Kalafat Mehmed Paşa

Kalafat Mehmed Paşa
1 sentyabr 1778 – 21 avqust 1779
(ləqəbi: Kalafat)
ƏvvəlkiMalatyalı Mehmed Paşa
SonrakıSilahdar Seyid Mehmed Paşa
Şəxsi məlumatlar
Doğum yeri
Vəfat tarixi 8 may 1793(1793-05-08)
Vəfat yeri
Fəaliyyəti siyasətçi
Uşağı Əhməd Əfəndi

Kalafat Mehmed Paşa (Sofiya, Osmanlı imperiyası8 may 1793, Gelibolu, Osmanlı imperiyası) — I Əbdülhəmid səltənətində ümumilikdə 11 ay 21 gün sədrəzəm olmuş Osmanlı dövlət adamı.[1][2][3][4]

Həyatı

Həyatından bəhs edən tarixi mənbələrdə Sofiya yaxınlığındakı bir kənddə doğulduğu, yerli əyanlardan Çələbi Mehmed ağanın imarətində kəhya olaraq xidmət edərkən İslamı qəbul etdiyi və daha sonra gəldiyi İstanbulda yeniçəri ocağına yazıldığı bildirilir. Buradakı xidmət müddəti boyunca hansısa bir ləqəb almamasına kinayəylə Mülakkab (ləqəbsiz) Mehmed ağa olaraq anılmış, kalafat ləqəbini isə sədarəti dönəmində qazanmışdır. Çağdaşı olan bir çox tarixçi onun bir illik sədarətinin xələfi Qaravəzir Mehmed Paşa üçün hazırlandığını iddia edərək, "gəmilərin qatranlanması üçün xizək üzərinə alınması" mənasını verən kalafat ləqəbini Mehmed Paşaya məhz bu səbəblə vermişdir.

Onu yeniçəri ocağına daxil edən Kilçizadə Mustafa ağanın yeniçəri ağası olmasıyla, 1748-ci ilin fervalında onun silahdarlığına təyin olunan Mehmed ağa uzun illər ocaq daxilində fərqli vəzifələrdə xidmət etdi və 12 avqust 1770-ci ildə yeniçəri ağalığına gətirildi. Ancaq bu vəzifədə üç ay qala bildi. Belə ki, davam edən müharibə səbəbilə sayı azalan və nizamı pozulan ordunu tənzimləməkdən aciz olması bəhanə edilərək həmin il 29 noyabrda vəzifədən alındı və Təkirdağa sürgün edildi.

Onun bağışlanaraq İstanbula qayıtması isə III Mustafanın vəfatından sonra reallaşdı. Belə ki, I Əbdülhəmidin göndərdiyi fərmanla 19 mart 1777-ci ildə ikinci dəfə yeniçəri ağalığına təyin olundu. Kiçik Qaynarca sülhündən sonra ruslara qarşı tədbir görmək və müharibədə hərbi uğur qazana biləcək yeni bir sədrəzəm axtarışında olan Sultan Əbdülhəmidin əmriylə yeniçəri ağalığından birbaşa sədrəzəmliyə təyin edilmişdir (1 sentyabr 1778). Onun sədarətə gəlişiylə bu təyinatda vasitəçi olan sultanın silahdarı Seyid Mehmed ağanın nüfuzu daha da artmışdır. Onun təyinat əmrində cəbəxana, topxana, tərsanə və barutxanaların istehkamı, ordunun yenidən nizama salınması kimi bir çox təlimatlar qeyd olunmuşdur.

Sədrəzəmliyi dönəmində Rusiyaya göz dağı vermək məqsədilə Qara dənizə səfərə çıxan, ancaq Sinop limanına geri dönməyə məcbur olan kaptan-ı dərya Qazi Həsən Paşa idarəsindəki donanma Moreyaya göndərilmiş və burada albanların çıxardığı üsyan yatırılmışdır. Bundan başqa Səfəvilərdən sonra İranda hakimiyyət mübarizəsinə başlayan Kərim xan Zəndin vəfatı ilə (2 mart 1779) Bəsrə körfəzi işğaldan azad edilmişdir.

