Bela kral II Andraşın ilk həyat yoldaşından olan ən böyük oğlu idi. O, 29 noyabr 1206-cı ildə Transilvaniyada anadan olmuşdu. Kral Andraşın təşəbbüsü ilə 7 iyunda Papa III İnnokenti yepiskop və baronlara müraciət edərək gələcək krala sədaqət andı içməyi tapşırdı. 1213-cü ildə atası II Andraş onu Bulqar çarı Borilin qızı ilə nişanlasa da tezliklə bu nişan pozulur[3]. II Andraş Müqəddəs Torpaqlara səfəri zamanı IV Belanı nənəsi Meraniyanın yanında qoyur. 1218-ci ildə səfərdən qayıtdıqdan sonra isə onu Niseya imperatorunun qızı ilə evləndirir. Nikah 1220-ci ildə baş tutur. 1226-cı ilə qədər Bela Transilvaniyanı hersoq titulu ilə idarə etmişdir. O əyalətin şərqində yaşayan paqankumanlar arasında xristian missonerlərinin fəaliyyətini dəstəkləyirdi. Hətta bəzi kuman qəbilə başçıları onun həkimiyyətini tanımışdı. 1235-ci ildə kral II Andraşın vəfatı ilə IV Bela taxta çıxmağa nail oldu.
IV Bela Macarıstan və Xorvatiyanın kralı
Taxta çıxdıqdan sonra o atasının yaxın adamlarını cəzalandırdı. Məsələn II Andraşın yaxın məsləhətçiləri baron Denis kor edilmiş, Yulius Kan isə həbs edilmişdi. Bela özünün əsas məqsədinin babası III Belanın hakimiyyəti illərindəki kimi "kral hüquqlarının bərpası" və "ölkədə mövcud vəziyyətin bərpası" olduğunu bəyan etdi. O kral yığıcaqlarında baronların iştirakının qarşısını almaq üçün "baron stulları"nı yandırılmasını əmr etdi. Əvvəllər kral tərəfindən paylanan torpaqlar məsələsinə baxılması üçün yeni bir komissya yaratdı. II Andraş tərəfindən bağışlanan bir çox torpaqlar geri qaytarıldı. Papa IX Qreqori onun bu addımını şiddətlə tənqid etdi və nəticə də geri alnmış mülklərin yenidən sahiblərinə qaytarılması qarşılığında Papa ona səlahiyyət verir ki, illərdir "Müqəddəs baxış"a qarşı çıxan yerli müsəlman və yəhudiləri maliyyə idarəsində işə qəbul etsin.
Bela şəhərlərin inkişafını dəstəkləyirdi. Buna misal olaraq, Sekeşfexervar sakinlərinin azadlıqlarını təsdiq etmiş, eləcədə 1237-ci ildə Bars şəhərində məskunlaşan macar və almanlara bir sıra imtiyazlar vermişdi.
Monqolların Macarıstana yürüşü
1240-cı ilin dekabr ayında Batı xan monqol ordusunun Macarıstan sərhəddində toplayır. 1241-ci ildə Macarıstan monqolların hücumuna məruz qalmışdır. Bu zaman Avstriya hersoqu II Fridrix onların köməyinə gəlir[4]. Tərəflər 12 aprel 1941-ci ildə Moxi döyüşündə qarşı qarşıya gəldilər. Macarlar bu döyüşdə böyük itkilər vermişdi. IV Bela qaçaraq döyüş meydananını tərk etsə də monqollar onu Adriatik dənizi sahillərinə qədər izlədi. 1242-ci ilin mart ayında Macarıstan yenidən monqolların hücuma məruz qaldı. Monqol ordusuna bu dəfə Ögedey xanın oğlu Kadan rəhbərlik edirdi[5]. Yürüş zamanı böyük macar şəhərləri alt-üst edildi. Bela bir müddət Troqir şəhərinə sığınmalı oldu. Sərkərdə Kadanın şəhəri mühasirəyə aldığı bir zamanda ona Böyük Xaqanın ölməsi xəbəri gəldi və bu səbəbdən monqollar Macarıstanı tərk edərək geri qayıtdılar.
"İkinci qurucu" Bela
Monqollar şəhəri tərk etdikdən sonra Bela 1242-ci ilin may ayında Macarıstana qayıtdı. Kral gördü ki, monqollar ölkəsinə külli miqdarda ziyan verib. Şəhərlər darmadağın edilib. Əsasən Danubiya ətrafında dağıntılar xüsusilə ağır idi. Sadəcə Sekeşfexervar, Esterqom və Pannonhalma arxiyepiskopluğu kimi yaxşı müdafiə edilən şəhərlər bu hücumdan yaxasını qurtara bilmişdi. Vəziyyət belə olduqda Bela yeni radikal reformlar həyata keçirmək məcburiyyətində qaldı. İlk əvvəl monqolların növbəti yürüşlərinə qarşı bir sıra tədbirlər görməyə qərar verən kral Danubiya ərtafını xüsusi hərbi qüvvələrlə gücləndirdi. Köhnə kral sarayını tərk edərək özü üçün yeni bir qala inşa etdirməyi əmr etdi. Bu qalalardan biri Nadşaroşda digəri isə Vişeqradda inşa olundu[6]. Bununla yanaşı 100-ə qədər yeni müdafiə qalaları inşa edildi. O icazə verdi ki, baronlar və yepiskoplar öz əraziləri ətrafında daş qalalar tiksinlər və hərbi qüvvə saxlasınlar. Onun hakimiyyəti dövründə Macarıstana Müqəddəs Roma imperiyasından, Polşadan və başqa qonşu dövlətlərdən minlərlə kolonist axını baş verdi.
