historic placeDarlon Allen HouseU.S. National Register of Historic Places Front of the house, seen after restorationShow map of OhioShow map of the United StatesLocationState Route 58 in Huntington TownshipNearest cityWellington, OhioCoordinates41°6′46″N 82°13′12″W / 41.11278°N 82.22000°W / 41.11278; -82.22000Area5 acres (2.0 ha)Built1830 (1830)Architectural styleGreek RevivalMPSWellington-H...
Armenian Cemetery in Istanbul Balıkçı Family Tomb The Şişli Armenian Cemetery is an Armenian cemetery in the Şişli district of Istanbul, Turkey which is operated and served by the Armenian community of Turkey.[1] Notable burials Hovhannes Arsharouni – Armenian Patriarch of Constantinople Simon Agopyan – Painter Zabel Sibil Asadour – Writer Sevag Balıkçı – murdered conscript in Turkish Military Zaven Biberyan – Writer Hagop Dilacar – Linguist Markar Esayan – Jou...
Indian Hindi-language children's TV channel This article needs additional citations for verification. Please help improve this article by adding citations to reliable sources. Unsourced material may be challenged and removed.Find sources: Gubbare TV channel – news · newspapers · books · scholar · JSTOR (January 2022) (Learn how and when to remove this template message) Television channel Gubbare TVCountryIndiaHeadquartersMumbai, MaharashtraProgram...
Austrian TV station This article includes a list of general references, but it lacks sufficient corresponding inline citations. Please help to improve this article by introducing more precise citations. (January 2013) (Learn how and when to remove this template message) Television channel ServusTVCountryAustriaProgrammingLanguage(s)GermanPicture format576i (16:9 SDTV)1080i (16:9 HDTV)OwnershipOwnerRed Bull GmbHHistoryLaunched17 September 1995; 28 years ago (1995-09-17)LinksW...
Pedro Luís e a Parede Pedro Luís e a ParedeO pesquisador, produtor e músico Pedro Luís, criador da banda. Informação geral Também conhecido(a) como PLAP Origem Rio de Janeiro País Brasil Gênero(s) rock rap funk samba samba-funk samba-rock Período em atividade 1996 - atualmente Afiliação(ões) Fernanda Abreu, Monobloco, Roberta Sá Integrantes Pedro LuísMário MouraSidon SilvaC.A. FerrariCelso Alvim Página oficial www.plap.com.br Pedro Luís e a Parede é uma banda brasileira, fo...
Так буде виглядати Меркурій з океанами і континентами. Можливість існування життя на Меркурії обговорювалася десятиліттями. Меркурій знаходиться набагато ближче до Сонця, ніж будь-яка інша планета сонячної системи, його поверхня значно нагріта (вдень +297 °C, а вночі –1...
1973 film This article needs additional citations for verification. Please help improve this article by adding citations to reliable sources. Unsourced material may be challenged and removed.Find sources: The Little Cowboy – news · newspapers · books · scholar · JSTOR (May 2019) (Learn how and when to remove this template message) The Little CowboyDirected byGuido ZurliProduced byTürker İnanoğluStarringCüneyt Arkınİlker İnanoğluPascale PetitSer...
This article is about the series. For the first game in the series, see Rune Factory: A Fantasy Harvest Moon. Video game series Video game seriesRune FactoryRune Factory series logo used in the main series games. Spin-off titles use their own font and styling.Genre(s)Action role-playingSocial simulationDeveloper(s)NeverlandHakamaPublisher(s)MarvelousNatsume Inc.Rising Star GamesSegaXseed GamesCreator(s)Yoshifumi HashimotoArtist(s)Minako IwasakiComposer(s)Tomoko MoritaPlatform(s)WindowsNintend...
So Long, 174th StreetOriginal Cast RecordingMusicStan DanielsLyricsStan DanielsBookJoseph SteinBasisEnter Laughing by Joseph Stein Enter Laughing by Carl ReinerProductions1976 Broadway So Long, 174th Street is a musical with a book by Joseph Stein and lyrics and music by Stan Daniels. Based on Stein's play Enter Laughing, which had been adapted from the Carl Reiner book of the same name and served as the basis for a 1967 film, it focuses on the journey of David Kolowitz from factory helper to...
Curva de Compactación de la cual se obtiene la humedad óptima y la masa específica. En mecánica de suelos, el ensayo de compactación Proctor es uno de los más importantes procedimientos de estudio y control de calidad de la compactación de un terreno. A través de él es posible determinar la densidad seca máxima de un terreno en relación con su grado de humedad, a una energía de compactación determinada. Existen dos tipos de ensayo Proctor normalizados; el Ensayo Proctor Standard,...
Shopping mall in Maspalomas/Playa Del Ingles, Gran CanariaYumbo CentrumThe entrance to the Yumbo CentrumLocationMaspalomas/Playa Del Ingles, Gran CanariaCoordinates27°45′29″N 15°34′38″W / 27.7579668°N 15.5773201°W / 27.7579668; -15.5773201AddressAv. Estados Unidos 54, 35100 Maspalomas, Gran Canaria, SpainOpening date1982No. of stores and services200+Total retail floor area20,000 square metres (220,000 sq ft)No. of floors4Websiteyumbocentrum.com Th...