Rusiya imperiyası ilə 21 mart 1779-cu ildə bağlanan Aynalıkavak sülhü də Kalafat Mehmed Paşanın sədarəti dönəmindəki mühüm siyasi hadisələrdən biridir. Krım xanlığına müstəqillik verən bu andlaşmadan sonra kütləvi etirazların yayılması və İstanbulda ard-arda çıxan yanğınlar və bunun arxasında yeniçərilərin olması iddiası Kalafat Mehmed Paşaya yeniçəri ocağında köklü dəyişiklik etmək fürsəti qazandırdı. Bir çox ocaq ağası vəzifədən alındı və sürgün edildi. Ancaq qarışıqlıqlar davam etdi. 1779-cu ildə üç fərqli tarixdə (19 aprel, 29 iyul4 avqust) baş verən böyük miqyaslı yanğınlar, bu yanğınların bilərək çıxarılması və iğtişaşların önünü ala bilməməsi sədrəzəmin vəzifədən alınmasına səbəb oldu (21 avqust 1779). Xələfi Qaravəzir Mehmed Paşanın təyinat əmrində, Kalafat Mehmed Paşanın oxuma-yazma bilmədiyi və bu səbəblə ona göndərilən gizli fərmanların ətrafa yayılması, bunun isə bir çox mənfi hadisəyə yol açması açıq şəkildə qeyd edilmişdir.

Vəzifədən alındıqdan sonra malları müsadirə edilmədən Bozcaadaya sürgün edilən Mehmed Paşa daha sonra Gəliboluya göndərildi. Burada ikən təqaüdə ayrılmaq istəmiş və həmin ilin noyabrında təqaüdə ayrılmışdır. Son illərində gözləri tamamilə görməyən Mehmed Paşa 8 may 1793-cü ildə vəfat etmiş, cənazəsi Gəlibolu Namazgah məscidi yaxınlığına dəfn edilmişdir. İki oğlu olduğu, onlardan Əhməd Əfəndinin Qüds qazılığına qədər yüksəldiyi bilinir.

Mənbə

  • Sırkâtibleri İsmail Zihnî, Ebûbekir Sıdkî, Bolevî İbrâhim, Rûznâme-i Sultân Abdülhamîd Hân, TSMA, nr. E. 12360/2a, 5a, 6a, 7a-b, 8a-b, 10a, 12b, 13a, 15b;
  • Rûzmerre, TTK Ktp., Yazma, nr. 1001, s. 7-9, 58;
  • Şem‘dânîzâde, Müri’t-tevârîh (Aktepe), II/B, s. 49, 55, 57-58; III, 79-80;
  • Mehmed Hasîb, Rûzmerre, İstanbul Belediyesi Atatürk Kitaplığı, Muallim Cevdet, nr. K. 578, vr. 25b, 30a-b;
  • Hüseyin Râmiz, Zübdetü’l-vâkıât, İÜ Ktp., TY, nr. 2395, vr. 23a-b, 24b;
  • J. Moreno, Viage á Constantinopla en el año de 1784, escrito de orden superior, Madrid 1790, s. 167;
  • Sâdullah Enverî, Târih I (haz. M. Saffet Çalışkan, doktora tezi, 2000), MÜ Sosyal Bilimler Enstitüsü, vr. 129b, 146a, 182b-183b, 187b-188a;
  • a.e. II, Millet Ktp., Ali Emîrî, Tarih, nr. 67, vr. 77b, 105b, 106a, 107b, 110a, 111a-b, 112b, 114b, 115a, 116b, 119b;
  • Ahmed Câvid, Verd-i Mutarrâ: Hadîkatü’l-vüzerâ Zeyli, İstanbul 1271, s. 30;
  • a.mlf., Müntehabât (haz. Adnan Baycar, doktora tezi, 1999), İÜ Sosyal Bilimler Enstitüsü, vr. 158a, 164a, 260b-262b, 265a;
  • a.e., TSMK, Hazine, nr. 1406, vr. 58a, 90b-100b;
  • Ferâizîzâde Mehmed Said, Târîh-i Gülşen-i Maârif, İstanbul 1252, II, 1597, 1608;
  • Zâimzâde Mehmed Sâdık, Târihçe, İÜ Ktp., TY, nr. 2532, vr. 11b;
  • Kethüdâzâde Said, Târîh-i Sefer-i Rusya, Süleymaniye Ktp., Esad Efendi, nr. 2143, vr. 15a-b;
  • Semavi Eyice, “Mezarlıklar ve Hazireler”, Cimetières et traditions funéraires dans le monde islamique: İslâm Dünyasında Mezarlıklar ve Defin Gelenekleri (ed. J. L. Bacqué-Grammont – Aksel Tibet), Ankara 1996, I, 124-125.

İstinadlar

  1. Vâsıf, Târih, II, 100, 129;
  2. Cevdet, Târih, II, 103-128, 328-336; IV, 246;
  3. Sicill-i Osmânî, IV, 268, 757;
  4. Uzunçarşılı, Osmanlı Tarihi, IV/1, s. 434-435, 448-451, 462-463; IV/2, s. 425-427;

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!