Dağlıq Qarabağ ərazisində baş verən döyüşlərdə həlak olan Azərbaycan hərbçilərinin siyahısı (2023)
Antiterror tədbirləri zamanı şəhid olan Azərbaycan hərbçilərinin siyahısı — aşağıda 19–20 sentyabr 2023-cü il tarixlərində Azərbaycanın Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə aparılan antiterror tədbirləri nəticəsində şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin 205 hərbi qulluqçusu barədə məlumat verilmişdir.[1]
Şəhid olanların 39-u zabit, 23-ü gizir, 23-ü çavuş, N-i müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olan əsgərlər, N-i isə sıravi əsgər (çağırışçı) idilər.
14.04.1986-cı ildə doğulub. Elxan Hövsan qəsəbəsindəki 196 nömrəli tam orta məktəbdə təhsilini davam etdirib. Vətənpərvərliyi ilə yaşıdlarından seçilən Elxan 2001-ci ildə 8-ci sinfi başa vurduqdan sonra Cəmşid Naxçıvanski adına hərbi liseyə qəbul olub. Hərbi liseyi bitirdikdən sonra — 2004–2008-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində "Artilleriya" ixtisasına yiyələnib, 2008–2009-cu illərdə Təlim-Tədris Mərkəzində ixtisası üzrə təhsilini başa vurub və leytenant hərbi rütbəsi alıb. Mayor Elxan Nəcəfi Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 19–20 sentyabr 2023-cü il tarixində həyata keçirdiyi uğurlu lokal antiterror tədbirləri zamanı — sentyabrın 20-də Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsində şəhid olub. İkinci Fəxri xiyabanda dəfn olunub.
Səmədov Xəyyam Mirazim
Mayor
16.01.1986-cı ildə doğulub.
Balabəyli Elcan Vasif oğlu
Kapitan
12.03.1992-ci ildə Naxçıvan şəhərində doğulub.[4] 1998-ci ildə Naxçıvan şəhər Mirəsgər Seyidov adına 15 nömrəli tam orta məktəbin 1-ci sinfinə daxil olub, 2007-ci ildə həmin məktəbin 9-cu sinfini bitirib. 2007–2010-cu illərdə Naxçıvan şəhərindəki Heydər Əliyev adına Hərbi Liseydə təhsil alıb. 2010-cu ildə Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbinə qəbul olub. 2014-cü ildə Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbini hava hücumundan müdafiə ixtisası üzrə başa vuraraq leytenant hərbi rütbəsi alıb. 2014–2015-ci illərdə Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində təkmilləşdirmə kursu keçib. 2015-ci ildən Azərbaycan Silahlı Qüvvələri sıralarında nümunəvi zabit kimi xidmət edib. 2017-ci ildə baş leytenant, 2021-ci ildə isə kapitan hərbi rütbəsi alıb. Döyüş və ictimai-siyasi hazırlığın yüksəldilməsində və hərbi intizamın möhkəmləndirilməsində əldə etdiyi nailiyyətlərə görə dəfələrlə yuxarı komandanlıq tərəfindən diplom və fəxri fərmanlarla təltif edilmişdir. 27 sentyabr 2020-ci ildə başlanan vətən müharibəsinə qatılmış, 30 sentyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində düşmənə hücum zamanı düşmən artilleriyasının atəşi nəticəsində qəlpə yarası almışdır. Müalicəsi tamamlanmamış həkimlərin təkidinə baxmayaraq öz istəyi ilə yenidən döyüşlərə geri qayıtmış, FüzulidənŞuşaya qədər şərəfli döyüş yolu keçmişdir. Bundan başqa 2016-cı ilin aprel döyüşlərində, 2022-ci ilin qisas əməliyyatında fəal döyüşçü kimi iştirak etmişdir. 2023-cü ilin 19 sentyabr tarixində Qarabağ iqtisadi rayonunda lokal xarakterli antiterror əməliyyatları zamanı Ağdərə istiqamətində gedən döyüşlərdə düşmənin snayper atəşi nəticəsində qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlmişdir. Qəhrəman şəhidimiz 20 sentyabr 2023-cü il tarixində doğulduğu Naxçıvan şəhərində torpağa tapşırılmışdır. "Azərbaycan Ordusunun 100 illiyi (1918–2018)" yubiley medalı, 3-cü dərəcəli Qüsursuz xidmətlərə görə medalı, "Füzulinin azad olunmasına görə" medalı, "Hərbi xidmətlərə görə" medalı, "Xocavəndin azad olunmasına görə" medalı, "Şuşanın azad olunmasına görə" medalı, "Vətən uğrunda" medalı, "Vətən müharibəsi iştirakçısı" medalı, Vətənə xidmətə görə ordeni və "İgidliyə görə" medalı ilə təltif edilmişdir.
