Breaking News

"Breaking News"
Maykl Cekson tərəfindən Michael albomunda ifa olunmuş mahnı
Yayımlanıb 8 noyabr, 2010
Janr Hard rok
Hip-hop
R&B
Pop
Nyu-cek-svinq
Dil İngilis dili
Müddət 4:17
Bəstəkar Maykl Cekson
Sözlərin müəllifi Maykl Cekson
Prodüser Maykl Cekson
Studiya Epic Records
Leybl Epic Records
Audio nümunəsi
Breaking News mahnısının səslənməsi

Breaking NewsMaykl Ceksonun ölümündən sonra çıxarılmış və indiyə kimi işıq üzü görməyən mahnıların toplandığı Michael[1] albomundan olan ilk sinqlı. Sinqlın rəsmi şəkildə 5 noyabr 2010 – cu ildə ictimayətə təqdim edilmiş,[1] mahnı tam şəkildə ilk dəfə 8 noyabr 2010 -cu ildə Ceksonun rəsmi veb saytında yalnızca bir həftə müddətində yayımlanmışdır. Həmçinin 8 noyabr tarixindən etibarən mahnı radiolarda da səsləndirilməyə başlanmışdır.[2]

Fon

Mahnı 2007-ci ildə Nyu-Cersidə, Maykl Cascio ailəsi ilə birgə yaşadığı vaxt yazılmışdır. Michael albomuna daxil olan "Monster""Keep Your Head Up" mahnıları da daxil olmaqla digər mahnıların da əksəriyyəti bu zaman yazılmışdır.[3]

Çıxarılması

5 noyabr tarixində "Breaking News" mahnısının reklam videosu Maykl Ceksonun röəsmi veb saytında yerləşdirildi. Videoda müxtəlif telekanalların məşhur müxbirlərinin Cekson haqqında olan məlumatları baş xəbər kimi çatdırmaları təsvir edilmişdi. Bu girişdən sonra Ceksonun qısa vokal ifası verilmişdi.[4]

"Breaking News" çoxdan gözlənən albomun debüt sinqlı və albomnan yayımlanan ilk mahnı olmasına baxmayaraq Sony Music mahnının kommersiya sinqlı deyil, Promo sinql kimi radiolarda yayımlanmasına razılıq verdi.[5] 5 noyabrda sinqlın reklam videosu Ceksonun rəsmi veb saytında yayımlandı. Video müxbirlərin Cekson haqqında xəbərlər səsləndirməsi ilə başlayır və ardından Ceksonun ifası səslənirdi.[6] Videoda Mayklın müxtəlif illərdə qarşılaşdığı çətinliklər və haqqında yayılan xəbərlərə istinad edilmişdir.[5][7]

8 noyabr 2010 – cu il tarixində isə mahnının tam versiyası radiolarda səsləndirilməyə başlandı[8][9]. Həmçinin mahnı, bir həftə ərzində MichaelJackson.com saytında da səsləndirildi.[10]

Mübahisə

Mahnının orijinallığı, yəni həqiqətən də Maykl Cekson tərəfindən ifa edilməsi Ketrin Cekson, Mayklın iki böyük övladı,[11] həmçinin Ceksonun bacısı La Toya,[12] onun övladları T.J., Taj və Taryll,[13] eləcə də bir çox fanatlar tərəfindən şübhə altına alınmışdır.[14][15] Bundan sonra AFP mahnındakı səsin həqiqətənmi ulduza aid olmamasının dumanlı görünməsi haqqında məqalə yayımladı.[16] Ardınca Reuters "mahnıdakı səsin Thrillerin "ölmüş ifaçısına" aid olması məsələsinin yeni mübahisə mövzusu olması" ilə bağlı informasiya yaydı.[17]

Sony Music Groupun verdiyi bəyanatda isə bildirilir ki, "aparılan araşdırmalar və Ceksonun mahnını yazması zamanı studiyada olmuş şəxslərin şahidliyi əsasında dəqiqlik və tam əminliklə demək mümkündür ki, mahnı Maykl Ceksonun özü tərəfindən ifa edilmişdir." [18]

