Kostin Şar boğazı (rus. Костин Шар ) - Mejduşarski adasını Qusinaya yarımadasından (Yeni Torpaq arxipelaqı) ayırır. Şimal Buzlu okeanına daxil olan Barens dənizi akvatoriyasında yerləşir. Boğazın uzunluğu 100 km, eni 3,5–6 km, dərinliyi 48 m təşkil edir. Sahilləri yüksəkdir və bəzi yerlərdə sıldırımlıdır. İlin böyük qismi buzla örtülü olur. Sahillərində Yujnıy, Qusinıy Nos, Lile, Başmaçnıy nos, Cornıy (Cənub adası), Kostin Nos, Klyuv, Şordovski, Krestovıy burunları vardır. Boğaz daxilində Beluşya, Roqeçeva, Taynaya, Propovskaya, Nerpıy və Başmaçkaya adaları vardır. Boğazda Kruqlıy, Timofeyeva, Sobaçıy və Yarseva körfəzləri vardır. Burada Beluşya Quba qəsəbəsi yerləşir. Ərazi Arxanqelsk vilayətində yerləşir.
Mənbə