Cəfərov Xəzər Qalib
Kapitan
17.06.1991-ci ildə doğulub.
Eyvazov Vüqar Eyvaz
Kapitan
24.01.1989-cu ildə doğulub.
Əliyev Elvin Gülməmməd
Kapitan
01.03.1990-cı ildə doğulub.
Həmidli Həmid Əlisahib
Kapitan
28.07.1996-cı ildə doğulub. Anası Vəliyeva Könül Təbriz qızı Beyləqan rayonu, V. Cəfərov adına Milabad qəsəbə tam orta məktəbində ingilis dili müəlliməsi işləyir. Həmid Həmidli, 2002–2010-cu illərdə Cəbrayıl rayonu 21 saylı ümumi orta məktəbdə, 2010–2013-cü illərdə Cəmşid Naxçıvanski adına hərbi liseydə, 2013–2017-ci illərdə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində ali hərbi təhsil alıb. 2017-ci ildə leytenant rütbəsi alaraq təyinatı üzrə N saylı hərbi hissədə tank taqım komandiri vəzifəsinə, 6 ay sonra xidmətdə fərqləndiyinə görə tank bölüyünün komandiri vəzifəsinə təyin olunub. 2019-cu ildə Azərbaycan Ordusunda "Ən yaxşı tank bölüyü" adı uğrunda keçirilən yarışda bölüyü ilə birlikdə l yer qazanıb. 2020-ci ilin 12 iyul tarixindən etibarən Ermənistan—Azərbaycan dövlət sərhədinin Tavuş mərzi və Tovuz rayonu əraziləri boyunca başlayan döyüşlərdə iştirak edib. İkinci Qarabağ müharibəsi zamanı Fizuli rayonunun, Cəbrayıl rayonunun, Qubadlı və Xocavənd rayonlarının azadlığı uğrunda gedən döyüşlərdə fəal iştirak etmişdir. Həmid Həmidli 8 oktyabr 2020-ci ildə Hadrut rayonu uğrunda gedən döyüşlərdə "Hər iki ətrafın, gövdənin ön səthinin ikinci dərəcəli yanıq xəsarəti və partlayış travması, sol budunun qəlpə yaralanması xəsarəti almışdır. Azərbaycan Respublikasının müdafiəsi zamanı aldığı hərbi travmaya, xəstəliklər cədvəlinin 86-cı maddəsinin III qrafasına və ƏTC-yə (Azərbaycan Respublikasının Nazirlər kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında Əsasnaməyə qoşma) əsasən xəstəliyə görə məzuniyyət verilmişdir. Məzuniyyət müddəti başa çatdıqdan sonra yenidən xidmətə başlamışdır.
1995-ci il sentyabrın 4-də Mingəçevir şəhərində anadan olub.[6] 2010-cu ildən təhsilini Cəmşid Naxcıvanski adına Hərbi Liseydə davam etdirib və 2013-cü ildə məzun olub.[6] 2013-cü ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi məktəbinə daxil olub və oranı 2017-ci ildə bitirərək Leytenant rütbəsinə yüksəlib.[6] 2017 ci ildə N saylı hərbi hissədə tağım komandiri vəzifəsində işə başalyıb. 2018-ci iyunun 26-da "Azərbaycan ordusunun 100 illiyi" Yubiley medalı ilə təltif olunub. 2020-ci ildə Baş leytenant rütbəsinə yüksələrək N saylı hərbi hissəyə batareya komandiri vəzifəsində çalışmaq üçün göndərilib. İkinci Qarabağ müharibəsində iştirak edib. "Xocavəndin azad olunmasına görə", "Qubadlının azad olunmasına görə", "Hərbi xidmətdə fərqlənməyə görə" medalları ilə təltif olunub. 2021-ci ildə baş vermiş sərhəd döyüşlərində və Sentyabr döyüşlərində iştirak edib. 2023-cü ildə baş vermiş Antiterror əməliyyatında şəhid olub.[1] 2023-cü il sentyabrın 20-də Mingəçevir Şəhidlər Xiyabanında dəfn edilib.[7] Ölümündən sonra "Vətənə xidmətə görə" ordeni və "Vətən uğrunda" medalı ilə təltif edilib.[3]
Abbasov Zamin Xaqani
B/leytenant
08.03.1993-cü ildə doğulub.
