Dangerous (mahnı)

"Dangerous"
Maykl Cekson tərəfindən Dangerous albomunda ifa olunmuş sinql
Yayımlanma tarixi 1993
Format sinql
Janr Dance-pop, new jack swing, R&B
Dil ingilis dili
Müddət 06:57
Prodüser Maykl Cekson, Teddy Riley
Bəstəkar Maykl Cekson Bill Bottrell
Sözlərin müəllifi Teddy Riley
Studiya Epic Records
Maykl Cekson sinqllarının xronologiyası
"Gone Too Soon"
(3)
"Dangerous"
(4)
Audio nümunəsi
Dangerous mahnsınn səslənməsi

DangerousMaykl Ceksonun 1991-ci ildə çıxardığı eyniadlı albomuna daxil olan mahnı. Həmin albom Maykl Ceksonun səkkizinci solo studio albomudur. Müəllifləri Maykl Cekson Bill Bottrell və Teddy Riley olan mahnı albomdan çıxarılacaq onuncu sinql kimi düşünülmüşdü. Lakin 1993–cü ildə Maykl Ceksona qarşı uydurma uşaqbazlıq iddianaməsi kompaniyasından sonra bu planlar təxirə salındı. Həmçinin Ceksonun albomdan çıxardığı digər sinqlların da hit parad taleyi o qədər də parlaq olmadı.

Dangerous albomu satışa çıxarıldıqdan sonra bir çox mütəxəssislər eyniadlı mahnının sinql kimi ayrıca satışa çıxarıldığı halda böyük uğur qazanacağını söyləyirdilər. Həqiqətən də mahnı dinləyicilər arasında çox böyük sevgi qazandı. Jackson mahnını axırıncı dünya turnesi olan və 19961997-ci illəri əhatə edən HIStory World Tour zamanı dəfələrlə canlı şəkildə ifa etdi.

1994 – cü ildə Ceksonun Dangerousu Crystal Cartierdən oğurlaması haqqında iddialar ortaya çıxdı. Lakin hakim ədalətlə qərar verdi və tutarlı dəllilərin olmamasını əsas gətirərək Crystal Cartierin iddiasını rədd etdi.

Dangerous mahnısınn musiqisi Maykl Ceksonun 1987-ci ildə çıxardığı Bad albomuna daxil olan "Streetwalker" mahnsının dəyişdirilmiş versiyasıdır. 2001 – ci ildə albomun genişlədilmiş versiyası satışa çıxarlarkən "Streetwalker"də bonus parça olaraq alboma əlavə edilmişdir. 1991-ci ildə Dangerous albomunun yazılması prossi zamanı Jackson Bill Bottrellin prodüserliyi ilə Dangerous mahnısının 6:40 – lik demo versiyasını da yazdırmışdı. Musiqi tənqidçisi Nelson George qeyd edir ki, "Mahnının demo versiyası final versiyasından çox fərqlidir. Belə ki, demo versiya şirin klavyeləri və sərt kontrastları ilə final versiyaya bənzəmir. Onu da qeyd edək ki, Dangerous mahnısı D Minor açarında ifa edilib.Demo versiya 2004 – cü ilin noyabr ayında Michael Jackson: The Ultimate Collection albomunda satışa çıxarılıb.

Baxmayaraq ki, Dangerous heç vaxt ayrıca sinql şəklində satışa çıxarılmayıb, lakin bir çox hallarda Ceksonun canlı performanslarının əsas komponentlərindən birini təşkil edib. Cekson mahnını ilk dəfə çanlı şəkildə 1993 – cü il 25 yanvarda 20-ci American Music Awardsın açılışında ifa edib. Bundan sonra bir çox mərasimlərlə yanaşı Dangerous World TourHIStory World Tour zamanı da Cekson mahnını canlı ifa edib. Son olaraq isə o, mahnını This Is It konserti zamanı ifa etməyə hazırlaşırdı. Lakin qəfil ölümü bu planın həyata keçirilməsinə imkan vermədi.

Həmçinin bax

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!