| Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. Lütfən, məqaləyə etibarlı mənbələr əlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz. (dekabr 2024) |
Mişel de Monten (tam adı:Mişel Ekem de Monten, fr. Michel de Montaigne; fr. Michel Eyquem de Montaigne; 28 fevral 1533[1][2] – 13 sentyabr 1592[3][4][…]) — fransız intibah dövrünün yazıçısı və filosofu.
Həyatı
Mişel Monten 28 fevral 1533-cü ildə dövlətli tacir ailəsində anadan olmuşdu. Bir zamanlar Bordonun meri olan atası Pyer Eykem İtaliya ilə müharibələrdə iştirak edir, "de Monten" zadəgan tituluna layiq görülmüşdü. Atasının elmə və ədəbiyyata olan marağı irsən oğluna da keçmişdir. Anası Antuanetta de Lopez Araqonda məskunlaşan yəhudi ailəsindən idi.
Uşaqlıqdan yaxşı təhsil almış Mişel Monten Tuluza Universitetini bitirdikdən sonra 21 yaşında məhkəmədə vəzifə alır.
24 yaşlı Monten orada həyatının ən əlamətdar hadisələrindən birini yaşadı – Etyen de la Böesi (1530–1563) ilə tanış oldu. Onlar arasında dərin intellektual və emosional yaxınlığa əsaslanan bir dostluq münasibətləri yarandı. Monten "Dostluq haqqında" adlı əsərində Etyen de la Böesi ilə arasındaki münasibətləri mükəmməl və bölünməz adlandırırdı. La Böesinin dizenteriyadan vaxtsız ölümü Montenin həyatında dərin bir boşluq açdı və güman edilir ki, o, məhz dostunu itirməsi ilə öz daxilində hiss etdiyi boşluğu doldurmaq üçün onun ölümündən 6 il sonra yazıçılıq fəaliyyətinə başladı.1565-ci ildə Monten Bordo Parlamentindəki həmkarlarından birinin qızı Fransua de la Şössen ilə sevgidən daha çox ailə və sosial məsuliyyət duyğusu səbəbindən evləndi. Onun bu evlilikdən altı qızı doğulsa da, onlardan beşi körpəlikdə öldü, altıncısı Leonor isə sağ qaldı.
1569-cu ildə Monten ilk kitabı – ispaniyalı rahib Reymond Zebond tərəfindən XV əsrdə yazılmış "Təbii İlahiyyat" əsərinin fransızca tərcüməsini nəşr etdirdi. O, bunu atasının xahişi ilə etmişdi. Lakin atası böyük oğluna Monten soyadını və malikanəsini miras qoyaraq 1568-ci ildə vəfat etdi. Mişel de Monten 1571–1580 illər arasında müxtəlif həcmli 57 və 37 fəsildən ibarət olan "Essais"in ilk iki kitabını tərtib etdi. Əsər 1580-ci ildə Bordo şəhərində nəşr edilmişdir.
Nəşrdən sonra Fransadakı yeni siyasi vəziyyəti bəyənməyən və səyahət etməyə böyük həvəsi olan Monten 15 ay ərzində Fransa, Almaniya, İsveçrə, Avstriya və İtaliyanı ziyarət etdi. O, bu səyahətinin tarixçəsini özünün "Səyahət Gündəliyi"ndə qeyd etdi. Lakin bu əsər 1774-cü ilədək nəş olunmadı.
1581-ci ilin payızında, hələ İtaliyada olarkən, Monten bir zamanlar atasının tutduğu Bordo meri vəzifəsinə seçildiyi xəbərini aldı. Hər şeyə baxmayaraq o, III Henrinin xahişi ilə vəzifəni qəbul etdi və 1585-ci ilin iyulunadək bu vəzifəni icra etdi.
İkinci səlahiyyət müddətinin sonunda, 1585-ci ildə Bordo şəhərində vəba xəstəliyi yayıldı. Bu epidemiya və dini müharibələr 1586-cı ildə Monteni öz malikanəsini iki il müddətinə tərk etməyə məcbur etdi.
Mişel de Monten – fransız yazıçısı və filosofu, "esse"ni bir ədəbi janr kimi populyarlaşdıran Fransız İntibah dövrünün ən əhəmiyyətli filosoflarından biri.
