Karl Adolf Gellerup

Karl Adolf Gellerup
dan. Karl Adolph Gjellerup
Doğum tarixi 2 iyun 1857(1857-06-02)[1][2][…]
Vəfat tarixi 11 oktyabr 1919(1919-10-11)[3][4][…] (62 yaşında)
Fəaliyyəti şair, yazıçı, romançı, dramaturq
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Karl Adolf Gellerup (dan. Karl Adolph Gjellerup; 2 iyun 1857[1][2][…]11 oktyabr 1919[3][4][…]) — danimarkalı şair və yazıçı, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1917). Bəzi əsərlərini "Epiqonos" təxəllüsü ilə çap etdirib.

Həyatı

Həmvətəni Henrik Pontoppidanla 1917-ci ildə ədəbiyyat sahəsində Nobel mükafatını bölüşən Karl Gellerup lüteran keşişi ailəsində doğulmuşdu. Üç yaşında atasını itirdiyindən ana qohumu, ruhani, teoloq və şair Yuhans Fibigerin evində böyümüş, onun nüfuz və təsirini öz üzərində hiss etmişdi. Yaradıcılığa məktəb illərində başlamışdı. 17 yaşında ikən antik ədəbiyyatın təsiri altında "Afrikalı Stsipion" və "Armini" dramlarını yazmışdı. Lakin sonralar bəlli səbəblərdən bu ilk qələm təcrübələrinin çapı haqqında düşünməmişdi.

Təhsilini Kopenhagen universitetinin ilahiyyat fakültəsində almışdı. Burada ilk dəfə Darvin təlimi və Georq Brandesin radikal ədəbiyyat nəzəriyyələri ilə tanış olmuşdu. Nəticədə dinə inamı sarsılmış və ilahiyyat fakültəsini bitirsə də (1878) universiteti ateist kimi tərk etmişdi. Fikri inkişafında alman ədəbi-fəlsəfi fikrinin Höte, Kant, Şiller kimi nümayəndələri müstəsna rol oynamışdı.

Universiteti bitirən il Epiqon təxəllüsü ilə çap etdirdiyi kiçik "İdealist" romanı ilk mətbu əsəri idi. Avtobioqrafik səciyyəli "Almanların tələbəsi" romanında (1882) Gellerup öz timsalında dini inancla bağlı böhran yaşayan gəncin həyatını təsvir etmişdi. Yazıçının xanımı alman idi. O özü də germanofil kimi tanınırdı. Odur ki, soldan və sağdan tənqidlərə məruz qalırdı. Nəticədə 1892-ci ildə Gellerup əvvəllər bir müddət yaşadığı Drezdenə köçmüş, alman kimi naturallaşmış və doğma Danimarka dilindən imtina edərək bir sıra əsərlərini "həqiqi özünüifadə vasitəsi" adlandırdığı alman dilində qələmə almışdı.

Yazıçının Danimarka həyatından və cəmiyyətindən uzaqlaşması əslində 80-ci illərin ortalarından başlamışdı. O, Georq Brandesin radikal ədəbi hərəkatı ilə əlaqələrini kəsmiş, antik ədəbiyyat ənənələrini və alman klassisizmini çağdaş naturalizmdən daha üstün tutduğunu açıq şəkildə bəyan etmişdi.

"Brunxild" mənzum dramı (1884) və "Tamir" (1886) poeması ilə Gellerup ölkəsinin tanınmış ədəbi simaları arasında öz yerini tutmuşdu. Bu əsərlərinə görə Danimarka hökuməti ona ömürlük təqaüd təyin etmişdi.