Daşdəmirov Sahib Natiq
B/leytenant
06.05.1995-ci ildə doğulub. 2016-cı il iyunun 23-dən 2017-ci ilin avqustun 30-a qədər Şəmkirdə yerləşən hərbi hissədə snayper tağımında, 2017-ci il avqustun 30-dan 2018-ci il mayın 25-ə qədər Qazaxda yerləşən hərbi hissədə, 2018-ci il mayın 25-dən 2020-ci il mayın 14-ə qədər Murovda yerləşən hərbi hissədə tağım komandiri vəzifəsində xidmət edib[6]. 2020-ci il mayın 14-dən 2023-cü il fevralın 2-ə qədər Gədəbəydə yerləşən hərbi hissədə bölük komandiri olub. 2023-cü il fevralın 2-dən etibarən Xocavənd rayonunda yerləşən hərbi hissədə tağım kamandiri kimi xidmət edib[7]. 2023-cü il sentyabrın 20-də Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən həyata keçirilmiş lokal antiterror tədbirləri zamanı Xocavənd rayonunun Veysəlli kəndində şəhid olub[2].
Ədilzadə Ədil Rövşən
B/leytenant
25.05.1995-ci ildə doğulub.
Əliyev Vəliyulla Elmanoviç
B/leytenant
16.03.1994-cü ildə doğulub.
Həsənov Kərəm Akif
B/leytenant
01.01.1996-cı ildə doğulub.Kərəm 2013-cü ildə orta məktəbi bitirdikdən sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olmuşdur və 2017-ci ildə hərbi akademiyanı leytenant rütbəsi ilə bitirmişdir. O, hərbi akademiyanı bitirdikdən sonra Azərbaycanın bir çox şəhər və rayonlarında hərbi vəzifəsinə tank komandiri olaraq davam etmişdir. O, Bakı şəhərində, Bərdə, Goranboy, Mingəçevir, Ağcabədi, Beyləqan və Qubadlı rayonlarında hərbi vəzifəsini layiqincə yerinə yetirmişdir. Kərəm Həsənov 2020-ci il, 26 iyun Azərbaycan Silahlı Qüvvələri günü baş leytenant rütbəsinə layiq görülmüşdür. Kərəm Həsənov 44 günlük Vətən müharibəsində iştirak etmiş, Suqovuşanın və Ağdam rayonunun, eləcə də kəndlərinin işğaldan azad olunmasında fəal iştirak etmişdir. O, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə "Döyüşdə fərqlənməyə görə", "Vətən müharibəsi iştirakçısı" medalı ilə təltif olunmuşdur. 44 günlük Böyük Vətən müharibəsində Suqovuşan istiqamətində gedən döyüşlərdə verilən tapşırıqda düşmənin keçilməz səddini keçmək lazım idi, Kərəm böyük şücaət göstərərək, öz ekipajı ilə birlikdə tanklarla həmin keçilməz səddi keçmişdilər. Həmin ərəfədə bir neçə prosesdən sonra Kərəmin idarə etdiyi tank minaya düşmüşdü, daha sonra isə digər tanklarla birlikdə mühasirəyə düşmüşdülər. Kərəm hətta orada belə qəhrəmanlıq göstərərək öz ekipajını sağ-salamat mühasirədən çıxarmışdı. Öz tankı minaya düşdükdən sonra sıradan çıxmışdı. Bu hadisədən sonra o taqım komandirinə məlumat verərək, tankının sıradan çıxdığını və vakant olan bir tanka təyin edilib yenidən döyüşə davam etmək istədiyini bildirmişdir. Beləliklə, o, döyüşə davam edərkən idarə etdiyi tank düşmən tərəfindən vurulmuş və Kərəm yaralanmışdır. Bu vəziyyətdə belə o yaralanmağına baxmayaraq, öz ekipajını sağ-salamat tankdan çıxardıb. Bir neçə müddətdən sonra Kərəm tankın orada qalmasına göz yummaq istəmir və həmin tankı oradan çıxarıb tankın zərər çəkmiş hissələrini qısa müddətdə bərpa edir. Bu vəziyyətdən çıxış yolunu taparaq Kərəm həmin vurulmuş tankla döyüşə davam edir. İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanda Komando Ordu Birliyi yaradılmışdır. Kərəm 2022-ci ilin sonlarında Komando briqadasına qoşulur və Qubadlı rayonunun Muradxanlı kəndində hərbi vəzifəsinə davam etməyə başlayır.
