Corc Bernard Şou

Corc Bernard Şou
ing. George Bernard Shaw
Doğum adı George Bernard Shaw
Doğum tarixi 26 iyul 1856(1856-07-26)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 2 noyabr 1950(1950-11-02)[3][1][…] (94 yaşında)
Vəfat səbəbi böyrək çatışmazlığı[d]
Təhsili
  • Dram İncəsənəti üzrə Kral Akademiyası[d]
Fəaliyyəti dramaturq
Fəaliyyət illəri 1880-ci ildən
Əsərlərinin dili ingilis dili
Janr satira
Tanınmış əsərləri
Üzvlüyü
  • Kral Ədəbiyyat Cəmiyyəti[d]
Mükafatları Ən yaxşı uyğunlaşdırılmış ssenariyə görə "Oskar" mükafatı
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Corc Bernard Şou (ing. George Bernard Shaw; 26 iyul 1856[1][2][…], Dublin[3][4]2 noyabr 1950[3][1][…]) — irland əsilli tanınmış Böyük Britaniya yazıçısı, dramaturq, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1925), ictimai xadim (sosialist-fabianist — ingilis yazısının islahatları tərəfdarı), Uilyam Şekspirdən sonra ingilis teatrının ən məşhur dramaturqu.

Corc Bernard Şou həm "Nobel"in pul mükafatından imtina etmişdir (amma laureatlara verilən medalı qəbul etmişdir; sonralar bu addımı Boris PasternakJan-Pol Sartr da atmışlar).

Həyatı

İrland dramaturqu, musiqişünas və tənqidçidi Corc Bernard Şou Dublində doğulmuşdur. Janr və forma baxımından seçilən 60-dan çox pyesin müəllifidir. Yaradıcılığında sosial mövzulara daha çox diqqət yetirmişdir.

Bernard Şounun atası əvvəlcə dövlət qulluğunda çalışmışdı. Ardınca uğursuz ticarətə qurşanmış, sonda isə həyatını içki düşkünü kimi başa vurmuşdu. Anası müəyyən istedaddan məhrum olmayan həvəskar musiqiçi idi. Şou ailəsi əsl-nəcabətli sayılsa da, ehtiyac onlardan yan keçməmişdi. Nəticədə Bernard kilsə məktəbini bitirəndən sonra — 15 yaşından işləməyə başlamışdı. Əslində təhsil ona heç nə verməmişdi. Özünün də etiraf etdiyi kimi daha çox oxuduğu kitabların — Şekspirin, Dikkensin əsərlərinin, "Min bir gecə" nağıllarının, İncilin təsiri altında formalaşmışdı. Anasının və ailənin dostu, dirijor Con Linin təşviqi ilə erkən yaşlarından musiqi ilə maraqlanmış, fortepiano ifaçılığı sənətinə yiyələnmişdi.

Ərindən boşanıb Londona köçən missis Şounun ardınca 1876-cı ildə Bernard da Britaniya paytaxtına gəlmişdi. O, gələcəyini ədəbiyyatda görürdü. Pedant dəqiqliyi ilə hər gün mütləq beş səhifə yazırdı. Həm də qəzetlərdə musiqi tənqidçisi kimi məqalələri çap olunurdu. Lakin ilk beş romanından heç birini nəşr etdirə bilmədiyindən çox vaxt anasının cüzi gəlirlərindən asılı qalırdı.

Ailəsinin vəziyyətinin ağırlığı və cəmiyyətdəki qeyri-bərabərlik Şounun sosializm ideyaları ilə maraqlanmasına zəmin yaratmışdı. 1884-cü ildə o, ingilis sosialistlərinin Fabian cəmiyyətinə üzv olmuşdu. 27 il bu cəmiyyətin sıralarında çalışan məşhur dramaturq sosial məsələlərlə bağlı bir neçə broşür yazmış və dəfələrlə Londonun fəhlə rayonlarında mühazirələrlə çıxış etmişdi.

