Dolu (film, 2012)
Dolu — tammetrajlı bədii müharibə filmi rejissor Elxan Cəfərov [ 4] tərəfindən 2012-ci ildə ekranlaşdırılmışdır. Film Azərbaycanın döyüş yolu və Ermənistan-Azərbaycan münaqişəsi zamanı baş vermiş gerçək hadisələrdən bəhs edir. Film Qarabağ müharibəsi mövzusunda Aqil Abbasın eyniadlı romanı əsasında çəkilmişdir. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Əsas rolları Məmməd Səfa , Rza Rzayev , Elvin Əhmədov , Fuad Poladov , Gülzar Qurbanova , Şamil Süleymanlı , Fərhad İsrafilov , Rövşən Ağayev , Cavanşir Hadıyev , Şahmar Qəribli , Vüqar Vəlixanov , Vüsal Murtuzəliyev ifa edirlər.[ 5]
Məzmun
Film Qarabağ müharibəsində heç nəyə baxmayaraq Vətən uğrunda son damla qanına qədər döyüşən Azərbaycan oğullarının qəhrəmanlıqlarından bəhs edir.[ 6]
Film haqqında
Film aktyor Mayak Kərimovun kinoda son işidir.
Filmdəki trük səhnələrinin çəkilişlərində Azərbaycan Kaskadyorlar Assosiasiyasının üzvləri iştirak etmişdir.
Filmin döyüş və kütləvi səhnələrində Daxili Qoşunların 200-dən çox əsgər və zabiti çəkilib.
Filmin premyerası 2 avqust 2012-ci ildə Nizami Kino Mərkəzində keçirilən Azərbaycan Milli Kino Günündə olmuşdur.
Filmdə coğrafi məkan kimi Şəmkir , Ağdam , İsmayıllı , Ağcabədi , Sumqayıt , Sumağallı , Bakı və Xızı seçilib.[ 2]
Filmin nümayişi 6 dekabr 2012-ci ildə Rusiyanın Ryumina adına Folklor Mərkəzində[ 7] [ 8] [ 9] , 21 yanvar 2013-cü ildə Gürcüstanın "Amirani" kinoteatrı, Azərbaycanda Bakıda , Qaxda , Balakəndə nümayiş etdirilmişdir.[ 10] [ 11]
Filmin büdcəsi 1,3 milyon və 1,5 milyon manatdır.[ 12] [ 13]
Festivallar və mükafatlar
2013-cü ildə Bakıda Mədəniyyət və Turizm Nazirliyinin teatr, musiqi, təsviri sənət və kino sahəsində təsis etdiyi "Zirvə" mükafatının 6-cı təqdimetmə mərasimində filmin yaradıcı heyətinə "Zirvə" mükafatı verilmişdir.[ 14]
Filmin heyəti
Film üzərində işləyənlər
Əsərin müəllifi : Aqil Abbas
Ssenari müəllifi : Aqil Abbas
Quruluşçu rejissor : Elxan Cəfərov
Quruluşçu operator : Nadir Mehdiyev
Quruluşçu rəssam : Rafiq Nəsirov
Bəstəkar : Polad Bülbüloğlu
Musiqi redaktoru : Rauf Əliyev
Redaktor : Ramiz Fətəliyev
Rejissorlar : Əliqulu Səmədov , Ənvər Həsənov
Səs rejissoru : Bəkir Bəkirzadə
Montaj : Elşad Rəhimov
Geyim üzrə rəssam : Elfira Hüseynova
Geyim üzrə rəssam assistenti : Tatyana Mixaylıçova
Qrim üzrə rəssam : Berta Roqova
Qrim ustası : Rafael Baxışov
Səs texniki : Kamal Məmmədov
Mətnin düzümü : Elxan Pərvizoğlu
Rejissor qrupu : Əsmər Əliyeva, Cabir Hacıyev, Asif Ağayev , Vüsalə Məmmədova
Operatorlar : Tarıverdi Tarıverdiyev (Tanrıverdi Tanrıverdiyev kimi), Asif Şirəliyev
Operator assistenti : Nahid Namazov
Fokus puller : Zaza Somaya, Qoça Brolaşvili, Erekli Sxelişvili
Dolly : Georgi Zakaidze
Kamera mexaniki və stedikam : David Odişariya
Operator kranı : Emin Yəhyayev , Rufiz Paşayev, Bəhram Bəhramov
Dekor rəssamı : Kamal Qarayev
Quruluşçu rəssam assistenti : Günel Zeynalova, Həbib Mustafayev
Playback : Elgün Əzimov
