Fyodor Fedorenko

Fyodor Fedorenko
ukr. Федір Федоренко
Doğum tarixi 17 sentyabr 1907(1907-09-17)
Doğum yeri
Vəfat tarixi iyul 1987 (79 yaşında)
Vəfat yeri
Fəaliyyəti hərbi qulluqçu

Fedor Demyanoviç Fedorenko (ukr. Федір Федоренко, ing. Feodor Fedorenko; 17 sentyabr 1907, Canköy, Tavriya quberniyası[d], Rusiya imperiyasıiyul 1987, Krım vilayəti[d], Ukrayna SSR, SSRİ) — SSRİ kolaborsionisti, Treblinka ölüm düşərgəsinin mühafizəçisi, insanların kütləvi qətlinin iştirakçısı. ABŞ məhkəməsi tərəfindən SSRİ-yə təhvil verilmiş və sovet məhkəməsinin hökmü ilə güllələnib.[1]

Həyatı

Fyodor Fedorenko 17 sentyabr 1907-ci ildə Canköydə anadan olub. Milliyyətcə ukraynalıdı.

Alman qoşunlarının SSRİ ərazisinə hücumundan sonra 23 iyun 1941-ci ildə Qırmızı Ordu sıralarına səfərbər olunaraq, yük maşını sürücüsü vəzifəsinə təyin edilib. 2-3 həftədən sonra Fedorenkonun xidmət etdiyi bölmə almanlar tərəfindən mühasirəyə alındı. O, mühasirədən qalmağa müvəffəq oldu. Lakin üç gün sonra almanlar Fedorenkonu yenə də əsir götürdülər.

Fedorenko əvvəlcə Jitomirə, daha sonra Ümumi Hökumətdə yerləşən Helm şəhərindəki konsentrasiya düşərgəsinə göndərildi. Düşərgə rəhbərliyi burada saxlanılan hərbi əsirlərin alman xidmətinə cəlb olunduğunu elan edəndə Fedorenko əməkdaşlıq etmək arzusunu bildirdi. Travniki konsentrasiya düşərgəsində təlim keçdi və 1942-ci ilin sentyabrında məşhur Treblinka ölüm düşərgəsinə gözətçi kimi göndərildi.[2][3] Fedorenko kiçik zabit rütbəsi aldı və 1942-ci ilin sentyabrından 1943-cü ilin avqustuna kimi 200 nəfərlik Ukrayna dəstəsinə rəhbərlik etdi.[4]

Fedorenko "Reynhard əməliyyatı"nın bir hissəsi olaraq SS-Hauptşturmführer Karl Streybel tərəfindən təlim keçmiş Travnikidən olan təxminən 5000 əsgərdən biri idi.[5]Son həll”in həyata keçirilməsi üçün nəzərdə tutulan bütün əsas yerlərdə ciddi hazırlıq işləri görüldü. Əməliyyatlar zamanı Hivi dəstələri SS və Şupo bölmələri, habelə ordnungspolizei birləşmələri ilə komplektləşdirildi. Onlar almanların işğalı altında olan Polşada yəhudilərin gettolarının içərisinə basqın edərək yerindən tərpənə bilməyən və ya qaçmağa cəhd edən hər kəsi gülləbaran edirdi. Hivə isə eyni yerlərdə dinc əhaliyə qarşı irimiqyaslı qırğınlar həyata keçirirdi.[6] Bu onların təlimlərinin əsas məqsədi idi.[7]

1942-ci ilin yazında Fedorenko Travnikidən Lyublin gettosuna göndərildi. Tarixi qeydlərdən məlumdur ki, 1942-ci il martın ortalarından aprelin ortalarına qədər olan dövrdə Lyublin gettosundan 30.000-dən çox yəhudi mal-qara maşınlarında Beljets ölüm düşərgəsinə, daha 4.000 nəfər isə Maydanek həbs düşərgəsinə aparılıb.[8][9] Lyublindən Fedorenko Varşava gettosuna göndərildi və 1942-ci ilin sentyabrında Treblinkaya gəldi.[10]