Dram yaradıcılığına başlamamışdan əvvəl Bernard Şou 1885–1890-cı illərdə Londonun "Uorld", "Star" kimi populyar qəzetlərinin teatr və musiqi tənqidçisi olmuşdu. İngilis şairi U. Oden onu "bəlkə də bütün zamanların ən yaxşı musiqi tənqidçisi" adlandırmışdı.

Teatrşünas kimi guşə apardığı "Saterdey revyu" qəzetində Şou realist dramlar və İbsen yaradıcılığı haqqında məqalələrlə çıxış edirdi. Onun "İbsenizmin mahiyyəti" kitabçası (1891) həmin dövrdə Avropada populyar olan Norveç sənətkarı haqqında ingilis dilində ilk ciddi tədqiqat əsəri idi.

Məhz bu əsərin təsiri ilə İbseni ingilis səhnəsində tamaşaya qoyan rejissor T. Qreyn Şounun özünü pyes yazmağa təşviq etmişdi. Lakin müəllifin ilk dram əsərinin –"Dul qadının evi" (1892) pyesinin səhnə taleyi uğurlu olmamışdı. İkinci tamaşadan sonra əsər repertuardan çıxarılmışdı. Sonrakı altı ildə Şou 9 pyes yazsa da, onlara yaxın duran tapılmamışdı. İngilis fahişələri haqqındakı "Missis Uorrenin peşəsi" pyesi isə, ümumən, senzura qadağası ilə üzləşmişdi.

Şounu dramaturq kimi tanıdan ilk əsəri 1897-ci ildə ABŞ-də tamaşaya qoyulan "Şeytanın şagirdi" pyesi oldu. Müəllif vətəni Britaniyadan əvvəl Amerikada şöhrət qazandı. 1898-ci ildə o, əsərlərinin iki cildliyini "Xoşa gələn və xoşa gəlməyən" pyeslər" adı altında çap etdirmiş, nəhayət, Fabian cəmiyyətinin üzvü olan irland sosialisti Şarlotta Peyn Tausendlə ailə qurmuşdu. Onlar yarım əsr birlikdə yaşamışdılar. Ancaq övladları olmamışdı.

"Şeytanın şagirdi"nin ardınca müəllifin 1903-cü ildə "Kandid" pyesi də ABŞ səhnəsində göstərilmişdi. Növbəti ildə isə Londonun Kort teatrında oynanılan "Con Bullun başqa adası" pyesi böyük rəğbətlə qarşılandı. Deyilənə görə tamaşaçıların arasında olan ingilis kralı VII Edvard o qədər gülmüşdü ki, altındakı kreslo sınmışdı… 1904–1907-ci illərdə Kort teatrında göstərilən 988 tamaşanın 701-i Bernard Şoununu pyesləri əsasında hazırlanmışdı. Bu əsərlərin sırasına müəllifin "Kandid", "Yaşayarıq, görərik", "İnsan və fövqəlinsan", "Mayor Barbara", "Həkim dilemma qarşısında" kimi biri-birindən fərqli pyesləri daxildi. O, həqiqətən də, qısa müddətdə ürəklərə və beyinlərə hakim kəsilməyi bacarmışdı.

Birinci Dünya müharibəsinin başlanması ilə Şou populyarlığını sürətlə itirdi. Buna yazıçının "Nyu steytsmen" jurnalındakı "Müharibə sağlam ağıl baxımından" adlı böyük oçerki səbəb olmuşdu. Həmin yazıda Şou münasibətləri hərbi yolla aydınlaşdırmağa çağıran İngiltərə və Almaniyanı kəskin tənqid etmiş, beyinləri dumanlanan patriotları ələ salmışdı. 1916-cı ildə İrlandiya üsyanını dəstəkləməsi də onu istəməyənlərin sayını artırmışdı. Şounu Dramaturgiya klubunun üzvlüyündən çıxarmışdılar, mətbuatda haqqında kəskin, təhqiramiz yazılar dərc edilirdi.

