"Hollywood Tonight" — Maykl Ceksonun ölümündən sonra çıxarılmış "Michael" albomuna daxil olan mahnı. 2011-ci ilin mart ayında həmin albom 1,5 milyon nüsxə satış və 3 milyon dəfə internetdən yükləmə sayına görə sertifikat almışdır. "Hollywood Tonight" mahnısı 11 fevral2011-ci ildə Epic Records tərəfindən həmin albomdan olan ikinci sinql kimi satışa çıxarılmışdır. Mahnının danışıq hissələri Maykl Ceksonun əmioğlusu Taryll Jackson tərəfindən ifa edilmiş, Teddy Riley tərəfindən yazılmışdır. Mahnının klipi isə 10 mart2011-ci ildə təqdim edilmişdir. Klipdə Əlcəzair doğumlu rəqqasə Sofia Boutella Maykl Cekson kimi paltar geyinib, 60 nəfərlə birgə onun kimi rəqs edir.
Mahnı Maykl Cekson tərəfindən "Invincible" albomunun hazırlanması zamanı yazılmışdır. Lakin o zaman mahnı alboma daxil edilməmişdir. Birdə Maykl 2007-ci ildə bu mahnı üzərinə qayıtmış və prodüser Theron "Neff-U" Feemster ilə birgə mahnı üzərində işləməyə başlamışdır.[1] Cekson mahn ının sözlərinin ilkin variantını hələ 1999-cu ildə yazmış, daha sonra isə dostu və iş ortağı Bred Bakserlə birgə musiqi üzərində çalışmağa başlamışdır. Bred Bakser mahnının musiqisini yazan müəlliflərdən biridir. On il keçdikdən sonra, Cekson növbəti dəfə bu mahnının üzərinə qayıtmışdır. Cekson və Bakser 2007-ci ildə Las-Veqasda mahnı üzərində işləri davam etdirmişlər. 2008-ci ilin oktyabrında, Cekson Los-Ancelesdə yaşayarkən, səsyazma mühəndisi Maykl Prinsdən mahnının köhnə versiyasını səsləndirməyi xahiş etmiş, dinlədikdən sonra isə, uzun mmüddət ərzndə mahnının xeyli inkişaf etdirildiyii görmüş, bununla belə mahnı üzərində işlərini yekunlaşdırmamışdı.[2]Maykl Ceksonun ölümündən sonra Teddy Rilley də Theron "Neff-U" Feemsterlə birgə mahnının hazırlanmasında prodüser kimi iştirak etmişdir. Rilley həmçinin Taryll Jackson tərəfindən ifa edilmiş sözləri yazmışdır ki, burda da Ceksonun ifa etdiyi mahnının məzmununa uyğun mətn verilmişdir.[2]
"Michael" albomunun çıxarılmasından əvvəl 3 dekabr2010-cu ildə teleşou aparıcısı Ellen DeGeneres özünün "The Ellen DeGeneres Show" adlı proqramında "Hollywood Tonight" mahnısını ilk dəfə tamaşaçılar təqdim etmişdir.[3] Radiostansiyalarda isə ilk dəfə 2011-ci ilin 11 fevralındaİtaliyada səsələndirilməyə başlamışdır.[4] Mahnı 12 fevral2011-ci ildən etibarən BBC Radio 2-də də səsləndirilmişdir.[5] In Poland, the song was released on February 14, 2011.[6] Mahnı Polşada14 fevral2011-ci ildə təqdim edilmişdir. Maykl Ceksonun rəsmi saytının yaydığı məlumatda isə bildirilirdi ki, "Hollywood Tonight" mahnısından sonra isə davam olaraq , "Behind the Mask" mahnısı ABŞ, Kanada, Yaponiya və Fransada satışa çıxarılacaq.[7] ABŞ –da isə mahnı bir az gec radiolarda səsləndirilməyə başlamış, əksər radiolar mahnını öz musiqi siyahılarına daxil etmişlər. Lakin əsasən U.S. urban və urban AC radio radioları 5 aprel2011-ci ildən etibarən mahnını davamlı olaraq səsləndirmişlər.[8]