IV Bela monqolların geri çəkilməsindən istifadə edərək daha aktiv xarici siyasət aparmağa başladı. 1242-ci ilin ikinci yarısında Avstriya işğal edildi. Monqollara qarşı müdafiə taktikasını mənimsəyən Bela 3 qızını monqol işğalına məruz qalan və ya təhlükə yaşayan dövlərlərin şahzadələri ilə evləndirdi. Belanın səyləri nəticəsində dağılmış dövlət yenidən yüksəldi və bu səbəbdən ona "İkinci Qurucu" titulu verildi.
Hakimiyyətinin son illəri
1261-ci ildə Bela oğlu Stefan ilə birlikdə Bolqarıstanı işğal etdi. Bulqar çarı Çar Konstatin Tik məcbur oldu ki, Vidini tərk etsin. İşğaldan sonra Bela Macarıstana qayıtsa da oğlu Bolqarıstanda qaldı. Belanın kiçik oğlu Belaya və qızı Annaya olan isti münasibəti digər oğlu Stefanı qəzəbləndirdi. O əsərlərində tez tez valideyn qayğısından məhrum qaldığını və atası tərəfindən öldürülmək təhlükəsi altında olduğunu vurğulayırdı. Vəziyyət belə olduqda yaranabiləcək bir vətəndaş müharibəsinin qarşısını almaq məqsədilə Arxiyepiskop Fillip və bir sıra yüksək vəzifəli dövlət adamları ata ilə oğul arasında münasibətləri yoluna qoymağa çalışdı[7]. Pressburq sülhü ilə ölkə iki hissəyə bölündü: Dunaydan qərbdəki torpaqlar Belanın, şərqdəki torpaqlar isə Stefanın hakimiyyəti altında qaldı. Ata ilə oğul arasındakı münasibətlər hələ də gərgin olaraq qalırdı. Stefanın ölkənin qərbində yerləşən anası və bacısına aid torpaqları ələ keçirməsinə qarşılıq Bela qızı Annanın başçılığı ilə 1264-cü ildə böyük bir ordunu onun üzərinə göndərdi[8]. Anna Şaroşpatak şəhərini tutaraq Stefanın yoldaşını və uşaqlarını əsir aldı. Stefan özü isə Transilvaniyanın şərqində, Feketehalomda qəsrə sığındı. Tərəflər 1265-ci ildə qarşı qarşıya gəldi[9]. 1266-cı ildə bağlanan sülhə əsasən ölkənin Dunay boyunca bölünməsi təsdiqləndi.
Vəfatı
1269-cu ildə Belanın öz adını verdiyi sevimli oğlu Bela vəfat etdi[8]. 1270-ci ildə isə qızı Marqaretin ölümü kralı xəstələndirdi. Uzun müddət xəstə yatdıqdan sonra Bela 3 may 1270-ci ildə 63 yaşında vəfat etdi[10]. O Esterqomda Franiskan kilsəsində dəfn edildi. Daha sonra Esterqomlu Fillip tərəfindən məzarı Esterqom kafedralında köçürüldü.
↑Fine, John V. A. The Late Medieval Balkans: A Critical Survey from the Late Twelfth Century to the Ottoman Conquest. The University of Michigan Press. 1994. ISBN0-472-08260-4.
↑Tanner, Marcus. Croatia: A Nation Forged in War. Yale University Press. 2010. ISBN978-0-300-16394-0.
↑Engel, Pál. The Realm of St Stephen: A History of Medieval Hungary, 895–1526. I.B. Tauris Publishers. 2001. ISBN1-86064-061-3.
↑Zsoldos, Attila. Családi ügy: IV. Béla és István ifjabb király viszálya az 1260-as években [A family affair: The Conflict between Béla IV and King-junior Stephen in the 1260s](macar). História, MTA Történettudományi Intézete. 2007. ISBN978-963-9627-15-4.
↑ 12Érszegi, Géza; Solymosi, László. Az Árpádok királysága, 1000–1301 [The Monarchy of the Árpáds, 1000–1301] // Solymosi, László (redaktor). Magyarország történeti kronológiája, I: a kezdetektől 1526-ig [Historical Chronology of Hungary, Volume I: From the Beginning to 1526](macar). Akadémiai Kiadó. 1981. 79–187. ISBN963-05-2661-1.
↑Sălăgean, Tudor. 'Regnum Transilvanum. The assertion of the Congregational Regime // Pop, Ioan-Aurel; Nägler, Thomas (redaktorlar ). The History of Transylvania, Vol. I. (Until 1541). Romanian Cultural Institute (Center for Transylvanian Studies). 2005. 233–246. ISBN973-7784-00-6.
↑Kristó, Gyula. Háborúk és hadviselés az Árpádok korában [Wars and Tactics under the Árpáds](macar). Szukits Könyvkiadó. 2003. ISBN963-9441-87-2.
Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!