Dimetokalı Mehmed Paşa

Dimetokalı Mehmed Paşa
10 yanvar 1736 – 6 avqust 1737
ƏvvəlkiGürcü İsmayıl Paşa
SonrakıMuhsinzadə Abdullah Paşa
Şəxsi məlumatlar
Doğum yeri
Vəfat tarixi
Vəfat yeri Ciddə sancaqbəyliyi, Osmanlı imperiyası
Fəaliyyəti siyasətçi
Uşağı Şərifə Xədicə xanım

Dimetokalı Mehmed Paşa (ö. dekabr 1757) — I Mahmud dönəmində 1 il 6 ay 24 gün Osmanlı imperiyasının sədrəzəmi olmuş dövlət adamı.[1]

Həyatı

Əslən Dimetokalı olub, haqqında başqa məlumat yoxdur. Sultan Mustafa dönəmində Əndəruna alındı və çuxadarlığa qədər yüksəldi. 1731-ci ilin sonlarında xüsusi vəzifəylə Bağdada göndərildi və geri döndükdən sonra silahdarlığa təyin olundu. 1735-ci ilin iyulunda sədrəzəm elan edilən Gürcü İsmayıl Paşaya sədarət möhürünü təslim etməklə vəzifələndirildi. Ardından paşayla birlikdə paytaxta geri döndü. Ancaq İsmayıl Paşa 25 dekabr 1735-ci ildə vəzifədən alındı və vəzir rütbəsi alan Mehmed Paşa yeni sədrəzəm təyin olunanadək sədarət naibi oldu. 15 gün sonra isə 10 yanvar 1736-cı ildə sədarət möhürü Mehmed Paşanın özünə təqdim edildi və beləcə, sədrəzəm oldu.

O əsnada həm Rusiya, həm də Avstriya-Macarıstanla müharibəyə başlanıldı, bu səbəblə Mehmed Paşa sərdar olaraq orduyla birlikdə səfərə çıxdı. 6 avqust 1737-ci ildə vəzifədən alınaraq Əyriboz adasına göndərildi. 1744-cü ilin oktyabrında Saloniki, 1745-ci ilin aprelində Özi, 1747-ci ilin yanvarında Belqrad, 1748-ci ilin oktyabrında İnəbaxdı, 1751-ci ilin fevralında yenidən Saloniki, həminilin martında isə Ciddə sancaqbəyliyinə təyin edildi. 1757-ci ilin dekabrında orada vəfat etdi. Vəfatı əsnasında Şərifə Xədicə xanım (ö. 1828) adlı 2 yaşında bir qızının olduğu məlumdur.

Mənbə

  • Sicilli-Osmani IV, səh. 44
  • Buz, Ayhan (2009) Osmanlı Sadrazamları, İstanbul: Neden Kitap, ISBN 978-975-254-278-5
  • Danışmend, İsmail Hâmi, (1961) Osmanlı Devlet Erkâni, İstanbul:Türkiye Yayınevi
  • Uluçam, Müjdat "Mehmed Paşa (Silahdar, Damat, Dimetokalı)" (1999), Yaşamları ve Yapıtlarıyla Osmanlılar Ansiklopedisi, İstanbul

İstinadlar

  1. Tektaş, Nazim (2002), Sadrâzamlar Osmanlı'da İkinci Adam Saltanatı, İstanbul:Çatı Yayınevi

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!