Şou isə heç nə olmamış kimi yaradıcılığı ilə məşğul idi. Müharibə ərəfəsində yazdığı populyar səhnə əsərlərindən olan "Piqmalion" (1914) pyesində o, zəngin təbəqənin davranış və ədalarını amansızlıqla ələ salmışdı. Sonralar bu pyesin motivləri əsasında bu gün də ABŞ və Avropa səhnələrindən düşməyən "Mənim gözəl ledim" müzikli (1956) hazırlanmışdı.

Bütün təzyiqlərə baxmayaraq, Şou müharibəyə münasibətdə barışmaz mövqeyindən geri çəkilməmişdi. "Ürəklərin qırıldığı ev" (1921) tragikomediyasında müəllif günahsız insan qanı axıdılması üçün məsuliyyət daşıyan nəslin mənəvi cəhətdən necə miskinləşdiyini, tənəzzülə uğradığını ustalıqla açıb göstərilmişdi. "Mafusailə doğru" (1922) əsərini isə Şou pyes-diskussiya kimi qələmə almışdı. Ümumiyyətlə, yaradıcılıq həyatının son illərində Şou ənənəvi realizmdən müəyyən qədər uzaqlaşmış, bədii forma və mətn üzərində bir sıra cəsarətli eksperimentlər aparmaqdan çəkinməmişdi.

Siyasi və sosial-mənəvi həyatın satirik mənzərələrini yaradan, dilinin itiliyi və acılığı ilə şöhrət tapan Şou yalnız bir dəfə ədəbi ənənəsinə xilaf çıxmışdı. O, Fransa milli qəhrəmanı Janna d`Arkın simasında yeni mövzu və qəhrəman tapmış, ilk və son faciə əsərini — "Müqəddəs İonna" dramını (1924) yazmışdı.

1925-ci ildə Bernard Şou "idealizm və humanizmlə səciyyələnən yaradıcılığına, əksər hallarda müstəsna poetik gözəlliklə müşayiət olunan sirayətedici satirasına görə" Nobel mükafatı laureatı olmuşdu. Şou həyatdakı bir çox şeylər kimi Nobel mükafatına da müəyyən istehza ilə yanaşırdı. Hətta bir dəfə demişdi ki, "dinamiti kəşf etdiyinə görə bəlkə də Alfred Nobelin təqsirindən keçmək olardı. Amma Nobel mükafatını yalnız bəşəriyyətin düşməni olan bir adam təsis edə bilərdi". İstənilən halda, İsveç Akademiyası seçimini etmiş, qərarını vermişdi. İsveç ədəbiyyatşünası Per Halsterm pyeslərinə yazdığı dərin məzmunlu müqəddimələrə görə Bernard Şounu "bizim günlərin Volteri" adlandırmışdı.

Dramaturq isə əvvəlcə mükafatdan imtina etmək istəyirdi. Lakin xanımı Nobel ödülünün onun şəxsində İrlandiyaya verildiyinə inandırandan sonra qərarını dəyişmişdi. Bernard Şou hər cür təmtərağın əleyhdarı olduğundan təqdimat mərasimində iştirakdan boyun qaçırmışdı. Mükafatın pul hissəsini isə İsveç ədəbiyyatını ingilis dilinə tərcümə etmək üçün fondun yaradılmasına ayırmışdı.

1938-ci ildə "Piqmalion" pyesinin motivləri əsasında çəkilən filmə görə Şou həm də Oskar almışdı. Beləliklə indiyə qədər o, ədəbiyyat və incəsənət sahəsində hər iki məşhur mükafata layiq görülən ilk sənət adamıdır.[5][6]

Şou dünyanın bir sıra ölkələrində, o cümlədən keçmiş SSRİ-də olmuş, Stalinlə görüşmüşdü. Bəzi Qərb intellektualları kimi o da sovet rejiminin mahiyyətinə varmadan SSRİ-nin müdafiəçisi kimi çıxış etmişdi.

Şou yaradıcılığının mühüm hissəsini müəllifin epistolyar irsi təşkil edir. O, uzun və məhsuldar həyatı boyu 250 mindən çox məktub yazmışdı. Bu məktublarda ciddi ictimai-siyasi məsələlərə, ölkə və dünya miqyasında gedən proseslərə, ədəbiyyat, teatr və sənət məsələlərinə münasibət öz əksini tapmışdı.