Onun əsərləri adi lətifələrin və avtobioqrafiyanın intellektual düşüncə ilə birləşməsi ilə səciyyəvidir. Onun kütləvi həcmdə yazdığı "Essais" əsərinin tərkibində indiyə qədər yazılmış ən təsirli esselərdən bəziləri yer alıb.
O, yaşadığı XVI əsrin ikinci yarısında intibah dövrünə təsadüf edən intellektual optimizmin süqutuna şahidlik etmişdi. Humanistlərin əsərlərinin köməyi ilə yeni elmi üfüqlərin açılmasının yaratdığı imkanlar, Fransada Kalvinizm Reformasiyası sonrası meydana gələn dini təqiblər və Din Müharibələri (1562–1598) səbəbilə sarsıldı. Ölkəni parçalayan bu qarşıdurmalar fanatizm və qəddarlıqla müşayiət olunan nəhəng siyasi, dini və vətəndaş müharibələri idi. Yaşadığı dövrün qayğılarını və əzablarını görən, gördüklərini tənqid atəşinə tutan Monten həqiqətin mümkünlüyünün tamamilə bir xülyadan ibarət olduğu ideoloji çəkişmə və parçalanma dövründə insanoğlu və onun vəziyyəti ilə bağlı mümkün həqiqətlərə çatmaq üçün özü haqqında yazmağa qərar verərək kitabının girişində "Mən öz kitabımın mövzusuyam", deyə oxucuya müraciət edirdi.
Monten 28 fevral 1533-cü ildə Fransanın Bordo şəhərində anadan olub.
Fransanın cənub-qərbindəki Şato de Monten malikanəsində anadan olan Mişel ömrünün çox hissəsini öz şatosunda və 50 km qərbdə yerləşən Bordo şəhərində keçirib. Ailəsinin varidatının əsasını ticarətdə uğur qazanmış ulu babası qoymuşdu. Onun babası və atası isə fəaliyyətlərini ictimai xidmət sektoruna qədər genişləndirərək ailənin Fransada böyük nüfuz qazanmasına töhfə vermişdilər. Montenin atası Pyer Eykem sonradan Bordo şəhərinin meri vəzifəsini icra edirdi.
Uşaq vaxtı Monten atasının pedaqogika ideyalarına uyğun olaraq evdə tərbiyə olunurdu və əsasən Latın dilini öyrənirdi. Nəticədə o, altı yaşına qədər fransız dilini öyrənə bilmədi. Təhsilini "Guyenne" kollecində davam etdirdi və buradakı sərt intizam qaydalarını və təhsili bəyənməyərək hüquq təhsili aldığı Tuluza Universitetinə üz tutdu. Daha sonra magistraturaya daxil olaraq Fransa Parlamentinin vergi məhkəməsində çalışmağa başladı. 24 yaşlı Monten orada həyatının ən əlamətdar hadisələrindən birini yaşadı – Etyen de la Böesi (1530–1563) ilə tanış oldu. Onlar arasında dərin intellektual və emosional yaxınlığa əsaslanan bir dostluq münasibətləri yarandı. Monten "Dostluq haqqında" adlı əsərində Etyen de la Böesi ilə arasındaki münasibətləri mükəmməl və bölünməz adlandırırdı.
La Böesinin dizenteriyadan vaxtsız ölümü Montenin həyatında dərin bir boşluq açdı və güman edilir ki, o, məhz dostunu itirməsi ilə öz daxilində hiss etdiyi boşluğu doldurmaq üçün onun ölümündən 6 il sonra yazıçılıq fəaliyyətinə başladı.
1565-ci ildə Monten Bordo Parlamentindəki həmkarlarından birinin qızı Fransua de la Şössen ilə sevgidən daha çox ailə və sosial məsuliyyət duyğusu səbəbindən evləndi. Onun bu evlilikdən altı qızı doğulsa da, onlardan beşi körpəlikdə öldü, altıncısı Leonor isə sağ qaldı.
1569-cu ildə Monten ilk kitabı – ispaniyalı rahib Reymond Zebond tərəfindən XV əsrdə yazılmış "Təbii İlahiyyat" əsərinin fransızca tərcüməsini nəşr etdirdi. O, bunu atasının xahişi ilə etmişdi. Lakin atası böyük oğluna Monten soyadını və malikanəsini miras qoyaraq 1568-ci ildə vəfat etdi.
