Elektron kitabxana, həmçinin onlayn kitabxana və ya rəqəmsal kitabxana — özündə mətn, hərəkətsiz şəkillər, audio, video, elektron sənədlər və ya digər rəqəmsal media formatlarını ehtiva edən rəqəmsal obyektlərin onlayn verilənlər bazası və ya internet vasitəsilə əldə edilə bilən kitabxana. Obyektlər çap və ya fotoşəkillər kimi rəqəmsal məzmundan, eləcə də mətn prosessoru faylları və ya sosial media yazıları kimi ilkin istehsal edilmiş rəqəmsal məzmundan ibarət ola bilər. Elektron kitabxanalar məzmunun saxlanması ilə yanaşı, kolleksiyada olan məzmunun təşkili, axtarışı və əldə edilməsi üçün vasitələr təqdim edir. Elektron kitabxanalar ölçü və əhatə dairəsinə görə çox fərqli ola bilər, həmçinin fərdlər və ya təşkilatlar tərəfindən saxlanıla bilər.[1] Elektron məzmun lokal formada yerləşdirilə və ya kompüter şəbəkələri vasitəsilə uzaqdan əldə edilə bilər. Bu informasiya axtarış sistemləri qarşılıqlı fəaliyyət və davamlılıq vasitəsilə bir-biri ilə məlumat mübadiləsi aparmaq qabiliyyətinə malikdirlər.[2]
Elektron kitabxanaların erkən tarixi yaxşı sənədləşdirilməmişdir, lakin konsepsiyanın yaranması bir neçə əsas mütəfəkkir ilə bağlıdır.[3] Bu anlayışın əvvəlki versiyaları arasında Pol Otle və Henri La Fontenin 1895-ci ildə dünyada sülhü təmin etmək ümidi ilə ümumbəşəri bilikləri toplamaq və sistematik şəkildə kataloqlaşdırmaq cəhdi olan "Mundaneum" qurumu daxildir.[4] Elektron kitabxana anlayışı haqqında təsəvvürlər bir əsr sonra – internetin böyük genişlənməsi zamanı həyata keçirilmişdir.[5]
Vannevar Buş və Cozef Karl Robnett Liklayder bu ideyanı o vaxtkı texnologiyaya təkmilləşdirən iki iştirakçıdır. Buş Hiroşimaya atılan bombaya səbəb olan tədqiqatları dəstəkləmişdi. O, baş tutan fəlakəti gördükdən sonra texnologiyanın məhv olmaq əvəzinə necə anlayışa gətirib çıxara biləcəyini göstərən bir maşın yaratmaq istəyirdi. Bu maşına iki ekran, açar və düymələr və klaviatura olan bir masa daxil idi.[6] O, buna "Memex" adını vermişdi. Bu yolla insanlar saxlanılan kitablara və fayllara sürətli bir şəkildə daxil ola bilərdilər. 1956-cı ildə Ford Fondu kitabxanaların texnologiya ilə necə təkmilləşdirilə biləcəyini təhlil etmək üçün Liklayderi maliyyələşdirmişdi. O, təqribən on il sonra dərc etdiyi "Gələcəyin kitabxanaları" adlı kitabında bu mözuya baxışını da daxil etmişdi. O, kompüterlərdən və şəbəkələrdən istifadə edən bir sistem yaratmaq istəyirdi ki, insan bilikləri insan ehtiyacları üçün əlçatan olsun və əks əlaqə maşın məqsədləri üçün avtomatlaşdırılsın. Bu sistem üç komponentdən ibarət idi: bilik korpusu, sual və cavab. Liklayder bunu prokoqnitiv sistem adlandırmışdı.