11 noyabr 2010–cu ildə "Maykl Cekson Estate" tərəfindən verilmiş açıqlamada bildirildi ki, "vaxtilə Maykl Ceksonla işləmiş altı prodüser, həmçinin son 30 ildə onunla birgə işləmiş bütün işçiləri – Brüs Sviden, Mett Forger, Stüart Brouli, Maykl Prins, Dr. Friz və Tedi Rili təsdiq edirlər ki, mahnıdakı səs Maykl Ceksona məxsusudur." Daha sonra Jackson Estate and Epic tərəfindən tutulmuş iki muzdlu musiqi tədqiqatçısı mahnını "dalğa analizi"ndən keçirdilər. Ceyson Malaxi əldə edilmiş nəticə barədə açıqlamasında qeyd etdi ki, "bir çoxlarının səsini Mayklın səsindən çox çətinliklə ayırdığı gənc ifaçı özü də qeyd edir ki, o, mahnının yazılmasında iştirak etməyib."[19]

Kompozisiya

"Breaking News" əslində pop-funk tipli mahnı olsa da, onda New Jack Swing janrına aid çalarlar da vardır. Mahnının başlanğıcında müxtəlif xəbərlərdən parçalar səsləndirilir və "baş xəbər" elanı ilə mahnıya keçilir. Mahnı mövzu və sözlər baxımından Cekson tərəfindən 1995-ci ildə çıxarılmış HIStory: Past, Present and Future, Book I albomuna daxil olan və uşaqbazlığa görə ittimamlara qarşı yazdığı "Tabloid Junkie" və "D.S." mahnılarının oxşarıdır.[20]

Müğənni mahnıda qeyd edir ki, narsizizm heç vaxt onu ortaya yaxşı işlər çıxarmağa təhrik etməmiş və müğənni bir çox işlərindəadını və zəhmətini gizləməyə çalışmış, lakin bununla belə kütlə daima bona qarşı böyük maraq göstərmişdir – "Everybody wanting a piece of Michael Jackson/The artists stalking the moves of Michael Jackson."[20]

Tənqidçilərin mövqeyi

"Breaking News" musiqi tənqidçilərindən əsasən mənfi rəy almışdır. Los-Ancelesin KJLH radiosunda "Adult R&B" verilişinin aparıcısı mahnı haqqında qeyd edir ki, "insanlar Maykl Cekson üçün çox darıxırlar, lakin "Breaking News" mahnısını Ceksonun klassik ifaları və stili ilə bir cərgəyə qoymaq çox çətindir."[8]Nyu-Yorkun WBLS radiosunda "Inner City Adult R&B" verilişinin rejissoru Skip Dillard isə qeyd edir ki, ""Breaking News"un dinləyənlərin əksəriyyəti düşünürlər ki, mahnı tamamlanmayıb və Mayklın musiqi istedadını təmsil edəcək bir səviyyədə deyil. Dinləyicilərin əksəriyyəti, hələ satışa çıxarılmamış alboma daxil olan digər mahnıların hansı səviyyədə olduğunu öyrənmək və mahnıları dinləmək arzusundadırlar."[8]

"Toronto Star" qəzetindən Aşante İnfantri isə qeyd edir ki, " "Breaking News" popstarın ölümündən sonra onun haqqında indiyə kimi yaranmış çox yüksək fikirləri təhlükə altına qoyur və özündən bəhs edən bu maynının nəqərat hissəsi Maykın mənfi xüsusiyyətlərini ortaya çıxarır. Əgər Michael albomu uğursuzluqla qarşılaşsa və acınacaqlı tale yaşasa bu "Breaking News" mahnısındakı – "No matter what, you just want to read it again/No matter what, you just want to feel it again." sözlərinə görə olacaq. "[20]

Quebecor Media Inc. informasiya agentliyindən Daril Sterdan (Darryl Sterdan) deyir: ""Breaking News" mahnısında sözlər və musiqi bir-birini tamamlamayaraq olduqca süni bir təsir bağışlayır." [21]

"The Christian Science Monitor" qəzetində qeyd edilir ki, "Maykl Ceksonun yeni mahnısı çoxlu mübahisələrə səbəb olub, fanatların parçalanması ilə nəticələnib. Bir qrup fanat mahnını çox bəyənsə də, başqa bir qrup mahnının skeptisizm ifadə etdiyi düşüncəsindədirlər."[22]

"Herald Sun" qəzetinin musiqi müxbiri Kameron adams isə qeyd edir ki, "Əgər Maykl Cekson vəfat etməsəydi, şübhəsiz ki, mahnının işıq üzü görməsi ilə razılşmazdı."[23]