Mişel de Monten 1571–1580 illər arasında müxtəlif həcmli 57 və 37 fəsildən ibarət olan "Esselər"in ilk iki kitabını tərtib etdi. Əsər 1580-ci ildə Bordo şəhərində nəşr edilmişdir.
Nəşrdən sonra Fransadakı yeni siyasi vəziyyəti bəyənməyən və səyahət etməyə böyük həvəsi olan Monten 15 ay ərzində Fransa, Almaniya, İsveçrə, Avstriya və İtaliyanı ziyarət etdi. O, bu səyahətinin tarixçəsini özünün "Səyahət Gündəliyi"ndə qeyd etdi. Lakin bu əsər 1774-cü ilədək nəş olunmadı.
1581-ci ilin payızında, hələ İtaliyada olarkən, Monten bir zamanlar atasının tutduğu Bordo meri vəzifəsinə seçildiyi xəbərini aldı. Hər şeyə baxmayaraq o, III Henrinin xahişi ilə vəzifəni qəbul etdi və 1585-ci ilin iyulunadək bu vəzifəni icra etdi.
İkinci səlahiyyət müddətinin sonunda, 1585-ci ildə Bordo şəhərində vəba xəstəliyi yayıldı. Bu epidemiya və dini müharibələr 1586-cı ildə Monteni öz malikanəsini iki il müddətinə tərk etməyə məcbur etdi.
Monten "Esselərin" nəşrini böyütməyə və redaktə etməyə davam edirdi. O, 1588-ci ildə üçüncü kitabını yazdı və eyni zamanda əsərinə heyran qalan və sonradan onu redaktə edib yayımlayan müəllif Mari de Qurne ilə tanış oldu. Monten sonradan yazılarında onu "övladlığa götürdüyü qızı" adlandırırdı. III Kral Henri 1589-cu ildə öldürüldü və Monten Bordo şəhərinin Navarralı Henriyə (sonradan IV Kral Henri) sadiq qalmasına kömək etdi.
Mişel de Monten ömrünün son illərini "Essais" əsərinin üzərində işləyərək keçirdi. Bu dövrdə o, müxtəlif xəstəliklərlə mübarizə aparmalı oldu və sonda onu danışmaqdan belə məhrum edən badamcıqların iltihabı xəstəliyi – faringit səbəbilə dünyasını dəyişdi. O, xəstəliyi haqqında danışarkən yazırdı:
"Ağlın ən təbii və ən məhsuldar meyvəsi ünsiyyətdir. Ünsiyyəti həyatımdakı digər bütün fəaliyyətlərdən üstün tuturam. Əgər seçim qarşısında qalsa idim, eşitmə və danışma qabiliyyətimi itirməkdənsə, görmə qabiliyyətimi itirməyi seçərdim".
Öz dövrünün ən görkəmli filosoflarından biri olan Mişel de Monten 1592-ci ildə 59 yaşında öz otağında İncildən bir hissə dinləyərkən və ibadətlə məşğul olarkən vəfat edib. Əvvəlcə öz malikanəsinin yaxınlığında dəfn edilən Montenin nəşi sonradan Bordo şəhərindəki Müqəddəs Antuan kilsəsinə köçürülüb.
Onun yaradıcılığında humanizm əsasən Plutarx və Lukretiusun əsərlərindən ilhamlanan və müxtəlif mövzularda çox sayda qısa subyektiv esselər toplusu olan "Esselər" əsərində öz əksini tapır. Montenin yaradıcılıq məqsədi insanları və xüsusilə də, özünü mütləq dürüstlüklə təsvir etmək idi. Montenin əsərləri bütün dünyada ədəbiyyat və fəlsəfə sahələrində tədris edilir.
İstinadlar
Mənbə
- Əlisa Nicat. Dünya fəlsəfi irsindən yarpaqlar. Bakı,1991. səh.66–67.
Xarici keçidlər
|
---|
Qədim dövr | |
---|
Orta əsrlər | |
---|
Erkən müasir dövr | |
---|
XVIII—XIX əsrlər | |
---|
XX—XXI əsrlər | |
---|
Sosial nəzəriyyələr | |
---|
Əlaqəli | |
---|
| |
---|
Lüğətlər və ensiklopediyalar | |
---|
Şəcərə və nekropolistika | |
---|
|