Bernard Şou yalnız fiziki deyil, əqli uzunömürlülüyü ilə də özünəməxsus rekord qazanmışdı. O, son səhnə əsərini — "Bayandın milyardları" pyesini 92 yaşında tamamlamışdı. Həyatının sonuna qədər bu yorulmaz irlandiyalı bəzən əndazəsini aşan yumor hissini, iti ağlını, ən gözlənilməz fikir və mülahizələrə dərhal və hazırcavablıqla reaksiya vermək bacarığını qoruyub saxlamışdı.

İstinadlar

  1. 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 Bernard Shaw (nid.).
  3. 1 2 3 4 Шоу Джордж Бернард // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  4. 1 2 Catalog of the German National Library (alm.).
  5. "Corc Bernard Şou". 2024-07-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-29.
  6. Peters, 1998. səh. 257

Mənbə

  • Vilayət Quliyev. Ədəbiyyat sahəsində Nobel mükafatı laureatları. Bakı: "Kitab aləmi" Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2009, səh.

Xarici keçidlər

Read other articles:

Political party in Jammu and Kashmir This article includes a list of general references, but it lacks sufficient corresponding inline citations. Please help to improve this article by introducing more precise citations. (November 2016) (Learn how and when to remove this template message) Indian political party Jammu and Kashmir National Conference AbbreviationJKNC (National)PresidentFarooq AbdullahFounded15 October 1932 (91 years ago) (1932-10-15)[1]Merger ofAll Jam...

 

Piala Negara Eropa 1960UEFA Championnat Européen du FootballFrance 1960Berkas:UEFA Euro 1960 logo.svgUEFA Euro 1960 official logoInformasi turnamenTuan rumahPrancisJadwalpenyelenggaraan6 Juli – 10 JuliJumlahtim peserta4Tempatpenyelenggaraan2 (di 2 kota)Hasil turnamenJuara Uni Soviet (gelar ke-1)Tempat kedua YugoslaviaTempat ketiga CekoslowakiaTempat keempat PrancisStatistik turnamenJumlahpertandingan4Jumlah gol17 (4,25 per pertandingan)Jumlahpenonton78.958...

 

تفتقر سيرة هذه الشخصية الحيّة إلى الاستشهاد بمصدر موثوق به يمكن التحقق منه. فضلاً، ساهم في تطويرها من خلال إضافة مصادر موثوقة. في سير الأحياء، يُزال المحتوى فوراً إذا كان من غير مصدر يدعمه أو إذا كان المصدر المُستشهد به مشكوكاً بأمره. (مارس 2016) مايكل تشيكلس معلومات شخصية اسم...

Artikel ini sebatang kara, artinya tidak ada artikel lain yang memiliki pranala balik ke halaman ini.Bantulah menambah pranala ke artikel ini dari artikel yang berhubungan atau coba peralatan pencari pranala.Tag ini diberikan pada Februari 2023. Ebola Fighters adalah sebuah seri drama militer Tiongkok tahun 2021 tentang perjuangan melawan virus Ebola pada tahun 2014. Seri tersebut menampilkan Luo Jin, Rachel Momo, Xu Ya Jun, Liu Tian Zuo, Li Ning, dan Wu You. Seri tersebut tayang di WeTV, iQi...

 

This article includes a list of general references, but it lacks sufficient corresponding inline citations. Please help to improve this article by introducing more precise citations. (May 2017) (Learn how and when to remove this template message) Battle of Delaware BayPart of the American Revolutionary WarThe Hyder Ally engaging HMS General MonkDateApril 8, 1782Locationoff Cape May, New Jersey, Cape May, Delaware Bay, Atlantic OceanResult U.S. victoryBelligerents  United States  Gre...

