Ənvər Həsənov
Həsənov Ənvər Cəfər oğlu (17 avqust 1950, Bakı) — Azərbaycan aktyoru,[1] rejissor,[1] Azərbaycanın xalq artisti (2018), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2023-cü ildən).
Həyatı
Ənvər Həsənov 17 avqust 1950-ci ildə Bakıda anadan olub.[2] 7-ci sinfə qədər 190 saylı məktəbdə oxuyan Ənvər sonra Fəhlə Gənclər Məktəbinə keçir. Buna səbəb isə 1965-ci ildə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında Adil İsgəndərovun açdığı kino aktyoru kursuna daxil olması idi.[3] 1969-cu ildə kinoaktyor kursunu bitirib. 1969–1973-cü illərdə M. A. Əliyev adına ADİİ-nun kino və dram aktyorluğu fakültəsində təhsil alıb. 1965-ci ildən "Azərbaycanfilm" kinostudiyasında çalışır.
Ənvər Həsəov gənc yaşlarından kinolara çəkilməyə başlamışdır. Xüsusilə o, "Yeddi oğul istərəm" filmində Cəlal, "Dərviş Parisi partladır" filmində Şahbaz, "Babək" filmində Tərxan, "Atları yəhərləyin" filmində Sirac, "Uşaqlığın son gecəsi" filmində Murad və başqa maraqlı obrazlar yaratmışdır. O, həyat yoldaşı aktrisa Mömünat Qurbanova ilə "Dərviş Parisi partladır" və "Atları yəhərləyin" filmində rol almışdır.[4] Rejissor kimi "Haray, Xocalım, haray", " Tələ" və Hacı Zeynalabdin Tağıyevdən bəhs edən "Sönməyən çıraq" sənədli filmini çəkmişdir.
Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə 18 dekabr 2000-ci ildə Azərbaycanın əməkdar artisti,[5][6] 1 avqust 2018-ci ildə isə xalq artisti fəxri adlarına layiq görülmüşdür.[7] 6 may 2023-cü ildə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür.[8]
Filmoqrafiya
- Ağ atlı oğlan (film, 1995) (tammetrajlı bədii film) - rejissor assistenti
- Arxadan vurulan zərbə (film, 1977)
- Babək (film, 1979)
- Atları yəhərləyin (film, 1985)
- Bəyaz həyat (film, 2003)
- Bəyin oğurlanması (film, 1985)
- Birisigün, gecəyarısı... (film, 1981)
- Bizim küçənin oğlanları (film, 1973)
- Cavad xan (film, 2009)
- Cavad xan. Filmin filmi (film, 2007)
- Çalış, nəfəs alma (film, 2006)
- Dədə Qorqud (film, 1975)
- Dəli Kür (film, 1969)
- Dərviş Parisi partladır (film, 1976)
- Doğma sahillər (film, 1989)
- Dolu (film, 2012)
- Dörd bazar günü (film, 1975)
- Ənvər Həsənov. Yeddi oğuldan biri (film, 2007)
- Ərazi (film, 2005)
- Gözbağlıcı (film, 1986)
- Gözlə məni (film, 1980)
- Haray (film, 1993)
- Hökm (film, 1994)
- Xoşbəxtlik qayğıları (film, 1976)
- İlahi məxluq (film, 2011)
- İnsan məskən salır (film, 1967)
- İstintaq davam edir (film, 1966)
- İşarəni dənizdən gözləyin (film, 1986)
- Kənar adamlar (film, 1992)
- Küləyapardı (film, 1986)
- Qanlı zəmi (film, 1985)
- Qatır Məmməd (film, 1974)
- Məhkumlar (film, 2007)
- Ovsunçu (film, 2002)
- Ölüm növbəsi (film, 2009)
- Pirverdinin xoruzu (film, 1987)
- Səhərə inan... (film, 2011)
- Səmt küləyi (film, 1973)
- Son döyüş (film, 1996)
- Sübhün səfiri (film, 2012)
- Şəbəkə (film, 2011)
- Şəhərli biçinçilər (film, 1986)
- Tələ (film, 1990)
- Torpaq. Dəniz. Od. Səma (film, 1967)
- Uşaqlığın son gecəsi (film, 1968)
- Vəkil hanı? (film, 2011)
- Yeddi oğul istərəm... (film, 1970)[9]
- Qanun naminə (serial, 2013)
İstinadlar
Mənbə
- Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 90.
Xarici keçidlər
|
|