SOCAR-GPC

SOCAR-GPCAzərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Qaradağ rayonu ərazisində inşa etməyi planlaşdırdığı qaz emalı və polimer kompleksi. İnşasına 2020-ci ilin I rübünün sonunda başlanılması və 2023-cü ilin III rübündə istismara verilməsi planlaşdırılır. 2019-cu ilin aprel ayında olan məlumata görə layihə üçün FEED (Front End Engineering Design - ilkin detallı qiymətləndirmə), geotexniki və topoqrafik işlər və digər işlər yekunlaşıb, Qaradağ rayonu ərazisində 250 hektar torpaq ayrılıb. Məhsullar üçün Türkiyə, İran, MərkəziQərbi Avropa, Çin, Rusiya və digər ölkələr ixrac bazarları olaraq nəzərdə tutulub.

Texniki göstəriciləri

SOCAR-GPC qaz emalı və polimer zavodlarından ibarət olacaq. Qaz Emalı Zavodunun illik gücü 10 mlrd. kubmetr həcmində (təmizlənmiş 9,1 mlrd.kubmetr) nəzərdə tutulub. Kompleksdə həmçinin ildə 600 min ton aşağı və yüksək sıxlıqlı polietilen, 130 min ton propilen, 42 min ton benzol, 25 min ton benzin istehsalı nəzərdə tutulur. Bundan başqa, daxili istifadə üçün ildə 32 min ton buten, 1,21 min ton heksen-1 istehsalı planlaşdırılır. Layihədən ildə 1 milyard dollar gəlir əldə olunması proqnozlaşdırılır.[1] Bundan başqa zavodun tikintisində təxminən 10.000 nəfərin, istismara verildikdən sonra isə 1.500 nəfər işlə təmin olunması gözlənilir.[2] Layihə ümumilikdə 4 milyard dollar dəyərində qiymətləndirilir.[3] SOCAR-GPC layihəsi üzrə son investisiya qərarı 2019-cu ilin dördüncü rübündə qəbul ediləcək.[4]

İstinadlar

  1. "Gələn il SOCAR-GPC kompleksinin inşasına başlanması planlaşdırılır". 2022-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-22.
  2. "Lahiyənin İqtisadiyyatı". 2021-10-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-22.
  3. "Çin "SOCAR GPC" layihəsini maliyyələşdirməyə addım atır". 2022-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-22.
  4. "Bakıda tikiləcək qaz emalı və polimer kompleksi üzrə investisiya qərarı bu ilin sonunadək qəbul olunacaq". 2022-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-22.

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!