İbrahimli Elçin Sadiq
B/leytenant
26.09.1997-ci ildə doğulub. Ağdam-Ağdərə istiqamətində düşmənin 30 ildən çox qurduğu müdafiə zolağından döyüş texnikalarımızın döyüşə girməsi üçün Zirehli Texnika ilə keçid açmaq idi . Elçin həmin tapşırığı özü başda olmaqla iki gizir ilə yerinə yetirdi , yetirdikdən sonra isə qəflətən Zirehli Texnikanın vurulması ilə gizirlər ağır yaralanıb özü isə şəhidlik zirvəsinə ucalıb .
Qasımov İbrahim Malikəjdər
B/leytenant
29.01.1992-ci ildə doğulub.
Quluzadə Nihat Qasım
B/leytenant
24.01.1997-ci ildə doğulub.
Mirzəyev Cavid Azər
B/leytenant
14.11.1994-cü ildə doğulub.
Orucov Niftalı Qəfər
B/leytenant
12.03.1995-ci ildə doğulub.
Yusifli Şəmistan Şükran
B/leytenant
16.01.1998-ci ildə doğulub.
Bayramov Davud Şamil
Leytenant
01.01.2000-ci ildə doğulub.
Bayramov Tapdıq Namiq
Leytenant
31.10.1998-ci ildə doğulub.
Əliyev Şəhriyar Bəxtiyar
Leytenant
05.08.1997-ci ildə doğulub. Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu olan Əliyev Şəhriyar Bəxtiyar oğlu Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 20 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı Ağdərə rayonu istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. Əliyev Şəhriyar Bəxtiyar oğlu Bakıxanov Şəhidlər Xiyabanında dəfn edilmişdir. Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu Əliyev Şəhriyar Bəxtiyar oğlu Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamına əsasən "Vətən uğrunda" medalı və 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir.
İsayev İsmayıl Çərkəz
Leytenant
24.04.2000-ci ildə doğulub.
Məmmədli Elxan Ələkbər
Leytenant
13.10.1997-ci ildə doğulub. Elxan Məmmədli 2019-cu ildə İsmayıllı rayon hərbi komissarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılıb. Dövlət Sərhəd Xidmətinin Tovuz rayonunda yerləşən N saylı hərbi hissəsində xidmət edən Elxan Məmmədli ordudan tərxis olunduqdan sonra Azərbaycan Silahlı Qüvvələrinin Təlim Tədris Mərkəzində "Ehtiyat zabit hazırlığı"kursu keçib. Kursu müvəffəqiyyətlə başa vuraraq leytenant hərbi rütbəsini alıb. O, Azərbaycan Respublikası Müdafiə Nazirliynin Quru Qoşunlarının Silahlı Qüvvələrində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi fəaliyyətə başlayıb. Xocalı, Şuşa, Xankəndi və Qubadlının ətraf ərazilərində hərbi xidmətini davam etdirib. Hərbi xidmət zamanı əldə etdiyi nailiyyətlərə görə 10 fevral 2022-ci ildə komandanlıq tərəfindən fəxri fərmanla təltif edilib. Daha sonra, 15 may 2023-cü ildən 29 iyul 2023-cü ilə kimi "Komonda" Dağ Təlimi Mərkəzində keçirilmiş 17-ci qəbul "Komando başlanğıc kursu"-nu müvəffəqiyyətlə başa vurub,"Komando" Dağ Təlimi Mərkəzinin komandalığı tərəfindən sertifikata layiq görülüb. Elxan Məmmədli Komando əməliyyat qrupunda "Kəşfiyyat komandiri" vəzifəsində xidmət göstərib.[1] Leytenant Elxan Məmmədli 2023-cü il sentyabrn 19 da Qarabağda başlanan lokal xarakterli antiterror əməliyyatları zamanı kəşfiyyat komandiri olaraq döyüşə qatılıb, öndə gedərək torpaqlarımızın terrorçulardan azad edilməsində şücaət göstərib . Həmin gün sentyabrn 19-da Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Məmmədov Fizuli Bəhruz
Leytenant
05.04.1989-cu ildə doğulub.
