Dampir boğazı ing. Dampier Strait — Sakit okeanda yerləşən Umboy və Yeni Britaniya adalarını ayıran boğaz. Bismark dənizi və Solomon dənizini birləşdirir. Boğaza bu ad buradan üzüb keçən ilk avropalı Britaniya səyyahı Vilyam Dampirin şərəfinə verilmişdir. Bu hadisə 1700-cü ildə baş verib. Boğazın uzunluğu 50 km, eni isə 24 km təşkil edir.
1884-cü ildə Yeni Qvineya adasının 141 dərəcədə şərqdə yerləşən ərazilər Almaniya İmperiyasının nəzarətinə keçir. Şərqdəki holland koloniyası və Dampir boğazı sərhəd olur. Birinci Dünya müharibəsində 1914-cü ildə Avstraliya ordusu bölgəni işğal edir. Versal sülh müqaviləsinə əsasən ərazi Millətlər Liqasının mandatı altında Avstraliyanın tabeçiliyinə verilir. 8 mart 1942-ci ildə yaponlar Lae və Salamaua şəhərlərinin yerləşdiyi Yaom körfəzinə qoşun çıxardaraq Vityaz boğazını və Dampiri nəzarətə alırlar. 1943-cü ilin dekabrında ABŞ qüvvələri boğaza nəzarəti ələ keçirir. Hazırda isə bölgə Papua-Yeni Qvineyanın ərazisidir.
Mənbə
Həmçinin bax