Hellovin 4: Maykl Mayersin qayıdışı (ing. Halloween 4: The Return Of Michael Myers) — 1988-ci ildə istehsal olunmuş ABŞ filmi.[4]
30 oktyabr 1988-ci il. Baş verən hadisələrdən 10 il ötmüşdür. Keçmiş seriyalı qatil Maykl Mayers koma vəziyyətindədir və paralic olduğu üçün hərəkət etmək qabiliyyətini itirmişdir. Həkimlər onu milli xəstəxanaya köçürməyə qərara gəlirlər. Bu müddətdə sifətində çapıq olan həkim Lumis əvvəlki hadisələri xatırlayır və hospitalın işçilərinə Mayersi ciddi nəzarət altında saxlamağı qeyd etmişdir. Onun sözlərinə görə, Mayers koma vəziyyətində olsa da, qaçmaq üçün əlindən gələni edəcəkdir. Bir müddət sonra onun sözləri reallığa çevrilir. Mayersi aparan hospital maşını qəzaya uğrayır və Mayers qəzadan sağ qalaraq qaçmağı bacarır...