Məmmədov Röyal Asif
Leytenant
12.02.1997-ci ildə doğulub. 2017-ci il Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Lənkəranda olan hərbi hissəsində Astara zasdavasında hərbi xidmətə başlamışdır. Hərbi xidmətdə olarkən öz öhdəliyinə düşən xidmətini layiqincə yerinə yetirmiş Komandiri tərəfindən fəxri fərmanlar verilmişdir.2019-cu ili ilin yayı hərbi xidmətini yüksək bacarıqla başa vurmuşdur. 2020-ci ilin avqustun 19 Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ağcabədidiə olan N saylı hərbi hissəsində MAHHXQ (əsgər) kimi işə başlamışdır. Azərbaycan Respublikasında 2020-ci ilin Sentyabrında 27-dən noyabrın 10-a qədər davam etmiş İkinci Qarabağ müharibəsində yaxından iştirak etmiş və Tərtər rayonunda, Suqovuşan, Talış kəndlərində gedən döyüşlərdə iştirak etmişdir.44 günlük vətən müharibəsində yüksək şücaət göstərərək düşmənin canlı qüvvəsini və çox saylı texnikasını məhv etmişdir. Bununla yanaşı bir çox texnikanın qənimət götürülməsində yaxından iştirak etmişdir. Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti Suqovuşanın azad olunması medallı[1] ilə təltif edilmişdir. Vətən müharibəsində qazi olmuş, veteranlıq medalı verilmişdir. Vətən müharibəsindən sonra Leytenant rütbəsini almış və Zəngilan rayonunda zasdava zampaliti kimi xidmətini davam etdirmişdir. Və bu xidmətini 6 ay sərhəd qoşunlarında davam etdirdikdən sonra 2021-ci ilin may ayında Ağcabədi rayonunda N saylı hərbi hissəsində bölük zampaliti və bölük komandiri əvəzedicisi kimi xidmətini davam etdirmişdir. 2023-cü ilin fevralında komando kursuna getmiş və bu kursda yüksək nəticə göstərmişdir. Komanda kursunu aprel ayında məharətlə bitirmiş və yenidən öz xidmətində müvəfəqiyyət göstərərək 2023-cü ilin mayında 3 aylıq komando kursunda iştirak etmişdir. Yüksək bacarığı ilə komando kursunda sertifikat almışdır. Xidməti zamanı öz işini mərdliklə yerinə yetirdiyi üçün dəmir yumruq maketi verilmişdir.
04.08.2004-cü ildə doğulub. Gəncə şəhəri. Orta təhsilli. 2022-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. Gəncə şəhərində Şəhidlər Xiyabanında dəfn olunub.
09.01.2003-cü ildə doğulub. Mingəçevir şəhəri. Orta təhsilli. Müddətdən artıq xidmət edən hərbi qulluqçu olub. Komando Briqadasında xidmət edib. Mingəçevir şəhərində Şəhidlər Xiyabanında dəfn olunub.
29.02.2004-cü ildə doğulub. Xudat şəhəri. Orta təhsilli. 2022-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. Xudat şəhərində dəfn olunub. 2022-ci ilin aprelin 1, Gəncə şəhərində N saylı hərbi hissədə 3 ay təlimlərdə iştirak etmiş, iyun ayının 24 isə Goranboy rayonunda kı, N saylı hərbi hissədə müddətli xidmətə başlamışdır. Komando kəşfiyyat bölüyündə tuşlayıcı vəzifəsini idarə edirdi. 2022-ci il 12–14 sentyabr, olduğu Komando dəstəsində düşmənin hücumunun qarşısının alınmasındada iştirak etmişdir. 19 sentyabr 2023 ildə, Azərbaycan Ordusu lokal antiterror əməliyyatında iştirak etmişdi. 20 sentyabr, Papravənd Ağdərə istiqamətində düşmən mövqeyini ələ keçirərkən, düşmənin atdığı mərmi yaralarından şəhid olur. 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni və "Vətən uğrunda" medalı ilə təltif edilib.
Dünyamalıyev İslam Teymur
əsgər
25.06.2004-cü ildə doğulub. Kürdəmir rayonu (Muradxan). Orta təhsilli. 2022-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb.
18.03.2004-cü ildə doğulub. Mingəçevir şəhəri. Orta təhsilli. 2022-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. Mingəçevir şəhərində Şəhidlər Xiyabanında dəfn olunub.