Müttəhim Aleksandr İvanoviç Yeqerin (1918 doğumlu, Almaniya) SSRİ-də istintaq zamanı dindirilməsi haqqında hesabatda Fedorenkonun işğal olunmuş Polşadakı Treblinka ölüm düşərgəsindəki fəaliyyətinə dair bölmə var. Yeqer Ukrayna Dövlət Təhlükəsizlik Nazirliyinin İstintaq İdarəsində ifadəsində onun haqda bunları deyir: “Fedorenko SS Obervahmannı rütbəsinə sahib idi. Treblinka "ölüm düşərgəsində" Mühafizəçilər bölməsinin birinci tağımının komandirinin köməkçisi vəzifəsini daşıyırdı. O, mənimlə Varşava şəhərindən Treblinkaya, “ölüm düşərgəsinə” gəldi. O, qatarların boşaldılması zamanı, qaz kameraları qarşısında soyunma yerlərində və “lazaret”də yəhudi vətəndaşların edamında iştirak edib. 1943-cü ilin sonunda mühafizəçilər bölməsinin tərkibində Dansiqa getdi. Mən onunla bir daha görüşmədim və indi harada olduğunu bilmirəm."[11]

Fedorenkonun 1978-ci ilin iyununda verdiyi ifadəsinə görə, o, qüllədə gözətçi kimi xidmət edərək, dolayısı ilə qaz kameralarında insanların qətliamında iştirak edib.

İkinci Dünya müharibəsi başa çatdıqdan sonra Fedorenko 1948-ci ildə vətəndaşlıq alaraq ABŞ-yə qaçdı. O, ilk illərdə Filadelfiyada məskunlaşdı. Lakin daha sonra Konnektikut ştatının Vaterberi şəhərinə köçərək orada mis mədənində işçi kimi iş tapdı. Sonradan Fedorenko Mayamidə də yaşayıb.[2]

1960-cı illərin ortalarında o, mümkün müharibə cinayətkarı kimi müəyyən edildi. Treblinkadan sağ qalanlar SS üzvlərindən götürülmüş fotoşəkillər və sənədlərdən onu düşərgə mühafizəçisi kimi tanıdılar. Onun Uoterberidəki adı və ünvanı Amerikada yaşayan əlli doqquz hərbi cinayətkarın siyahısına daxil edildi. Bu siyahı Avropaİsraildə tərtib edilib və ABŞ İmmiqrasiya və Naturalizasiya Xidmətinə göndərildi.[12]

1970-ci illərin ortalarında ABŞ Konqresinin nümayəndələri Coşua Eilberg və Elizabet Holtzman, ABŞ Hökumətinin Hesabatlılıq Ofisini mümkün nasist müharibə cinayətkarlarını təhlil etməyə və araşdırmağa sövq edən bir sıra dinləmələr başlatdılar. Nəticədə, İmmiqrasiya Xidmətində nasist hərbi cinayətkarlarını araşdırmaq üçün xüsusi məhkəmə bölməsi yaradıldı. Altmışıncı illərdə əldə edilən məlumatlar indi istifadə oluna bilərdi. 1977-ci ildə İmmiqrasiya Xidməti Fedorenko haqqında məlumatları Ədliyyə Nazirliyinin prokurorluğuna göndərdi.[12]

Hələ 1970-ci illərin əvvəllərindən başlayaraq Sovet İttifaqı Şərqi Avropada hərbi cinayətlər törətmiş və müharibədən sonra ABŞ vətəndaşlığını almış insanların işlərinə baxılması üçün ABŞ-yə sorğular göndərirdi. Əvvəlcə Sov.İKP MK-nın baş katibi Leonid Brejnev ABŞ prezidenti Riçard Niksonla görüş zamanı Amerika torpaqlarında ədalətdən gizlənən nasisit əlaltılarının siyahısını ona vermək istədi, lakin Nikson təyin olunan görüşə az qalmış istefa verdi və bu baş vermədi. Növbəti prezident Cerald Ford Sovet rəhbərliyi ilə danışıqlar aparmaq istəmədi.