 

American college football season 1986 LSU Tigers footballSEC championSugar Bowl, L 15–30 vs. NebraskaConferenceSoutheastern ConferenceRankingCoachesNo. 11APNo. 10Record9–3 (5–1 SEC)Head coachBill Arnsparger (3rd season)Offensive coordinatorEd Zaunbrecher (3rd season)Home stadiumTiger StadiumSeasons← 19851987 → 1986 Southeastern Conference football standings vte Conf Overall Team W   L   T W   L   T No. 10 LSU $ 5 –...

American politician Michael H. JenksMember of the U.S. House of Representativesfrom Pennsylvania's 6th districtIn officeMarch 4, 1843 – March 3, 1845Preceded byRobert RamseySucceeded byJacob Erdman Personal detailsBorn(1795-05-21)May 21, 1795Bridgetown Mills, PennsylvaniaDiedOctober 16, 1867(1867-10-16) (aged 72)Newtown, Bucks County, PennsylvaniaPolitical partyWhig Michael Hutchinson Jenks (May 21, 1795 – October 16, 1867)[1] was a Whig member of the U.S...

 

Vito VolterraVito VolterraLahir(1860-05-03)3 Mei 1860Ancona, Negara GerejaMeninggal11 Oktober 1940(1940-10-11) (umur 80)Roma, Kerajaan ItaliaKebangsaanItaliaAlmamaterUniversitas PisaDikenal atasTeori persamaan integral Persamaan Lotka–VolterraPenghargaanForMemRS[1]Karier ilmiahBidangMatematikaInstitusiUniversitas TorinoPembimbing doktoralEnrico BettiMahasiswa doktoralPaul LévyJoseph Pérès Profesor Vito Volterra KBE FRS(For) HFRSE (/voʊlˈtɛrə/, bahasa Italia: [ˈviː...

 

2015 Indian filmThe Fourth DirectionFilm poster.Directed byGurvinder SinghWritten byWaryam Singh SandhuGurvinder SinghBased onChauthi Koot and Hun Main Theek-Thaak Haanby Waryam Singh SandhuProduced byKartikeya Narayan SinghStarringSuvinder VickyRajbir KaurKanwaljit SinghHarnek AulakhGurpreet BhanguCinematographySatya Rai NagpaulEdited byBhupesh 'Micky' SharmaMusic byMarc MarderProductioncompaniesThe Film Café NFDCRelease dates May 15, 2015 (2015-05-15) (Cannes Film Festiv...

Artikel ini sebatang kara, artinya tidak ada artikel lain yang memiliki pranala balik ke halaman ini.Bantulah menambah pranala ke artikel ini dari artikel yang berhubungan atau coba peralatan pencari pranala.Tag ini diberikan pada Januari 2023. Heksaklorofen Heksaklorofen merupakan suatu bisfenol terpoliklorinatsi.[1] Heksaklorofen digunakan untuk membersihkan kulit dan mencegah penyebaran infeksi.[2] Heksaklorofen juga dapat digunakan untuk kondisi lain yang ditentukan oleh d...

 

This is the discography of Dutch country pop singer Ilse DeLange. Albums Studio albums Title Details Peak chart positions Certifications NL[1] BEL[2] World of Hurt Released: 1998 Label: Warner Bros. Records Format: Digital download, CD 1 17 NVPI: 5× Platinum[3] Livin' on Love Released: 2000 Label: Warner Elektra Atlantic Format: Digital download, CD 5 36 NVPI: Platinum[3] Clean Up Released: 1 April 2003 Label: Warner Music Format: Digital download, CD 1 31 NVP...

 

1985 studio album by MarinellaI Agapi MasStudio album by MarinellaReleased26 February 1985 (Greece)RecordedAthens, studio Polysound, studio All SoundGenreWorld music, folk, blues, modern LaikaLength43:02LanguageGreekLabelPolyGram Greece, PhilipsProducerPhilippos PapatheodorouMarinella chronology Megales Stigmes(1984) I Agapi Mas(1985) Mia Nihta(1986) I agapi mas (Greek: Η αγάπη μας; Our love) is a studio album by popular Greek singer Marinella. It was released on 26 February&...

