41°19′56″ şm. e. 44°12′16″ ş. u.HGYO
Dmanisi bələdiyyəsi[7], Başkeçid bələdiyyəsi[8] — Gürcüstan Respublikasının Aşağı Kartli diyarında inzibati-ərazi vahidi. İnzibati mərkəzi Başkeçid şəhəridir.
Bələdiyyə ərazisi 1917-ci ilədək Tiflis quberniyasının Borçalı qəzasına, 1917-1930-cu illərdə birbaşa Tiflis quberniyasına daxil olmuşdur. 1930-cu ildə hazırkı bələdiyyənin ərazisini əhatə edən Başkeçid rayonu təşkil edildi. 18 mart 1947-ci il tarixində rayonun inzibati mərkəzi rəsmən Dmanisi şəhəri, rayonun özü isə Dmanisi rayonu adlandırıldı.[9]
Başkeçid bələdiyyəsi Borçalının ən hündür dağlıq regionu hesab olunur. Ərazisi təqribən dəniz səviyyəsindən 1000 mertdən başlayaraq Qaraxaç yaylasında hündüylüyü 3196 metrə çatan Ağçala dağınadək yüksək dağlıq relyefə malikdir. Digər hündür zirvələri Leyli (3154 m.), Yemlikli (3055 m.), Əyriqar (2973 m.), Sənəkuçan (2923 m.), Şindi dağı (1897 m.) və s.-dir. 2009-cu ilə olan məlumata əsasən ərazisinin 23.936 hektarı meşələrlə örtülüdür.[10]
1 yanvar 1931-ci il tarixinə olan inzibati-ərazi bölgüsünə əsasən Başkeçid rayonu 1204 km² ərazini, bu ərazidə yerləşən 8 kənd sovetliyinə daxil olan toplam 65 kəndi və bu kəndlərdə yaşayan 26.277 nəfər əhalini əhatə edirdi.
15 oktyabr 1938-ci il tarixinə olan inzibati-ərazi bölgüsünə əsasən Başkeçid rayonu 1.2 min km² ərazini, bu ərazidə yerləşən 13 kənd sovetliyini əhatə edirdi.
1 may 1960-cı il tarixinə olan inzibati-ərazi bölgüsünə əsasən Başkeçid rayonu 1223.1 km² ərazini, bu ərazidə yerləşən 1 qəsəbə və 12 kənd sovetliyini əhatə edirdi. Bu sovetliklərə 1 şəhər tipli qəsəbə və 58 kənd daxil idi.
1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən rayonda 28.9 min nəfər əhali yaşayır.[4] Onun 3.8 min nəfəri Başkeçid şəhərində, 25.1 min nəfəri isə kəndlərdə yaşayır.[11]
17-24 yanvar 2002-ci il Ümumgürcüstan əhali siyahıyaalınmasının rəsmi yekunlarına əsasən rayonun ümumi 28.034 nəfər əhalisinin 3.427 nəfəri Başkeçid şəhərində, 24.607 nəfəri isə kəndlərdə yaşayır. Kənd əhalisinin 74.4 %-ni azərbaycanlılar, 24.2 %-ni gürcülər, 0.7 %-ni urumlar, 0.3 %-ni ermənilər, 0.2 %-ni ruslar, 0.2 %-ni isə digər millətlərin nümayəndələri təşkil edir.[19] Yekunlara görə rayonda 1 şəhər, 59 kənd olmaqla 60 yaşayış məntəqəsi var idi və kəndlərdən 3-ündə əhali yaşamırdı.[19]
Bələdiyyə daxil olan yaşayış məntəqələrində gürcülərin məskunlaşması Qomareti kəndi istisna olmaqla XIX əsrin II yarısından başlamışdır. Belə ki, 1832-ci il kameral sayımı zamanı gürcülər bütün Borçalı distansiyası ərazisində yalnız Qomareti kəndində yaşayırdılar.[20]
Başkeçid Gürcüstanın aqrar rayonu hesab olunur. 2006-cı ildə respublika üzrə süd istehsalının 2.3 %-i, taxıl və kartof istehsalının isə 2.4 %-i bu rayonun payına düşmüşdür.
2006-cı ilin əvvəllərinə olan məlumata əsasən rayonda fəaliyyət göstərən 45 məktəbdə, o cümlədən 12 orta, 12 bazis və 18 ibtidai məktəbdə 3.817 nəfər şagird təhsil alır və onların təlim-tərbiyəsi ilə 474 nəfər müəllim məşğul olur. Məktəblərin 29-u azərbaycan, 14-ü gürcü, 2-si isə rusdillidir. Ölkədə keçirilən 2005-ci il dövlət imtahanında rayondan 60 abituriyent iştirak etmiş, onlardan yalnız 23-ü tələbə adını qazanmışdır.
Hazırda rayonda 1 teart, 21 kitabxana fəaliyyət göstərir və 1 qəzet nəşr olunur.
Below are listed data from the 2002 Census concerning all villages in the five rayons about which this report is concerned. As the published version of the Census does not provide the breakdown of the population of the rayon centres in terms of ethnic groups, the figures given for these cities have been extrapolated from general data on the population of rayons and village-byvillage data from rural areas.