1974-cü ildə doğma yerləri üçün darıxan Fedorenko bir turist qrupu ilə Krıma getməyə qərar verdi. Orada, keçən uzun illərə baxmayaraq, onu tanıdılar. Bundan sonra SSRİ Dövlət Təhlükəsizlik Komitəsi onun şəxsiyyəti ilə maraqlanmağa başladı. Turistin həqiqətən kim olduğu müəyyən edildikdə, SSRİ Fedorenko işinə baxmaq üçün ABŞ prezident administrasiyasına vəsatət qaldırdı və hərbi cinayətlərə dair materialları ona təqdim etdi.[13]

Məhkəmə və ekstradisiya

1976-cı ildə Fedorenko məsuliyyətə cəlb edildi. 1976-cı il mayın 25-də məhkəmə iclası keçirildi və and içərək o, Treblinkada minlərlə yəhudinin məhv edildiyini bildiyini və qaz kameralarından istifadə edərək qətliamların həyata keçirildiyi ölüm düşərgəsində xidmət etdiyini bildirdi. O, düşərgənin qaz kameralarının yerləşdiyi həmin hissəsində olduğunu inkar etsə də, bir vaxtlar düşərgənin bu hissəsinin üzərində ucalan gözətçi qülləsinin üstündə dayandığını etiraf etdi: “Ölüləri xərəyə necə yüklədiklərini görürdüm. ...Və sonra onları çuxura atırdılar. Daha sonra ifadəsində o, düşərgənin bu hissəsində “cəsədləri götürüb basdıran və ya çuxurlara qoyan işçilər olduğunu təsdiqləyirdi. Qaz kameraları orada idi”. Yəhudilərin qatarlardan boşaldılması ilə bağlı o, ifadəsində: “Bəzilərini işə aparırdılar, bəzilərini isə qaz kameralarına göndərirdilər”- demişdi.[14] Məhkəmə onun qətliamlarda iştirakını sübut etmədiyi üçün Fedorenkoya bəraət verdi. Hakim Norman K. Roetger 71 yaşlı kişinin özünün “nasist təcavüzünün qurbanı” olduğunu və Birləşmiş Ştatlar vətəndaşlığını saxlamaq haqda qərər qəbul etdi.[15]

Buna baxmayaraq, istintaq davam etdirildi və 21 iyun 1981-ci ildə vəziyyətə görə ABŞ Ali Məhkəməsi bəraət hökmünü ləğv etdi. Fedorenko həbs edildi, Amerika vətəndaşlığından məhrum edildi və 1984-cü ilin dekabrında Sovet İttifaqına sürgün edildi. O, ABŞ-nin SSRİ-yə təhvil verdiyi ilk nasist hərbi cinayətkar oldu. Lakin Dövlət Təhlükəsizlik Komitəsinin əməkdaşlarının səhlənkarlığı ucbatından Fedorenko dərhal həbs olunmadı və bir neçə həftə doğulduğu Canköydə içki içib, küçələrdə tüfeyli həyat sürdü. Tezliklə “The Washington Post” qəzetində “Nasist Fedorenko SSRİ-də özünü azad hiss edir” məqaləsi dərc olundu və orada SSRİ xüsusi xidmət orqanlarını hərbi cinayətkarlara münasibətdə fəaliyyətsizlikdə ittiham etdi. 1985-ci ilin yanvarında Fedorenko həbs edildi. İstintaq hərəkətləri iştirakçılarının xatirələrinə görə, o, ona qeyri-yəhudi millətindən olan vəkil verilməsini tələb etdi.[13]