Təqdimatı
Mahnı musiqi tənqidçilərindən əsasən müsbət rəylər almışdır. Lakin, bundan əvvəl çıxarılmış sinqllar kimi zəif satılmışdır. Mahnının prodüserlərindən biri olan Teddy Riley deyir: "Mən artıq növbəti mərhələ kimi "Billie Jean" və "Dangerous" və ya "Leave Me Alone" mahnılarının birləşdirilməsi üzərində işləmək fikrindəyəm. Bu bütün zamanların ən gözəl bass xəttinin ortaya çıxarılmasına oxşayır."[9] "Huffington Post" dan Co Vocel qeyd edir ki, "mahnı kəsinlklə, albomun ən mühüm mahnılarındandır. Mahnı qotik kilsə xorunun ifası ilə başlayır və sonra bu energetik rəqs ritimlərinə çevrilir. Və mahnıda Mayklın dərin diqqətə layiq səsini hərbi stildə fit səsləri tamamlayır."[10] "Entertainment Weekly"dən Leah Greenblatt qeyd edir ki, "mahnı Mayklın əvvəlki mükəmməl pop mahnıları ilə müqayisədə təcili hazırlanmış və zəif təsiri başğılayır."[11] "NME" dən Dean Martin qeyd edir ki, "Michael" albomu "sən düşündüyün qədər də qorxunc deyil" və "siz ən pis fikiri "Hollywood Tonight" mahnısı haqqında söyləyə bilərsiz."[12] "Billboard"dan Jason Lipshutz, Gail Mitchell və Gary Graff qeyd edirlər ki, mahnıdakı səslər Britni Spirsin "Lucky" və Castin Timberleykin "Love Stoned" mahnılarındakı səslərə oxşayır.[9] "Daily Telegraph"dan Neil McCormick deyir: "mahnda klassik popa fövqəladə qüvən var və "Michael" albomu səksəninci illərdən bəri Maykl Ceksonun ən yaxşı albomlarından biridir."[1] "Daily News"-dan Jm Farver isə qeyd edir ki, ""Hollywood Tonight" Maykl Ceksonun yaşlı vaxtında verdiyi imtahana bənzəyir."[13]
Klipi
Mahnıya klip çəkilməsi haqqında ilk məlumat Ceksonun rəsmi saytı tərəfindən yayılmışdır. Klipin fevralın sonlarında təqdim edilməsi gözlənilsə də bu tarix bir üədər də uzadılmış və klip 10 mart2011-ci ildə ictimayətə təqdim edilmişdir. Klipin 19 saniyəlik ilk görüntüləri Ceksonun rəsmi Facebook səhifəsində yayımlanmışdır.[14] Mart ayının 10-da isə tam versiyalı klip təqdim edilmişdir.[15] Klipdə mahnı yeni versiyada – "Throwback Mix" adlandırılan versiyada istifadə edilmişdir ki, bu versiya da əlavə vokal səslərin olması və "Billie Jean" ritimlərindən nümunələrin istifadəsi ilə fərqlənir.
Klipdə əsas obraz əlcəzairli rəqqasə Sofiya Boutellanın canlandırdığı Maykl Cekson kimi paltar geyinmiş qızdır.[16] Klipdə gənc rəqqasə qızın Hollivuda gəlməsi və burada həmkarları ilə rəqabət apararaq rəqqasə kimi tanınması təsvir edilmişdir.[17]
Hit paradlarda
"Hollywood Tonight" mahnısı "Michael" albomundan çıxarılmış ikinci sinql kimi əksər ölkələrdə məşhurlaşmışdır. BBC Radio 2 radiosunun davamlı olaraq səsləndirməsindən sonra, mahnı Birləşmiş Krallıqda "The UK Radio Airplay Chart"da 2011-ci ilin VII həhtəsi otuz beşinci yerdə debüt etmişdir.[19] Lakin sinqlın həddən artıq zəif satışı onun UK Singles Chartın yüzlüyündən kənarda qalmasına səbəb olmuşdur.[20]