Ramiz Fətəliyev
Fətəliyev Ramiz Məmmədəli oğlu (7 iyun 1946, Bakı) — Azərbaycan kinossenaristi,[1] Azərbaycan Respublikası Xalq Artisti.[2][3]
Həyatı
Ramiz Fətəliyev 7 iyun 1946-cı ildə Bakıda anadan olub. 1972-ci ildə Moskvada Ali rejissorluq və ssenaristlər kursunu bitirib.[4] Respublika qəzetlərində və jurnallarında əsərləri çap olunub.
1974–1975-ci illərdə "Azərbaycanfilm" kinostudiyasıın ssenari-redaksiya kollegiyasının üzvü olmuş və həmin dövrdən yaradıcılıq bioqrafiyası azərbaycan kinematoqrafiyası ilə bağlı olmuşdur. 1985–1986-cı illərdə isə o, kinostudiyada baş redaktor vəzifəsində çalışmışdır. 1987–1991-ci illərdə Siyasi və detektiv romanların Sovet Assosiasiyasının vitse-prezidenti, 1990–1995-ci illərdə əvvəlcə Azərbaycan Ali Sovetinin deputatı, sonra Milli Məclisin üzvü olmuşdur. Ramiz Fətəliyevin ssenariləri üzrə "Azərbaycanfilm"də "Rəqiblər" (kinonovella), T. Bəkirzadə ilə birgə "Ömrün ilk saatı", "Dənizə çıxmaq qorxuludur" (V. Qonçarova, Ə. Əbluçla birgə), "Birisi gün, gecəyarısı" (M. Avdiyev, A. Donetslə birgə), "Sizi dünyalar qədər sevirdim", "Burulğan" (E. Quliyevlə birgə), "Xüsusi vəziyyət", "Akarsızlıq şəraitində", "Yaramaz" (V. Mustafayevlə birgə), SSRİ-nin müxtəlif kinostudiyalarında 20-dən artıq, o cümlədən "Öz səadəti", "Köhnə məktublar", "Qraçlar", "Mənasız həyat" (Ukrayna), "Altıncı", "Hər cür rsqsiz", "Həyatın mənası" (Özbəkistan) bədii filmləri çəkilmişdir. 2002-ci ildən Ramiz Fətəliyev kinoda həm də rejissor kimi fimlər çəkir. O , "Bir anın həqiqəti" (12 seriyalı), "Məhəllə", "Qraf Krestovski" və s. bədii televiziya filmlərinə quruluş vermişdir. O, 1986–1995-ci illərdə kinostudiyanın direktoru olmuşdur[5].
SSRİ-nin bir sıra kinostudiyalarında ssenariləri çəkilib.
Mükafatları
Ramiz Fətəliyev Azərbaycan Respublikasının xalq artisti, respublika Dövlət mükafatı laureatıdır.
6 iyun 2016-cı ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamları ilə Ramiz Fətəliyev "Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə" "Şöhrət" ordeni[6] və "Azərbaycan Respublikasında kinematoqrafiya sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə" "Xalq artisti" fəxri adı[7] ilə təltif edilib.
2019-cu ildə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının Milli Kino Mükafatına layiq görülüb.[8]
Filmoqrafiya
Quruluşçu rejissor
Ssenari müəllifi
- Azərbaycanın faunası (film, 1970)
- Azərbaycanın florası (film, 1970)
- Azərbaycan SSR (film, 1973)
- Ömrün ilk saatı (film, 1973)
- Dənizə çıxmaq qorxuludur (film, 1973)
- Diplomlu mütəxəssis (film, 1974) ("Mozalan" № 16 (1974))
- Ömrün səhifələri (film, 1974)
- Yeraltı əhvalat (film, 1975)
- Azərbaycan ipəyi (film, 1977)
- Öz bəxtim (film, 1979) (ukr. Своє щастя) — Dovjenko ad.k/s (1979)
- Həyatın xırdalıqları (film, 1980) (ukr. Дрібниці життя) — Dovjenko ad.k/s (1980)
- Köhnə məktublar (film, 1981) (ukr. Старі листи) — Dovjenko ad.k/s (1981)
- Altıncı (film, 1981) (rus. Шестой) — Qorki ad.k/s (1981)
- Birisigün, gecəyarısı... (film, 1981)
- Zağcalar (film, 1982) (rus. Грачи) — Dovjenko ad.k/s (1982)
- Ailə işləri (film, 1982) (rus. Семейное дело) — Dovjenko ad.k/s (1982)
- Köçəri (film, 1983) (erm. Քոչարի) — "Ermənifilm" ("Mosfilm Debut" studiyası üçün) (1983)
- Şahidsiz (film, 1983) (rus. Без свидетелей) — "Mosfilm" (1983)
- Xüsusi risk etmədən (film, 1983) (rus. Без особого риска) — Qorki ad.k/s (1983)
- Çıxış yolu (film, 1984) ("Mozalan" № 87 (1984))
- Bəlkə… (film, 1985) ("Mozalan" № 95 (1985))
- Sövdə (film, 1985) (rus. Сделка) — Qorki ad. k/s (1985)
- Sizi dünyalar qədər sevirdim (film, 1985)
- Xüsusi vəziyyət (film, 1986)
- İnciklik (film, 1986) (rus. Обида) — "Mosfilm" (1986)
- Toy ittiham olunur (film, 1986)]] (rus. Обвиняется свадьба)
- Təzə evlənənlər üçün çətir (film, 1986) (rus. Зонтик для новобрачных) — "Mosfilm" (1986)
- Aşkarsızlıq şəraitində... (film, 1986)
- Burulğan (film, 1986)
- Həyatın mənası (film, 1987) (rus. Смысл жизни) — "Özbəkfilm" (1987)
- Rüstəm İbrahimbəyov (film, 1988)
- Yaramaz (film, 1988)
- Təxribat (film, 1989)
- Girişmə, öldürər! (film, 1990)
- Бес в ребро (film, 1990) (rus. Бес в ребро)
- Nakəs (film, 1991)
- Xəzərim mənim, taleyim mənim (film, 1991)
- Bir anın həqiqəti (film, 2003)
- Qraf Krestovski (rus. Граф Крестовский) (2004) — "NTV" (Rusiya, 2004)
- 40 (film, 2007)
- Ev (film, 2007)
- Həyatdan sonra (film, 2008) (rus. После жизни)
- Düyün (film, 2008)
- Sürü (teleserial, 2009) (rus. Стая)
- Kuklalar (film, 2009)
- İstanbul reysi (film, 2010)
- Əlavə təsir (film, 2010)
- Buta (film, 2011)
- Vəkil hanı? (film, 2011)
- Sirr (serial, 2012)
- Həddən artıq uyğunluq (film, 2016)
- Postskriptum (film, 2016)
Redaktor
Dialoqların müəllifi
Yaradıcılıq birliyinin rəhbəri
Məsləhətçi
İstinadlar
Mənbə
- Xamis Muradov. Kinofabrikdən başlanan yol. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 4.
- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 310–311.
- Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 814.
Xarici keçidlər
|
|