Fedorenko məhkəməni gözləyərək kamerada təxminən bir il keçirdi. 1986-cı il iyunun 10-da açıq məhkəmə prosesi başladı. Krım Regional Məhkəməsinin məhkəmə zalı 500 nəfər üçün nəzərdə tutulmuşdu, lakin o, hətta hamını qəbul edə bilmirdi. İttiham aktını oxuyandan sonra məhkəmədə iştirak edən adamlar qəzəbləndilər və Fedorenkonu "parçalamağı" tələb etdilər. Şahidlər ifadə verdilər ki, o, yəhudilərin edamında şəxsən iştirak edib və "onları çubuqlarla qaz kamerasına qədər qovub", həmçinin qiymətli əşyalarını əllərindən alıb. Prokuror Fedorenkoya ölüm hökmü cəzasını istədi. Vəkil isə məhkəmədən müttəhimin yaşını (o vaxt onun 79 yaşı var idi) nəzərə almağı xahiş etdi. Fedorenkonun özü isə son sözündə ağlayaraq dedi: "Mən bunu istəmirdim". Məhkəmə müəyyən etdi ki, onun Treblinkada xidməti zamanı 800 minə yaxın insan həlak olub. Məhkəmə doqquz gün davam etdi, bundan sonra hakim Mixail Tyutyunnik Fedorenkoya güllələnərək ölüm cəzası verdi. Hökm elan olunduqdan sonra zalda gurultulu alqış sədaları oldu. İştirak edənlərin xatirələrinə görə, Fedorenko hakimin sözlərinə biganəliklə qulaq asırdı. Fedorenko SSRİ Ali Məhkəməsinə kassasiya şikayəti verdi. Lakin onun əfv olunma xaişi rədd edildi.[13] Məhkum Fyodor Demyanoviç Fedorenkoya qarşı ölüm hökmünün icrası 28 iyul 1987-ci ildə rəsmən elan edildi.[16]

İstinadlar

  1. "Feodor FEDORENKO, Petitioner, v. UNITED STATES". Arxivləşdirilib 2020-08-26 at the Wayback Machine Supreme Court: 449 U.S. 490 (101 S.Ct. 737, 66 L.Ed.2d 686) No. 79-5602. Cornell University Law School. Case decided.
  2. 1 2 Irving V. Lipstadt. "Evidence for the Implementation of the Final Solution: Electronic Edition, by Browning, Christopher R." (ingilis). [1]. 2012-07-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-2-18.
  3. Chris Webb (2014). The Treblinka Death Camp: History, Biographies, Remembrance Arxivləşdirilib 2020-08-26 at the Wayback Machine Columbia University Press. p. 208. ISBN 978-3838205465.
  4. David, Holmberg (August 16, 1977). "The Miami News" Arxivləşdirilib 2020-08-26 at the Wayback Machine
  5. Энциклопедия Холокоста. "Травники" Arxivləşdirilib 2014-07-10 at the Wayback Machine Мемориальный Музей Холокоста Соединенных Штатов Америки.
  6. Browning, Christopher R. (1998) [1992]."Прибытие в Польшу". Обычные люди: резервный полицейский батальон 101 и окончательное решение в Польше Arxivləşdirilib 2013-10-19 at the Wayback Machine Penguin Books. pp. 52, 77, 79, 80, 135.
  7. Станислав Яблонский (1927–2002). "Гитлеровский лагерь в Травниках" Arxivləşdirilib 2007-01-31 at the Wayback Machine История лагеря (на польском языке). Trawniki official website
  8. Jack Fischel, The Holocaust Arxivləşdirilib 2023-07-20 at the Wayback Machine, Greenwood Publishing Group, 1998, стр. 58; in Google Books.
  9. Statistical data compiled on the basis of "Glossary of 2,077 Jewish towns in Poland" Arxivləşdirilib 2016-02-08 at the Wayback Machine Museum of the History of the Polish Jews as well as "Getta Żydowskie" Arxivləşdirilib 2014-10-15 at the Wayback Machine by Gedeon and "Ghetto List" Arxivləşdirilib 2014-12-14 at the Wayback Machine by Michael Peters
  10. Chris Webb (2014). The Treblinka Death Camp: History, Biographies, Remembrance Arxivləşdirilib 2020-08-26 at the Wayback Machine. Columbia University Press. стр. 208. ISBN 978-3838205465
  11. Aleksandr Yeger (2012). "Fedorenko served at Treblinka" Arxivləşdirilib 2019-12-28 at the Wayback Machine. Report of Interrogation: Investigation Department of Ministry of State Security of the Ukraine, Molotov Region. The Nizkor Project
  12. 1 2 ""Radical America - Vol 13 No 5 - 1979 - September October". Scribd". 2020-06-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-15.
  13. 1 2 3 Документальный фильм «Каратели» из цикла «ru:Тайны века»
  14. Christopher R. Browning, "Evidence for the Implementation of the Final Solution" Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine Emory University 2013.
  15. ""Ruling favors Treblinka guard". Bangor Daily News. July 27, 1978. p. 4". 2020-08-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-15.
  16. WILLIAM J. EATON. "Soviets Execute Ex-Nazi Guard Deported by U.S." (ingilis). [2]. 2012-07-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-2-18.

