Hüqo Qrotsi

Hüqo Qrotsi
nid. Hugo Grotius
Doğum adı Hugo Grocio, Hugo Grotius eller Hugo de Groot
Doğum tarixi 10 aprel 1583(1583-04-10)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 28 avqust 1645(1645-08-28)[1][2][…] (62 yaşında)
Vəfat yeri
Elm sahələri Beynəlxalq hüquq, siyasi fəlsəfə
Təhsili
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Hüqo Qrotsi (nid. Hugo Grotius; 10 aprel 1583[1][2][…], Delft, Hollandiya qraflığı, Yeddi Birləşmiş Əyalət Respublikası[2][3]28 avqust 1645[1][2][…], Rostok[2][3]) ― təbii hüquq nəzəriyyəsinin ilk görkəmli nümayəndəsi, Niderland Burjua İnqilabının ideoloqu, niderland hüquqşunası, siyasi filosofu və dövlət xadimi.

Hüqo Qrotsinin 25 yaşındakı portreti, Mişel Yans van Mieverelt (Hollandiya Qızıl Dövrü rəssamı) (1608)
Hüqo Qratsinin Delftdə (Hollandiya) abidəsi

Həyatı

XVII əsr Burjua İnqilablarının Niderland və İngiltərədə qələbə çaldığı, dövlət, hüquq haqqında spesifik təlimlərin yayıldığı bir dövr kimi səciyyəvidir. Bu dövrdə mütləqiyyətə, zadəganlara, dinə qarşı ehtiraslı mübarizə burjua "təbii hüquq" nəzəriyyəsində öz əksini tapdı. Bu nəzəriyyəyə görə dövlət və hüquq Allah tərəfindən deyil, insan zəkasının qanunlarına uyğun olaraq, insanların əsrlər boyu əldə etdikləri təcrübə prosesində ictimai müqavilə əsasında yaranmışdır. Sözügedən nəzəriyyənin banisi niderland hüquqşünası, siyasi filosofu və dövlət xadimi Hüqo Qrotsi idi. Fransada mühacirətdə qalmağa məcbur olan Qrotsi həmin ölkədə "Müharibə və sülh hüququ haqqında üç kitab" (1625) adlı sanballı əsər yazır. Həmin əsərdə təbii hüquq və xalqların hüququ geniş təhlil olunur, ümumi hüququn prinsipləri açıqlanır və bütövlükdə dövlət və hüquq haqqında, xüsusi ilə beynəlxalq hüquq barədə burjua elminin əsası qoyulur. Qrotsi hüquqi çoxcəhətli ictimai hadisə kimi nəzərdən keçirir. Hollandiyanın dövlət katibi, fransız sarayında İsveçin səfiri vəzifəsini tutmuşdur. Hüqo Qrotsiyə görə, siyasi elmin predmeti- məqsədyönlülük və faydalılıq, eyni zamanda ədalət və hüquq deməkdir. Hüqo Qrotsi hüququ təbii və müəyyən olunmuş (dövlətin fəaliyyəti nəticəsində) növlərə bölür. O, öz dövründə hüququn güc konsepsiyasının hökmranlığına etiraz etmişdir. Bu dövrdə ədalət güclülərin faydası kimi götürülür, həm dövlətin, həm də ictimai müqaviləni (buna riayət edilməsi təbii hüququ tələb etmək deməkdir) nəzərə alaraq, dövlət hüququnun mənbəyi hesab olunurdu. Siyasət sahəsində təbii hüquq müddəalarının həyata keçirilməsi gedişində faydalılığın və məqsədyönlülüyün siyasi prinsipi ədalətliliyin hüquqi prisipinə birləşir. Dövlətin əsas əlaməti kimi ali hakimiyyəti vacib sayırdı. Onun üçün ali hakimiyyət

  • 1. Qanunların verilməsi;
  • 2. Məhkəmə;
  • 3. Vəzifəli şəxslərin təyin olunması və onların fəaliyyətinə rəhbərlik;
  • 4. Vergilərin yığılması;
  • 5. Müharibə və sülh;
  • 6. Beynəlxalq müqavilələrin bağlanması və başqa bu kimi konkret hüquqi məzmuna malik olan ictimai-siyasi hadisələr idi.

Beynəlxalq hüququn atası

H. Qrotsi üçün hüquq və gücün nisbəti problemi təbii (hüquq həqiqi anlamda) və ondan irəli gələn hüququn iradə və müəyyən olunmuş formaları və müqaviləli dövlət və vətəndaş təsisatlarının əlaqə problemidir. Burada güc dövlətdaxili və beynəlxalq sahədə təbii hüququ tələblərinin yalnız həyata keçirilmə vasitəsidir. H. Qrotsi beynəlxalq hüquq sahəsində idrak və hüquq tələblərinə, əməkdaşlığa, bərabərliyə, suveren dövlətlər tərəfindən könüllü olaraq müəyyən olunan və ardıcıl şəkildə riayət edilən vahid beynəlxalq hüquq qaydaları ideyasına əsaslanan yeni tipli beynəlxalq münasibətlərin formalaşmasını vacib sayır və bildirirdi ki, bağlanmış müqavilələrin sarsılmazlığı prinsipinə əməl olunmalıdır.