Kompüter qrafikası : İqrar Əşrəfzadə
Sinxron səslər : Əliqulu Qüdrətoğlu
Çalır : Rusiya Dövlət Simfonik Kinematoqrafiya Orkestri
Dirijor : S. Klik
Musiqi yazılışı üzrə səs rejissoru : Rafiq Rəhimov
Foto rəssamı : Babək Quliyev
İşıq ustası : Tahir Bağırov
İşıqçılar : Əliağa İbrahimov , Şəmsi Qədirov , Mixail Ramişvili
Oddaqçılar : Əlibala Məmmədov , Məhəmməd Əzim Səttar, Vaqif Qurbanov
Dekorçular : Şənol Əhmədov, Babək Sərkərov, Emin Heydərov, Fərəc Tahirov, Veysəl Məmmədov, Sabir Qafarov, Rəşad Mirzəyev, Hüseyncavid İsmayılov
Xətt prodüseri : Arif Səfərov
İnzibati qrup : Fəxri İbrahimov , Vüqar Quliyev, Vüqar Qurbanov, Elçin Xalıqov
İqtisadçı : Firəngiz Muradova
Mühasib : Nərminə Mehdiyeva
Xəzinədar : Pəri Fərzəliyeva
Sürücülər : Ələkbər Abdulov, Mənsur Mustafazadə, Əjdər Əhmədov, Eldar Zaxarov, Nemət Quliyev, Elgüc Yolçuyev
Fəhlələr : Pərvin Babayev, Saleh Ağayev, Elşad Mitəlov
Baş hərbi məsləhətçi : Məmməd Hacıyev (polkovnik)
İcraçı prodüser : Nadir Əliyev
Baş prodüser : Müşfiq Hətəmov
Rollarda
Məmməd Səfa – komandir
Rza Rzayev — Drakon[ 15]
Elvin Əhmədov – Pələng
Fuad Poladov – katib
Gülzar Qurbanova – Pələngin anası
Şamil Süleymanlı – müəllim
Fərhad İsrafilov – milis rəisi
Rövşən Ağayev – Azərbaycan döyüşçüsü
Cavanşir Hadıyev – Azərbaycan döyüşçüsü
Faiq Kərimoğlu – Azərbaycan döyüşçüsü
Vüqar Vəlixanov – Azərbaycan döyüşçüsü
Oqtay Quliyev – baza müdiri
Şahmar Qəribli – baş mühasib
Sərdar İsgəndərov – Şelli Eldar
Vüsal Murtuzəliyev – jurnalist
Əjdər Zeynalov – Levon
Namis Şirməmmədov – Aram
Ramin Şıxəliyev – Musanın qardaşı
Anar Səfiyev – batalyon növbətçisi
Corc Qafarov – Qeyrət
İntiqam Soltan – şair
Rza Məmmədov – BTR-in zabiti
Əlisurət Məmmədov – polkovnik
Asif Rəhimov – referent
Cahid Əmiraslanov – molla
Habil Xanlarov – erməni döyüşçüsü
Ceyhun Məmmədov – erməni döyüşçüsü
Emil Məhərrəmov – erməni döyüşçüsü
Anar Heybətov – zabit
İlqar Musayev – çavuş
Vüsal Mustafayev – döyüşçü
Səmayə Nəbiyeva – "N" kəndində qadın
Mayak Kərimov – həbsxana rəisi
Süleyman Xəlilov – yaşlı kişi
Elşad Mitəlov – həkim
Sərdar Rüstəmov – erməni
Vüsalə Məmmədova – erməni qızı
Sadıq Əhmədov – dustaq
Vaqif Kərimov – dustaq
Rəzzaq Məmmədov – dustaq
Ələsgər Qurbanəliyev – dustaq
Aydın Əliyev – dustaq
Nadir Bəhruzoğlu
Natəvan Qeybullayeva
Nurcan xatun Nağıyeva
Behruzə Şirinova
Neman Musayev
Bəhruz Süleymanov
Filmi səsləndirənlər:
Rəşid Səməndər — Drakon (Rza Rzayev ) (titrlərdə yoxdur)
Ruslan Ağa — Azərbaycan döyüşçüsü (Rövşən Ağayev ) (titrlərdə yoxdur)
Əhliman Ərşadlı — Azərbaycan döyüşçüsü (Cavanşir Hadıyev ) (titrlərdə yoxdur)
Cəlal Məmmədov — Azərbaycan döyüşçüsü (Faiq Kərimoğlu ) (titrlərdə yoxdur)
Şəhla Əliqızı — erməni qızı (Vüsalə Məmmədova ) (titrlərdə yoxdur)
Elxan Cəfərov — tərcüməni oxuyan (titrlərdə yoxdur)
İstinadlar
↑ "" Dolu"nun KADRARXASI: "O səhnədə heç kim özünü saxlaya bilmədi" — FOTO" . 2022-01-14 tarixində arxivləşdirilib . İstifadə tarixi: 2016-05-01 .