Xarici keçidlər

Read other articles:

Beberapa langkah metode bagi-dua yang diterapkan terhadap kisaran awal [a1;b1]. Titik merah yang lebih besar adalah akar fungsi. Dalam matematika, metode bagi-dua adalah algoritme pencarian akar yang membagi dua selang, lalu memilih bagian selang yang berisi akar seharusnya berada untuk diproses lebih lanjut. Metode ini sangat sederhana dan tangguh, tetapi juga sangat lambat. Metode ini juga memiliki sebutan metode setengah interval (interval halving method),[1] metode pencarian biner...

Shinmai Maō no Testament新妹魔王の契約者 (テスタメント)(Shinmai Maō no Tesutamento)GenreLaga,[1] harem,[2] supranatural[3] Novel ringanPengarangTetsuto UesuIlustratorNekosuke ŌkumaPenerbitKadokawa ShotenImprintKadokawa Sneaker BunkoDemografiLaki-lakiTerbit29 September 2012 – sekarangVolume12 MangaPengarangTetsuto UesuIlustratorKashiwa MiyakoPenerbitKadokawa ShotenPenerbit bahasa InggrisNA Seven SeasMajalahShōnen AceDemografiShōnenTerbit26 Mei 2...

Intercollegiate athletics teams of Stonehill College Stonehill SkyhawksUniversityStonehill CollegeConferenceNortheast Conference (primary)independent (men's ice hockey)New England Women's Hockey Alliance (women's ice hockey)NCEA (women's equestrian)NCAADivision IAthletic directorDean O'KeefeLocationEaston, MassachusettsVarsity teams23Football stadiumW.B. Mason StadiumBasketball arenaMerkert GymnasiumIce hockey arenaBridgewater Ice ArenaBaseball stadiumLou Gorman FieldSoftball stadiumFr. ...

Хатторі Тосіхіро Особисті дані Повне ім'я Хатторі Тосіхіро Народження 23 вересня 1973(1973-09-23) (50 років)   Сідзуока, Японія Зріст 178 см Вага 73 кг Громадянство  Японія Позиція Захисник Професіональні клуби* Роки Клуб Ігри (голи) 1994-20062007-20092010-20112012-2013 «Джубіло Івата»«Т...

Cambarus cryptodytes Estado de conservação Espécie pouco preocupante (IUCN 3.1)[1] Classificação científica Domínio: Eukaryota Reino: Animalia Filo: Arthropoda Classe: Malacostraca Ordem: Decapoda Família: Cambaridae Gênero: Cambarus Espécies: C. cryptodytes Nome binomial Cambarus cryptodytesHobbs, 1941 Cambarus cryptodytes é uma espécie de crustáceo da família Cambaridae. É endémica dos Estados Unidos da América. Referências ↑ Cordeiro, J.; Crandall, K.A.; Jones...