Müharibə və sülh haqqında fikirləri

H. Qrotsinin fikrincə hətta müharibələrə belə hüquqi təzahür xüsusiyyətləri verilməlidir. O, müharibə və hüququn bir yerə sığmadığı haqqında fikirlərə qarşı etiraz edir, axı "müharibələr sülhlə başa çatır", sülh isə "müharibənin son məqsədidir" deyir. O, müharibələri

  • 1.xüsusi (şəxslər arasında);
  • 2.kütləvi (vətəndaş hakimiyyəti orqanları arasında);
  • 3.qarışıq (ilk iki ünsürlərdən);
  • 4.ədalətli;
  • 5.ədalətsiz -

müharibələrə bölərək onları "güclər arasında mübarizə üsulu" kimi qiymətləndirir. Təbiət etibarilə hər kəs öz hüququnun müdafiəçisidir (o cümlədən qüvvə ilə). O, ədalətsız işğalçı müharibələri pisləyir və göstərirdi ki, müharibə "böyük fəlakətlər gətirir". Müharibə başlanıbsa sülh yolu ilə başa çatmalı, hüquq və humanizm prinsiplərinə tabe olmalıdır. Bu mənada fikrini inkişaf etdirib bildirirdi ki, dinc sakinlər və hərbi əsrlərin öldürülməsi yol verilməzdir.

Hüquq Qrotsiyaya görə, dövlət "hüquqa və ümumi faydalılığa riayət edilməsi naminə azad insanlarının təkmil ittifaqıdır". Dövlətəqədərki vəziyyət ("təbii") əmlak ümumiliyi və "fövqəladə qarşılıqlı bağlılıq" hissi ilə səciyyələnir. Lakin mülkiyyət və qeyri-bərabərlik münasibətlərinin inkişafı ilə düşmənçilik artır və təhlükəsizliyinin əsasları barədə müəyyən saziş tələb olunur ki, bu da dövlətin yaranmasına gətirib çıxarır. Dövlət isə azlığa qarşı çoxluğun sazişi, yaxud zəif və istismar olunanların güclü və qüdrətli şəxslərə qarşı ittifaqı deməkdir. Suverenlik dövlət hakimiyyətinin başlıca əlamətidir, dövlət isə bütövlükdə onun daşıyıcısıdır. Hüqo Qrotsi dövlətin aşağıdakı formalarını xatırladır: çar hakimiyyəti (vahid hakimiyyət), tanınmış əyanların hakimiyyəti, azad vətəndaş icması, demokratik respublika və.s O, dövlətin arikratiya formasına rəğbət bəsləyir, demokratik respublika və tiraniya (bütün mövcud olmaq hüququ vardır, bu isə, öz növbəsində, ilkin ictimai müqavilənin şərtləri ilə müəyyən olunur) xüsusi tənqid olunur. Hüqo Qrotsiyaya görə, dövlət işlərində hökmranlıq etmək və tabe olmaq qaydaları zəruridir, bu isə ayrıca olaraq şəxsin hakimiyyətə müqavimət göstərmək azadlığı ilə bir araya sığmır

Təbii hüquq o qədər əbədidir ki, hətta Allah belə onu dəyişə bilməz. Dövlətin əsas məqsədi şəxsi mülkiyyəti və qanunları qorumaqdır. Dövlətin əlamətləri, ünsürləri: onun suverenliyidir. Dövlət beynəlxalq münasibətlərin subyektidir. Müharibə zamanı qaydalar olmalıdır: lazımsız zəbtlər olmamalı, hərbi əsrlər öldürülməməli, dinc əhali ilə müharibə aparılmamalıdır.

Beləliklə burjuaziyanın ictimai müqavilə və təbii hüquq nəzəriyyəsinin görkəmli ideoloqu Qrotsi suverenlik, azadlıq haqqında mütərəqqi fikirləri ilə özündən sonra siyasi təlimlər tarixində dərin iz buraxdı. Onun nəzəriyyəsi XVII əsr İngiltərə, XVIII əsr Fransa burjua inqlablarının əsas ideya mənbəyi oldu. Bu gün də dövrümüzün ən aktual anlayışı olan beynəlxalq hüquq nəzəriyyəsi öz başlanğıcını bu mütəfəkkirdən götürür.

İstinadlar

  1. 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 3 4 5 6 7 8 Hugo de Groot. 2009.
  3. 1 2 3 4 ECARTICO (ing.).

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!