Əliyev Orxan Eldar
əsgər (MAHHXHQ)
25.06.1986-cı ildə doğulub. Gəncə şəhəri. Müddətdən artıq xidmət edən hərbi qulluqçu olub.
12.09.2003-cü ildə doğulub. Gəncə şəhəri. Orta təhsilli. Müddətdən artıq xidmət edən hərbi qulluqçu olub.
Əliyev Talıb Elman
əsgər
07.12.2003-cü ildə doğulub. Goranboy rayonu (Şadılı). Orta təhsilli. 2022-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb.
Əlizadə Tuncay Nicad
əsgər
25.11.2004-cü ildə doğulub. Ağcabədi rayonu (Salmanbəyli). Orta təhsilli. 2023-cü ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. "Komando" təlimlərini bitirəndən sonra Komando Briqadasında xidmət edib.
Əmirov Tural Mətləb
əsgər (MAHHXHQ)
22.10.1999-cu ildə doğulub. Bərdə rayonu (Alaçadırlı). Müddətdən artıq xidmət edən hərbi qulluqçu olub. Quzanlı qəsəbəsində (Ağdam rayonu) Şəhidlər Xiyabanında dəfn olunub.
Əsədov Əlibala Əli
əsgər
02.04.2004-cü ildə doğulub. Xəzər rayonu (Qala). 2022-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edib. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 07.11.2023-cü il tarixli Sərəncamına əsasən Əlibala Əsədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.
Əzizalıyev Seymur Teyyub
əsgər
27.07.2004-cü ildə doğulub. İmişli şəhəri. Orta təhsilli. 2022-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb.
24.10.2004-cü ildə doğulub. Bərdə rayonu (Ərəblər). Orta təhsilli. 2023-cü ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb.
Həsənli Ərzulla Mübariz
əsgər
04.01.2004-cü ildə doğulub. Qaradağ rayonu (Qobustan). Orta təhsilli. 2022-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. "Komando" təlimlərini bitirəndən sonra Komando Briqadasında xidmət edib.
Həsənov Amin İlqar
əsgər
23.10.2004-cü ildə doğulub. Göygöl şəhəri. Orta təhsilli. 2023-cü ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. "Komando" təlimlərini bitirəndən sonra Komando Briqadasında xidmət edib. Göygöl şəhərində Şəhidlər Xiyabanında dəfn olunub.
09.12.2003-cü ildə doğulub. Lerik rayonu (Cəngəmiran). Orta təhsilli. 2022-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. Binə qəsəbəsində (Xəzər rayonu) Şəhidlər Xiyabanında dəfn olunub.
Qarayev İlkin Yusif
əsgər
25.11.2004-cü ildə doğulub.
Qardaşzadə Elsevər Raqif
əsgər
23.02.2004-cü ildə doğulub. Lənkəran rayonu (Şağlacə). Orta təhsilli. 2022-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb.
Qasımlı Nicat Elşən
əsgər
13.08.2003-cü ildə doğulub. Tovuz rayonu (Dondar Quşçu). Orta təhsilli. 2022-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb.
08.10.2004-cü ildə doğulub. Suraxanı rayonu (Hövsan). Orta təhsilli. 2023-cü ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. "Komando" təlimlərini bitirəndən sonra Komando Briqadasında xidmət edib.
Qasımzadə İnqlab Füzuli
əsgər
22.01.2005-ci ildə doğulub. Suraxanı rayonu (Zığ). Orta təhsilli. 2023-cü ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb.
Qayibov Elvin İkram
əsgər (MAHHXHQ)
15.07.1994-cü ildə doğulub. Xaçmaz rayonu (Xuray). Müddətdən artıq xidmət edən hərbi qulluqçu olub.
Qəhrəmanov Sadiq Sakit
əsgər (MAHHXHQ)
28.02.1996-cı ildə doğulub. Salyan rayonu (Kərimbəyli). Müddətdən artıq xidmət edən hərbi qulluqçu olub.