هذه المقالة يتيمة إذ تصل إليها مقالات أخرى قليلة جدًا. فضلًا، ساعد بإضافة وصلة إليها في مقالات متعلقة بها. (ديسمبر 2019) الغواصة الفرنسية سوركوفنظرة عامة على فئةسميت باسم Robert Surcouf (en) المميزات العامةطول السفينة 110 م عرض السفينة 9 م غاطس السفينة 9٫07 م تعديل - تعديل مصدري - تعديل وي...

Adaptations of The Flash in other mediaOfficial logoCreated byGardner FoxHarry LampertOriginal sourceComics published by DC ComicsFirst appearanceFlash Comics #1 (January 1940)Print publicationsNovel(s)The Flash: Stop Motion (2004)Films and televisionFilm(s)Justice League: The New Frontier (2008)Justice League: Crisis on Two Earths (2010)Justice League: Doom (2012)Justice League: The Flashpoint Paradox (2013)The Lego Movie (2014)Batman v Superman: Dawn of Justice (2016)Suicide Squad (2016)Zac...

Universitas HamburgUniversität Hamburgbahasa Latin: Universitas HamburgensisMotoder Forschung, der Lehre, der BildungJenisNegeriDidirikan1919; 104 tahun lalu (1919)KanselirKatrin VernauPresidenDieter Lenzen(de)Staf akademik3.630Staf administrasi6.100Jumlah mahasiswa42,106[1]LokasiHamburg, Hamburg, JermanKampusPerkotaanWarnaMerah dan Putih   AfiliasiEUA, Campus Europae, German U15Situs webwww.uni-hamburg.deData as of 2013[update] Universitas Hamburg (Jerman&...

هذه المقالة يتيمة إذ تصل إليها مقالات أخرى قليلة جدًا. فضلًا، ساعد بإضافة وصلة إليها في مقالات متعلقة بها. (أغسطس 2018) التصيّد السيبراني Cyberbaiting هو مصطلح يُستخدم لوصف ظاهرة حديثة تهدف لتشويه سمعة الآخرين على الانترنت، كأن يقوم التلاميذ باستفزاز معلّمهم حتّى يفقد صوابه. فيسجّ...

Highway in Illinois Illinois Route 72IL 72 highlighted in redRoute informationMaintained by IDOT and CDOTLength110.71 mi[1] (178.17 km)Existed1924[2]–presentMajor junctionsWest end IL 73 in LanarkMajor intersections I-39 / US 51 in Monroe Center US 20 / IL 47 in Hampshire I-290 / IL 53 in Schaumburg Future I-490 in Elk Groove Village I-90 Toll in Des Plaines US 12 / US 45 in Des Plaines I-90 Toll...

Lecanorales Lecanora muralis Klasifikasi ilmiah Kerajaan: Fungi Divisi: Ascomycota Kelas: Lecanoromycetes Subkelas: Lecanoromycetidae Ordo: LecanoralesNannf. (1932) Lecanorales adalah ordo dari kebanyakan jamur lumut kerak (liken) termasuk kelas Lecanoromycetes dalam divisi Ascomycota. Ordo ini terdiri dari 26 famili, 269 genera, dan 5695 spesies.[1] Familia Aphanopsidaceae Biatorellaceae Brigantiaceae Calycidiaceae Cladoniaceae Crocyniaceae Dactylosporaceae Ectolechiaceae Gypsoplacac...

For the British author, see Mohsin Zaidi (author). Indian poet of the Urdu language This article needs additional citations for verification. Please help improve this article by adding citations to reliable sources. Unsourced material may be challenged and removed.Find sources: Mohsin Zaidi – news · newspapers · books · scholar · JSTOR (February 2018) (Learn how and when to remove this template message) Mohsin ZaidiBornSaiyed Mohsin Raza Zaidi(1935-07-...

