Qaradağ Neft və Qaz emalı zavodu |
Baş qərargahın yeri |
Azərbaycan |
Qaradağ Neft və Qaz emalı zavodu - Qaradağ və Abşeron rayonlarının həmsərhəd ərazisində, Səngəçal terminalının yaxınlığında Dövlət Neft Şirkətinin yeni inşa edəcəyiyeni neft-kimya kompleksidir. Zavodun tikilməsi üçün 4200 hektara yaxın torpaq sahəsi ayrılıb. Kompleksin tərkibinə Qaz Emalı Zavodu (ildə 10 mlrd. kubmetr istehsal gücü), Neft Emalı Zavodu (ildə 10 mln. ton istehsal gücü), Neft Kimya Zavodu (ildə 1,8 mln. ton hazır məhsul), Enerji Bloku və s. yardımçı infrastruktur daxil olacaq. Burada neft, qaz, neft-kimya, neft emalı və neft enerji mərkəzi fəaliyyət göstərəcək. Neft Qaz və Kimya Kompleksində “Avro-5-6” standartlarına uyğun yanacağın istehsalı nəzərdə tutulur.[1] NEZ-də А-92, А-95, А-98 avtomobil benzini, reaktiv və dizel yanacağı istehsal ediləcək.[2]
Yüksək əlavə dəyər yaradan neft-kimya məhsullarının böyük hissəsinin ixrac olunması planlaşdırılır. Kompleksin istismara verilməsi ilə Bakı və Sumqayıt şəhərlərində yerləşən qaz emalı, neft emalı və neft-kimya sahələri üzrə köhnə istehsal güclərinin istismardan çıxarılması və demontajı mümkün olacaq. Kompleksin tikintisi təxminən 17 milyard dollar vəsaitə başa gələcək. Yeni Neft-Qaz Emalı və Neft-Kimya Kompleksinin təxminən 2020-ci ildən sonra istismara verilməsi planlaşdırılır.[3]
2016-cı ildə verilən xəbərə görə SOCAR (Azərbaycan Dövlət Neft Şirkəri) Bakının Qaradağ rayonunda neft-qaz emalı və neft-kimya kompleksinin (OGPC) tikinti layihəsinin reallaşdırılmasına dair fəal fəaliyyətini müvəqqəti dayandırıb. Dünya bazarlarında neftin qiymətinin ucuzlaşması ilə əlaqədar bu qərar qəbul edilib. SOCAR H.Əliyev adına NEZ və “Azərikimya” İB-nin müəssisələrinin modernləşməsinə diqqət yönəldəcək.[4]
İstinadlar