Qəhrəmanov Sənan Nəsimi
əsgər
19.07.2004-cü ildə doğulub. Quba rayonu (Xucbala). Orta təhsilli. 2022-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. Sənan Qəhrəmanov 19 iyul 2022-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Quba rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdı. Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət edirdi. Azərbaycan ordusunun əsgəri olan Sənan Qəhrəmanov 2023-cü il sentyabrın 19–20-də keçirilən antiterror əməliyyatında iştirak etmişdir. Sənan Qəhrəmanov 22 sentyabr 2023-cü ildə Xankəndi istiqamətində döyüş tapşırığını yerinə yetirilməsi zamanı qəhrəmancasına şəhid olmuşdur. Quba rayonunda dəfn edilmişdir. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Sənan Qəhrəmanov ölümündən sonra "Vətən uğrunda" medalı və "3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni" ilə təltif edildi.[2]
18.12.2001-ci ildə doğulub. 2018–2022-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində təhsil alıb. 2022-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. Sabirabad rayonunda (Qaraqaşlı) dəfn olunub. 2002-ci ildə Moskva şəhərinin yubileyinə həsr olunmuş döş nişanı ilə Moskva meri Lujkov tərəfindən təltif edilmişdir. 2003-cü ildə doğma Sabirabad rayonunun Qaraqaşlı kəndinə ailəsi ilə qayıtmışdır. 2007-ci ildə həmin kəndin orta məktəbin 1-ci sinfinə qədəm qoymuşdur. 2018-ci ildə həmin məktəbi əla qiymətlərlə bitirmişdir. 2018-ci ildə 467 bal toplayaraq Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və mühasibat fakültəsi fakültəsinə daxil olmuşdur. 2022-ci ildə həmin universiteti bitirmişdir.[1] 2022-ci ilin iyulun 6-sı həqiqi hərbi xidmətə yollanmışdır. İlk hərbi xidmətini Gəncə şəhəri N saylı hərbi hissədə, daha sonra Şuşa şəhərində N saylı hərbi hissədə davam etdirmişdir. Xidmət müddətində bir neçə dəfə Laçın istiqamətində lokal döyüş əməliyyatlarında iştirak etmişdir. Xidmət etdiyi müddət ərzində döyüş və ictimai-siyasi hazırlıqda əldə etdiyi nailiyyətlərə görə hərbi hissə komandiri tərəfindən fəxri fərmanla təltif olunmuşdur (30 iyun 2023). 2023-cü il 19–20 sentyabr baş vermiş antiterror əməliyyatlarında Xocalının Muxtarkənd, Daşkənd azad edib, Xankəndi şəhərinin "Xaç Postu" deyilən yüksəklik uğrunda gedən döyüşlərdə Şəhid olmuşdur.[2]
20.08.2004-cü ildə doğulub. Füzuli şəhəri. (müvəqqəti olaraq Qaradağ rayonu). Orta təhsilli. 2022-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb.
Mirzəyev Əlmirzə Ağamirzə
əsgər
12.10.2004-cü ildə doğulub. Hacıqabul şəhəri. Orta təhsilli. 2022-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb.
Mirzəyev Sənan Vüqar
əsgər
29.12.2004-cü ildə doğulub. Masallı şəhəri. Orta təhsilli. 2023-cü ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb.
Mustafayev Nihat Asəf
əsgər
01.03.2004-cü ildə doğulub. Siyəzən rayonu (Sədan). Orta təhsilli. 2022-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb.
Mustafazadə Vəli Ceyhun
əsgər
25.12.2003-cü ildə doğulub. Ağstafa rayonu (Qarahəsənli). Orta təhsilli. 2022-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. "Komando" təlimlərini bitirəndən sonra Komando Briqadasında xidmət edib.
Nəbiyev Fərid Kamran
əsgər (MAHHXHQ)
01.01.2001-ci ildə doğulub.
Nəsibov Aqşin Vasif
əsgər
10.03.2004-cü ildə doğulub. Qazax rayonu (Canalı). Orta təhsilli. 2022-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb.
Nəsibov Hüseyn Əfqan
əsgər
07.11.2004-cü ildə doğulub. Goranboy rayonu (Qızılhacılı). Orta təhsilli. 2023-cü ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb.
Nəzərli Nicat Mubariz
əsgər
22.08.2004-cü ildə doğulub.
Novruzzadə Hüseyn Faiq
əsgər
16.03.2004-cü ildə doğulub. Yasamal rayonu. Orta təhsilli. 2022-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2 saylı Fəxri Xiyabanda dəfn olunub.