İlkin layihələr elektron kitabxana kataloqu (EKK) kimi tanınan elektron kart kataloqunun yaradılmasına yönəlmişdi. 1980-ci illərdə bu cəhdlərin uğuru EKK-nin bir çox akademik, ictimai və xüsusi kitabxanalarda ənənəvi kart kataloqunu əvəz etməsi ilə nəticələnmişdi. Bu, kitabxanalara resurs mübadiləsini dəstəkləmək və fərdi kitabxanadan kənarda kitabxana materiallarına çıxış imkanlarını genişləndirmək üçün əlavə mükafatlandırıcı əməkdaşlıq səyləri göstərməyə şərait yaratmışdı.[7]
Rəqəmsal kitabxananın ilk nümunəsi 1964-cü ildə yaradılmış və 1969-cu ildə "DIALOG" vasitəsilə onlayn olaraq istifadəyə verilmiş Təhsil Resursları Məlumat Mərkəzidir. O, təhsil sitatları, xülasələr və mətnlərdən ibarət verilənlər bazası idi.[8]
↑Witten, Ian H.; Bainbridge, David Nichols. How to Build a Digital Library (2nd). Morgan Kaufman. 2009. ISBN9780080890395.
↑Lanagan, James; Smeaton, Alan F. "Video digital libraries: contributive and decentralized". International Journal on Digital Libraries. 12 (4). September 2012: 159–178. doi:10.1007/s00799-012-0078-z.
↑Lynch, Clifford. "Where Do We Go From Here? The Next Decade for Digital Libraries". D-Lib Magazine (ingilis). 11 (7/8). 2005. doi:10.1045/july2005-lynch. ISSN1082-9873. This is a field with an incredibly rich, and, as yet, poorly chronicled pre-history and early history. There is a stream of work and ideas that reaches back to at least the turn of the 20th century, and includes such thinkers as H.G. Wells and Paul Otlet; later contributors to the pre-history of visions of new, technologically-enabled means of knowledge organization, access and distribution also include Vannevar Bush and J.C.R. Licklider.
↑Stocker, Gerfried. Beyond Archives (or the Internet 100 years before the Internet) // Magalhães, Ana Gonçalves; Beiguelman, Giselle (redaktorlar ). Possible Futures: Art, Museums and Digital Archives (ingilis). Editora Peirópolis LTDA. 1 January 2014. ISBN9788575963548. İstifadə tarixi: 30 April 2018. Actually it was 1895 when Paul Otlet together with Henry La Fontaine, who was later awarded the Nobel Peace Prize, started a project – Mundaneum – that was initiated and driven by their idea that, if they would be able to collect all human knowledge and make it accessible to everybody worldwide, then this would bring about peace on Earth.
↑Schatz, Bruce. "Information Retrieval in Digital Libraries: Bringing Search to the Net". Science. 275 (5298). 1997: 327–334. doi:10.1126/science.275.5298.327. PMID8994022.
↑Bourne, Charles P.; Hahn, Trudi Bellardo. A History of Online Information Services, 1963–1976(ingilis). MIT Press. 2003. 169–170. ISBN9780262261753. İstifadə tarixi: 30 April 2018. 1696 Milestone – DIALOG, with the ERIC database, provided the first instance of extensive availability of abstracts online for search output.
↑Candela, Leonardo; Castelli, Donatella; Pagano, Pasquale; Thanos, Constantino; Ioannidis, Yannis; Koutrika, Georgia; Ross, Seamus; Schek, Hans-Jörg; Schuldt, Heiko. "Setting the Foundations of Digital Libraries". D-Lib Magazine. 13 (3/4). 2007. ISSN1082-9873. 16 January 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 May 2018.
↑L. Candela et al.: The DELOS Digital Library Reference Model: Foundations for Digital Libraries. Version 0.98, February 2008 (PDFArxiv surəti 19 fevral 2014 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2014-02-19 at the Wayback Machine)
↑Isah, Abdulmumin; Serema, Batlang Comma; Mutshewa, Athulang; Kenosi, Lekoko. "Digital Libraries: Analysis of Delos Reference Model and 5S Theory". Journal of Information Science Theory and Practice. 1 (4). 2013: 38–47. doi:10.1633/JISTaP.2013.1.4.3.
McCormack, Allison, and Rachel Wittmann. (2022) “Rarely Analyzed The Relationship Between Digital and Physical Rare Books Collections.” Information technology and libraries 41.2; 1–13.
Pomerantz, Jeffrey, and Gary Marchionini. 2007. "The Digital Library as Place". Journal of Documentation 63(4): 505–33.