Cartoon after the SA-Scotland match in 1906 The national rugby union teams of Scotland and South Africa (the Springboks) have been playing each other in Test rugby since 1906, and as of November 2021, they have met in 28 Test matches. Their first meeting was on 17 November 1906, and was won 6-0 by Scotland and their most recent match was on 10 September 2023 at the 2023 Rugby World Cup, and was won 18-3 by South Africa. South Africa have won the majority of games played between the two sides,...

 

Fictional character from The Walking Dead Fictional character SimonThe Walking Dead characterSimon, as portrayed by Steven Ogg in the television series.First appearanceLast Day on Earth (2016; The Walking Dead)Last appearanceEverybody Wins a Prize (2023; Dead City)Created byScott M. GimpleMatthew NegretePortrayed bySteven OggIn-universe informationAliasLead SaviorOccupationMortgage BrokerSecond-in-Command of the SaviorsHead of the Satellite OutpostDe Facto Leader of the Saviors Simon (also kn...

 

Japanese manga series Kūya Shōnin ga ItaTankōbon volume cover空也上人がいた NovelWritten byTaichi YamadaPublished byAsahi Shimbun PublicationPublishedApril 7, 2011 MangaWritten byTaichi YamadaIllustrated byHideki AraiPublished byShogakukanImprintIkki ComixMagazineMonthly IkkiDemographicSeinenOriginal runOctober 25, 2013 – August 25, 2014Volumes1 Kūya Shōnin ga Ita (空也上人がいた) is a Japanese manga series, based on Taichi Yamada's novel of the s...

Larisa Stepanovna RatushnayaNama asalЛариса Степановна РатушнаяLahir9 Januari 1921Tyvrob, Provinsi Vinnytsia, Kegubernuran PodoliaMeninggal18 Maret 1944Vinnytsia, SSR UkrainaKebangsaan Uni SovietPenghargaanPahlawan Uni SovietOrdo Lenin Larisa Ratushnaya (bahasa Rusia: Лариса Ратушная; 9 Januari 1921 – 18 Maret 1944) adalah seorang partisan Soviet dan pejuang pemberontakan bawah tanah. Ia secara anumerta dianugerahi gelar Pahl...

 

Эту страницу предлагается переименовать в «Британская территория в Индийском океане».Пояснение причин и обсуждение — на странице Википедия:К переименованию/27 февраля 2023. Пожалуйста, основывайте свои аргументы на правилах именования статей. Не удаляйте шаблон до под...

 

Not to be confused with Giant sea catfish. Species of fish Giant catfish Scientific classification Domain: Eukaryota Kingdom: Animalia Phylum: Chordata Class: Actinopterygii Order: Siluriformes Family: Ariidae Genus: Netuma Species: N. thalassina Binomial name Netuma thalassina(Rüppell, 1837) Synonyms[1] Arius thalassinus (Rüppell, 1837) Arius nasutus Valenciennes, 1840 Arius andamanensis Day, 1871 Arius serratus Day, 1877 Ariodes aeneus Sauvage, 1883 Bagrus thalassinus Rüppel...

54°59′56″N 1°25′44″W / 54.99889°N 1.42889°W / 54.99889; -1.42889 2013 South Shields by-election ← 2010 2 May 2013 2015 → The South Shields seat in the House of Commons.Triggered by vacation of seat by incumbentTurnout39.3%   First party Second party   Candidate Emma Lewell-Buck Richard Elvin Party Labour UKIP Popular vote 12,493 5,988 Percentage 50.4% 24.2% Swing 1.6% New party   Third party Fourth party   Cand...

 

Peta infrastruktur dan tata guna lahan di Komune Beaumont-en-Verdunois.  = Kawasan perkotaan  = Lahan subur  = Padang rumput  = Lahan pertanaman campuran  = Hutan  = Vegetasi perdu  = Lahan basah  = Anak sungaiBeaumont-en-Verdunois merupakan sebuah desa dan komune di département Meuse di timurlaut Prancis. Sejak akhir Pertempuran Verdun tahun 1916, wilayah ini tidak lagi ditempati (jumlah penduduk resmi: 0) bersama dengan Bezonvaux, Haumont-près-Samog...

 

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!