Vüsal Mustafayev

Vüsal Mustafayev
Mustafayev Vüsal Sədaqət oğlu
Doğum tarixi (41 yaş)
Doğum yeri Sumqayıt
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Fəaliyyəti Aktyor
Fəaliyyət illəri 2006-cı ildən bü günə kimi

Vüsal Sədaqət oğlu Mustafayev (d.16 noyabr 1983-cü il, Bakı) - Azərbaycan teatr və kino aktyoru.

Həyatı

Mustafayev Vüsal Sədaqət oğlu 1983-cü il noyabr ayının 16-da Sumqayıt şəhərində anadan olub. 2000-ci ildə Həzi Aslanov adına 22 nömrəli məktəbin 11-ci sinfini bitirib. 2001-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin teatr və kino fakültəsinə qəbul olub və 2005-ci ildə həmin universiteti bitirib.

2006-cı ildə Azərpaşa Nemətovun dəvəti ilə Azərbaycan Teatr Xadimlər İttifaqında hazırlanmış bir neçə tamaşalarda rol alıb. 2008- 2011-ci illərdə Sumqayıt Dövlət Musiqili Dram Teatrında aktyor işləyib. 2011-ci ilin yanvar ayından Azərbaycan Akademik Milli Dram Teatrında aktyor işləyir.

Mükafatları

2011-ci il fevral ayının 2-də Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin qərarı ilə "ilin gənc aktyoru" adına layiq görülüb. 10 may 2022-ci ildə[1], 6 may 2023-cü ildə[2] və 9 may 2024-cü ildə[3] Prezident Mükafatına layiq görülmüşdür.

Teatr səhnəsindəki rolları

Teatr Xadimlər İttifaqı

  • Məhəmməd Heydər ("Əli və Nino", Q.Səid),
  • Fabian, Gəmi Kapitanı ("On ikinci gecə", V.Sekspir),
  • Çapar,Qasid ("Afinalı Timon", V.Sekspir).

Sumqayıt Dövlət Musiqili Dram Teatrı

  • Fərzəli bəy ("Nəsrəddin", Y.Əzimzadə),
  • Toso ("Fando və Lis", F.Arrabal),
  • Kiçik oğul ("Ölüm hökmü", Ə.Səmədli),
  • Gülbala ("Şərxanın şər oyunu", F.Məhərrəmli),
  • Tək göz ("Sehirli yaylıq", K.Həsənov),
  • Vüqar ("Tələ", Ə.M.Lələdağ),
  • Baca təmizliyən ("Şahzadə və bacatəmizliyən", V.Juxovitski)

Akademik Milli Dram Teatrı

  • Hacı Salah (“Sərgüzəşti-vəziri-xani- Lənkəran”, M.F.Axundov ),
  • Ruh (“Teleskop” Elçin ),
  • Fəhlə (“Qatarın altına atılan qadın ”, A.Məsud ),
  • Cəllad (“Qadın məhəbbəti”, V.Hüqo),
  • İspan Qrandı (“Kabuslar”, E.Filippo),
  • Kinto (“Xanuma ”A.Saqarelli ),
  • Qohum (“Don Juan və Həndəsə” M.Friş ),
  • Rəssam (“Yaşlı Xanımın gəlişi”, F.Dürenmatt ),
  • İsveçrəli (“Kuraj və uşaqları”, B.Brext ),
  • Teymur bəy (“Anamın kitabı”, C.Məmmədquluzadə),
  • Fabian,Gəmi kapitanı ("On ikinci gecə", V.Sekspir),
  • Tələbə ("Mesenat", Ə.Əmirli),
  • Ayı ("Tülkü Tülkü Tünbəki", X.Həsənova),
  • Carçı ("Sənətkarın Taleyi", Elçin).
  • Qorçubaşı, I Qorçu ("Şah və Şair, yaxud hamı səni sevənlər burdadı", K.Abdulla)
  • Raşa("Nazirin xanımı",B.Nuşiç)
  • Həkim ("Kölgə", Y.Şvars)
  • Avtomobil satıcısı ("Müsyö İbrahim və Quran çiçəyi", Erik Emmanuel Şmitt)
  • Kərbəlayi Vəli ("Ölülər", Cəlil Məmmədquluzadə)
  • II zabit ("Cəhənnəm sakinləri", Elçin)
  • Həsən ("Yaşar", Cəfər Cabbarlı)

Filmoqrafiya

  1. Qayınana (film, 2011)-Cəmil
  2. Dolu (film, 2012)-döyüşçü
  3. Həyat, sən nə qəribəsən (teleserial, 2013)-Murad

İstinadlar

  1. President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 10.05.2022. 2022-05-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-15.
  2. President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 06.05.2023. 2023-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-08.
  3. President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 09.05.2024. İstifadə tarixi: 2024-05-10.

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!