Hacıqabul-Astara-Abadan qaz kəməri

Hacıqabul-Astara-Abadan qaz kəməri
Ümumi məlumatlar
İstismara verilib 1970
Operatoru
Uzunluğu
  • 1.474,5 km
Yerləşməsi
Ölkə

Hacıqabul-Astara-Abadan Azərbaycanın Hacıqabul rayonundan İrana doğru uzanan təbii qaz kəməri.

Tarixi

Qaz kəmərinin açılışı

Qaz kəmərinin təməlinin atılması barədə 1965-ci ildə SSRİİran arasında qarşılıqlı razılaşma əldə olunmuşdur. Layihənin açılışı 1970-ci ildə[1] Astarada İran şahı Məhəmməd Rza Pəhləvi və həmin vaxt SSRİ Ali Soveti Rəyasət Heyətinin Sədri funksiyasını icra edən Nikolay Podqornı olmuşdur. 1971–79 illəri aralığında Cənubi Qafqaz ölkələri bu kəmər vasitəsilə Irandan gələn təbii qaz ehtiyatı ilə təmin olunmuşdur. Sonradan İranda baş verən İslam İnqilabı SSRİ ilə əməkdaşlığın sonuna, dolayısı ilə layihənin ləğvinə gətirib çıxarmışdır.

2006-cı ildə Azərbaycanİran tərəfi arasında gerçəkləşmiş qarşılıqlı anlaşmaya əsasən Azərbaycan İranı Bakı-Astara istiqaməti üzrə qazla təmin etməyi öhdəliyinə götürmüş, İran isə öz növbəsində Naxçıvan Muxtar Respublikasını qazla təmin etməyi qəbul etmişdir.[1]

2011-ci ilin noyabr ayında Azərbaycan Respublikası Dövlət Neft Şirkətiİran Milli Neft-Qaz Səhmdarlığı arasında bağlanan memorandumda 2010-cu ildən etibarən Azərbaycanın qarşı tərəfə 500 milyon kub metr illik qaz hasilatı etməsi göstərilmişdir.

Texniki xüsusiyyətləri

Qaz kəmərinin ümumi uzunluğu 1474.5 km-dir. Bəhsi keçən diapazonun 296.5 km-i Azərbaycanın payına düşür. Kəmərin ümumi diametri 1020 mm-dir və standard fəaliyyət rejimində hər il 10 milyon kub metr qaz hasilatı gücünə sahibdir. Kəmərin İrandakı bölümü IGAT1 adlanır.[2]

İstinadlar

  1. 1 2 "Hacıqabul - Astara - Astara (İran) boru kəməri". 2022-07-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-21.
  2. Azərbaycanın magistral qaz boru kəmərləri

Xarici keçidlər

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!