Hit paradlarda

Tənqidçilərdən mənfi rəylər almasına baxmayaraq[24], radiolarda səslənməsindən iki gün sonra mahnı "R&B/Hip-Hop Songs" hit paradında debüt etmişdir.[25] Mahnı debüt günündə 150 radioda səsləndirilmişdir.[8] Çıxış günündə mahnı radiolarda 246 dəfə səsləndirilmiş, 2. 2 milyon dinləyici istəyi almışdır. İki gün ərzində mahnı 52 R&B/hip-hop radio stansiyasında 1.1 milyon tamaşaçı istəyi almışdır. Ümumilikdə mahnı 8 noyabr, 2010 – cu ildə çıxışından sonra 177 radio stansiyada 302 dəfə səsləndirilmiş və 2.6 milyon tamaşaçı istəyi almışdır.[25] It only remained on the chart for one week.[26]

Chart (2010) Peak
position
US Bubbling Under Hot R&B/Hip-Hop Songs[27] 1

İstinadlar

  1. 1 2 "MICHAEL Press Release". Sony Music Entertainment. 2010-11-04. 2010-11-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 04 November 2010.
  2. "New Michael Jackson Song Embraced By Radio". Billboard. 2010-11-09. 2010-11-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-11-14.
  3. "Michael Jackson's New Album Out Dec. 14". Billboard. 2012-12-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-11-05.
  4. "Breaking News – Michael Jackson". Sony Music Entertainmetn. 2010-11-05. 2010-11-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 05 November 2010.
  5. 1 2 "'Breaking News' Won't Be New Single". 2016-03-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-11-05.
  6. Wilkening, Matthew. "Michael Jackson, 'Michael' -- 2010 New Album Preview". AOL Radio Blog. 5 November 2010. 25 October 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 5 November 2010.
  7. Vick, Megan. "Michael Jackson 'Breaking News' Teaser Video Premieres". Billboard. Nielsen Business Media, Inc. 2010-11-05. 2010-11-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-11-06.
  8. 1 2 3 4 "New Michael Jackson Song 'Breaking' At Radio". Billboard. 2012-11-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-11-10.
  9. "New Michael Jackson Song "Breaking News"". Sony Music. 2016-03-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-11-08.
  10. "Much Anticipated New Album from the King of Pop Michael to be Released December 14". Sony Music. 2010-11-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-11-05.
  11. "Michael Jackson News – Yahoo! Music". New.music.yahoo.com. 2010-11-03. 2010-11-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-11-09.
  12. "La Toya Jackson: That's Not Michael's Voice on 'Breaking News'". TMZ.com. 2022-07-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-11-09.
  13. "Controversial Michael Jackson single debuts". Seattle Times. 2010-11-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-11-9.
  14. "Fans, Family Say Michael Jackson Isn't Singing On Controversial New Single "Breaking News"". All Headline News. İstifadə tarixi: 2010-11-9.[ölü keçid]
  15. "New Song: Michael Jackson, 'Breaking News'". MTV. 2012-04-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-11-9.
  16. "Michael Jackson single goes online, but is it him?". AFP via Google News. 2010-11-08. 2013-01-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-11-15.
  17. Jill Serjeant. "New Michael Jackson single prompts more controversy". Reuters. 2010-11-09. 2018-07-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-11-16.
  18. "Michael Jackson 'Breaking News' Song Debuts Online, Stirs Controversy". Billboard. Nielsen Business Media, Inc. 2021-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-11-09.
  19. "'Breaking News': Lawyer Says It's Michael Jackson's Voice". Arts Beat. NYTimes.com. 2012-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-11-11.
  20. 1 2 3 Ashante Infantry. "Review: Michael Jackson's new single is bad news". Toronto Star. 2012-10-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-11-10.
  21. Darryl Sterdan. "Review: New MJ tunes bad news". Quebecor Media. 2012-05-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-11-10.
  22. "New Michael Jackson song prompts more controversy". The Christian Science Monitor. 2021-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-11-10.
  23. Cameron Adams. "First review of new Michael Jackson single Breaking News". Herald Sun. 2011-06-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-11-15.
  24. Ed Christman. "Why Michael Jackson's New Album Could Debut Stronger Than 'This Is It'". Billboard.biz. 2010-11-16. 2012-12-31 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-11-16.
  25. 1 2 "Weekly Chart Notes: Rihanna, Mariah Carey, Michael Jackson". Billboard. 2009-10-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-11-29.
  26. Gary Trust. "Weekly Chart Notes: 'Glee,' Black Eyed Peas, Susan Boyle". Billboard. 2010-11-18. 2009-10-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-11-19.
  27. "Arxivlənmiş surət". 2009-10-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-11-29.

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!