22.08.2000-ci ildə doğulub. Sadıqov Samir Cəbrayıl oğlu 22 avqust 2000-ci ildə Ağstafa rayonu Qırılı kəndində anadan olub. 2008-ci il 15 sentyabr - 14 iyun 2018-ci il tarixlərində Qırılı kəndi tam orta məktəbində təhsil almışdır. Orta məktəbi bitirdikdən sonra torpaqlarımızın işğaldan azad olunması uğrunda başlayan Ikinci Qarabağ müharibəsinə könüllü kimi qatılır və Zəngilan rayonu uğrunda gedən qızğın döyüşlərdə iştirak edir. Sərəncama əsasən "Zəngilanın azad olunmasına görə" medalı ilə təltif olunur. 2 yanvar 2022-ci ildə ordu sıralarına qoşularaq Gəncə şəhərində yerləşən Azərbaycan Daxili Qoşunlarında müddətdən artıq xidmət edən həqiqi hərbi qulluqçu kimi işləməyə başlayır. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Sadıqov Samir Cəbrayıl oğlu Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 19 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı 20-si səhərə yaxın Kəlbəcər rayonu istiqamətində şəhid olub.[4] Ölümündən sonra "Vətənə xidmətə görə" ordeni və "Vətən uğrunda" medalı ilə təltif olunur. Ağstafa rayon Qırılı kənd qəbiristanlığında dəfn edilmişdir.
Salmanov Elçin Habil
əsgər (MAHHXHQ)
27.09.2001-ci ildə doğulub. Kəlbəcər rayonu (Çay-Kənd). Elçin Habil oğlu Salmanov 27 sentyabr 2001-ci il tarixində Yevlax şəhərində kasıb bir ailədə anadan olub. Xidmətdən sonra bir çox iş yerlərində özünü yoxlayan Elçin yenidən hərbiyə qayıtmağı planlaşdırır. Səbəb isə uşaqlıqdan heç vaxt ayrı qala bilmədiyi qardaşı Salmanov İlkinin Komando briqadalarında müddətdən artıq xidmət etməsi olur. Elçin Salmanov 2022-ci ilin mart ayında komando briqadasına qardaşı İlkin Salmanovun yanında işə qəbul olunur. İşinə Kəşfiyyatçı kimi və Kalaşnikov pulemyotu (PK) silahı təhkim olunaraq başlayır. Döyüşlərdə dəqiq nişan və səlis atışına görə yoldaşları arasında Rembo ləqəbi ilə çağrılır. 2022-ci il sentyabr ayında hər iki qardaş birlikdə "Cermux" əməliyyatında iştirak edirlər. 10 günlük əməliyyatı uğurla tamamlayırlar. Elçin Salmanov xidməti dövründə nizam-intizamı ilə seçilərək bir neçə dəfə komandirləri tərəfindən Sertifikatlarla təltif olunur. Elçin Salmanov 2023-cü il sentyabr ayının 19-da Ağdərə uğrunda başlamış Antiterror əməliyatına, qardaşı İlkin Salmanov ilə birlikdə Ağdamın Məlikli kəndi ərazisində qatılır. Döyüş meydanında hər iki qardaş fərqli istiqamətlərdə döyüşə girirlər. Döyüş başlayandan bir neçə saat sonra İlkin Salmanov düşmən tərəfindən snayperin hədəfi olur. Çiyin nahiyəsindən və ayağından ağır yaralanan İlkin Salmanov 40 dəqiqədən çox ərazidən təxliyyə oluna bilmir. Bir-birindən xəbərsiz qardaşlar döyüş meydanında düşmənə təslim olmurlar. Elçin Salmanov qardaşından xəbərsiz döyüşü davam etdirir və sentyabr ayının 20-si hər zaman arzuladığı şəhidlik zirvəsinə ucalır. 21 sentyabr 2023-cü il tarixində Yevlax Şəhidlər Xiyabanında dəfn olunur.
Səfərov Cavid Rövşən
əsgər
24.01.2005-ci ildə doğulub. Tərtər rayonu (Seydimli). Orta təhsilli. 2023-cü ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb.
Səfərov Gökhan İlqar
əsgər
20.03.2005-ci ildə doğulub. Mingəçevir şəhəri. Orta təhsilli. 2023-cü ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. Mingəçevir şəhərində Şəhidlər Xiyabanında dəfn olunub.
01.05.2004-cü ildə doğulub. Kürdəmir rayonu (Sovla). Orta təhsilli. 2022-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb.
Zamanlı Əhməd Azad
əsgər
01.06.2004-cü ildə doğulub. Şəmkir şəhəri. Orta təhsilli. 2022-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. "Komando" təlimlərini bitirəndən sonra Komando Briqadasında xidmət edib.