Kildinski boğazı (rus. Килдинский пролив)- Barens dənizində yerləşən Kildin adasını Kola yarımadasından ayırır. Uzunluğu 19 km, eni 0.7–4 km arası dəyişir. Dərinliyi 142 m təşkil edir. Mərkəz hissədə 14 m dərinliyə malik dayazlıq vardır. Sahilində Priqonnıy, Koroviy, Maqilnıy (Kildin adası) və Toporkova Paxta, Cevray (Kola yarımadası) burnuları vardır. Cənub hissədə Kopenkol və Puçi, şimalda Moqilnıy buxtası yerləşir. Boğaza Zarubıxa və Çörpaya çayları axır. Boğaz adını eyni adlı adanın adından götürmüşdür. Burada Şərqi və Qərbi Kildin yaşayış məntəqələri vardır. Ərazi ilk dəfə Loqann van Kelinin tərtib etdiyi 1682-ci il xəritəsində öz əksini tapmışdır. Murmansk[1] vilayyətinin ərazisində yerləşir.
İstinad
- ↑ "Мunipispalnıy rayonu". 2009-11-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-13.