↑ 1 2 Məmmədli, C. Real gerçəklik və bədii həqiqətin harmoniyası: Yaxud bitməmiş bir film haqqında düşüncələr: [Elxan Cəfərovun “Dolu” filmi haqqında] //525-ci qəzet.- 2015.- 25 iyul.- S.14-15; Ədalət.- 2015.- 29 iyul.- S.3; 30 iyul.- S.4. Sitat səhvi: Xətalı <ref>
etiketi; "Məmmədli, C 2015" adı bir neçə dəfə müxtəlif məzmunla verilib
↑ Freebase Data Dumps . Google .
↑ Rza Rzayev: "Biz bir-birimizə "sevirəm" deyə bilmədik": ["Dolu" filminin qəhrəmanı Rza Rzayevlə müsahibə] //Ədalət.- 2012.- 20 dekabr.- S.8.
↑ Elbrus. "Məğlubiyyət haqqında qələbə filmi". //Azad Azərbaycan.-2012.- 14 avqust.- səh. 7.
↑ "Mədəniyyət xəbərləri — TTV; 09.04.16" . 2022-03-26 tarixində arxivləşdirilib . İstifadə tarixi: 2016-04-10 .
↑ "Dolu" filmi Rusiyada təqdim olunub: [rejissor Elxan Cəfərovun eyniadlı filmi] //Mədəniyyət.- 2012.- 12 dekabr.- S. 10.
↑ Moskva "Dolu"ya inandı: [rejissor Elxan Cəfərovun "Dolu" filminin təqdimatı keçirilib] //Ədalət.- 2012.- 8 dekabr.- S.3.
↑ Osmanova, A. Moskvada "Dolu" filminin təqdimatı keçirilib: [Aqil Abbasın romanı əsasında rejissor Elxan Cəfərovun Qarabağ müharibəsinə həsr olunmuş eyniadlı filminin L. Ryumina Folklor Mərkəzində təqdimatı] //Mərkəz.- 2012.- 8 dekabr.- S.14.
↑ "Dolu" Qaxda nümayiş olunub: [Qax rayon Mədəniyyət evində quruluşçu rejissor Elxan Cəfərovun eyniadlı filmi nümayiş etdirilmişdir] //Mədəniyyət.- 2014.- 22 yanvar.- S. 12.
↑ Balakənli gənclər "Dolu" filminə tamaşa ediblər: //Mədəniyyət.- 2015.- 2 sentyabr.- S.11.
↑ "" Dolu" filminin büdcə qalmaqalı" . 2013-03-10 tarixində arxivləşdirilib . İstifadə tarixi: 2012-09-05 .
↑ "Qarabağ savaşı haqda film necə alınıb?" . 2022-03-26 tarixində arxivləşdirilib . İstifadə tarixi: 2014-01-04 .
↑ "Zirvə"nin təqdimatı olub [ölü keçid ]
↑ Rzayev, R. "Artıq iki nəfərik — həm Rzayam, həm Drakon": Aktyor Rza Rzayev: Nəfsim rejissor olmağımı istəyir: [rejissor Elxan Cəfərovun çəkdiyi "Dolu" filmində Drakon rolunun ifaçısı ilə müsahibə] /müsahibəni apardı Ulduzə Qaraqızı //Ekspress.- 2014.-4–8 oktyabr.- S.21.
Həmçinin bax
Azərbaycan filmlərinin siyahısı
2012-ci ilin Azərbaycan filmləri
2010-cu illər Azərbaycan filmlərinin siyahısı
Xarici keçidlər
Filmi izlə