高齢者施設(こうれいしゃしせつ)は、高齢者向けの居住施設。 アメリカ合衆国 インディペンデント・リビング(independent living、IL) 自力で日常生活を送ることが可能な介護の必要のない高齢者を対象にした共通スペースや各種アクティビティをもつ集合住宅[1]。リタイヤメント・ホームも参照。 アシスティッド・リビング(assisted living、AL) 食事・入浴・清掃...

Historic church in Connecticut, United States This article uses bare URLs, which are uninformative and vulnerable to link rot. Please consider converting them to full citations to ensure the article remains verifiable and maintains a consistent citation style. Several templates and tools are available to assist in formatting, such as reFill (documentation) and Citation bot (documentation). (August 2022) (Learn how and when to remove this template message) United States historic placeSt. John'...

Peruvian politician This biography of a living person needs additional citations for verification. Please help by adding reliable sources. Contentious material about living persons that is unsourced or poorly sourced must be removed immediately from the article and its talk page, especially if potentially libelous.Find sources: David Waisman – news · newspapers · books · scholar · JSTOR (April 2014) (Learn how and when to remove this template message) ...

Taurean Green Datos personalesNombre completo Taurean James GreenNacimiento Boca Ratón, Florida  Estados Unidos28 de noviembre de 1986 (37 años)Nacionalidad(es) Estadounidense y GeorgianaAltura 1,85 m (6′ 1″)Peso 80 kg (176 lb)Carrera deportivaDeporte BaloncestoEquipo universitario Florida (2004-2007)Club profesionalDraft de la NBA 2.ª ronda (puesto 52), 2007 por Portland Trail BlazersClub Stal Ostrów WielkopolskiLiga PLKPosición BaseDorsal(es) 11Selección G...

Greek sheep-milk cheese GravieraCountry of originGreeceRegionCreteSource of milksheepPasteurizedYesTexturehardAging time5–12 monthsCertificationPDO 2001 Graviera (Greek: γραβιέρα [ɣraˈvʝera]) is a cheese from Greece produced in various parts of Greece, the main of which are Crete, Lesbos, Naxos and Amfilochia. It resembles gruyère, a Swiss cheese from whose name graviera is derived.[1] Graviera is Greece's second most popular cheese after feta. Made in wheels, th...

Video game 2003 video gameZumaDeveloper(s)Oberon MediaPublisher(s)PopCap GamesGlu MobileDesigner(s)Jason KapalkaComposer(s)Philippe CharronSeriesZumaEnginePopCap Games FrameworkPlatform(s)Mac OS X, iPod, Mobile phone, Windows, Windows Mobile, Xbox, Xbox 360 (XBLA), PlayStation 2, Palm OS, Java, PlayStation 3, PlayStation Portable (PSN), In-flight entertainment (IFE)ReleaseDecember 12, 2003Genre(s)PuzzleMode(s)Single-player Zuma is a 2003 tile-matching puzzle video game developed by Oberon Med...

  此條目介紹的是元代行省。关于交趾的其它意思,请见「交趾」。 交趾行省(又称为安南行省),以安南國置,为元朝至元二十三年(1286年)二月设立的一个特殊的行中书省。与元朝其它的行中书省不同的是,其是元朝对越南作战时设置的一个军事化的特殊建置。 在蒙越战争中,元朝為一举发军征服安南、占城,在今越南设置荆湖占城行中书省(占城行省),。 1...

Liga Colombiana de Fútbol Sala 2023-I Liga BetPlay de Fútbol SalaDatos generalesSede Colombia ColombiaFecha de inicio 24 de marzo de 2023Fecha de cierre 30 de julio de 2023TV oficial Win Sports+PalmarésDef. título Leones de NariñoCampeón Sport Team ClubSubcampeón SabanerosSemifinalistas Estrellas del Deporte Independiente BarranquillaDatos estadísticosParticipantes 32 equiposPartidos 142 partidos Cronología LCFS 2022-II Liga Colombiana de Fútbol Sala 2023-I LCFS 2023-II [e...