XIX əsrin 90-cı illərində Gellerup yunan faciəsi ənənələrindən uzaqlaşaraq İbsen ədəbi məktəbinə — mövcud reallıqların təsvir edən əsərlərə üz tutmuşdu. Məktəb müəlliminin cavabsız məhəbbəti və intiharı haqqındakı "Qerman Bandel" (1891), dağ kəndindən olan sevgililərin faciəsindən bəhs edən "Vutorn" (1893), hökumət məmurunun riyakarlığından söz açan "Əlahəzrət" (1895) pyesləri müəllifin uğurlu realist əsərləri sırasına daxildir. Gellerup 90-cı illərdə yazdığı "Keşiş Mors" (1894) və "Dəyirman" (1896) romanlarının mövzusunu Danimarka həyatından götürsə də, onları artıq alman ədəbiyyatı nümunələri sayırdı.

Karl Adolf Gellerupun Drezdendə yaşadığı ev — "Villa Baldur"

İki əsrin qovşağında Gellerup Şopenhauerin və Budda təliminin təsiri altına düşmüşdü. Müəllifin "Qurbanlıq alovları" pyesi (1903) Qautama Buddanın həyatından bəhs edirdi. "Kamanitanın zəvvarlığı" (1906) romanında isə Budda dövründə bir hind taciri oğlunun öz ölümü ilə reinkarnasiya mərhələsindən keçərək nirvanaya qovuşması təsvir olunurdu.

Danimarkalı müəlliflər — Gellerup və Pontopiddonun 1917-ci ildə Nobel mükafatı alması onların əsərlərinin bədii məziyyətlərinə, yaxud özlərinin Avropa ədəbiyyatının seçkin nümayəndələri olmalarına deyil, daha çox siyasi mülahizələrə əsaslanırdı. İsveç neytral ölkə kimi qalsa da, onun Almaniyaya yaxınlığı heç kimdə şübhə doğurmurdu. Danimarka, İsveç və Norveç krallarının görüşündə Skandinaviya birliyini daha da möhkəmləndirmək qərara alınmışdı. Ona görə də İsveçin neytral mövqeyini və Danimarka ilə dostluq münasibətlərini bir daha nümayiş etdirmək üçün İsveç Akademiyası qonşu ölkənin iki yazıçısına Nobel mükafatı verməyi qərara almışdı. Gellerup mükafata "poetik yaradıcılığının çoxtərəfliliyinə və yüksək ideallarına görə! layiq bilinmişdi. Əvvəlki illərdəki kimi 1917-ci ildə də müharibəyə görə təqdimat mərasimi keçirilməmişdi.

Karl Adolf Gellerupun Drezdendəki qəbri

Gellerup Nobel mükafatı alan ilk iki danimarkalıdan biri olsa da, bu yazıçının tarixi vətənində heç bir coşqu və entuziazm doğurmamışdı. Çünki onu artıq çoxdan alman yazıçısı, alman ədəbiyyatının nümayəndəsi hesab edirdilər.

Nobel laureatı kimi yalnız iki il yaşayan Gellerup vəfat etdiyi 1919-cu ildə hər cəhətdən yeni olan son əsərini — "Ən müqəddəs heyvan" satirik roman-pamfletini tamamlamışdı. Əsərdə "məşhur heyvanların" – Kleopatranı çalan ilanın, Odisseyin iti Arqosun, Hindistandan müqəddəs inək Visvamitranın, İsa peyğəmbərin uzunqulağının, hökmdar və sərkərdələrin atlarının öləndən sonra bir araya gəlmələri və aralarından "ən müqəddəs heyvanı" seçmək üçün mübahisələri təsvir olunur. Nəticədə Buddanın atı Kantaka bu ada sahib çıxır, lakin nirvanaya qovuşa bilmir.

Karl Adolf Gellerup müasir dövrdə özünün hər iki vətənində — Danimarka və Almaniyada az tanınan yazıçılar sırasına daxildir.

İstinadlar

  1. 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 Karl Gjellerup // Internet Speculative Fiction Database (ing.). 1995.
  3. 1 2 Arkiv for Dansk Litteratur - Karl Gjellerup.
  4. 1 2 Karl Adolph Gjellerup (ing.). Nobel Foundation.

Mənbə

  • Vilayət Quliyev. Ədəbiyyat sahəsində Nobel mükafatı laureatları. Bakı: "Kitab aləmi" Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2009, səh.

Xarici keçidlər

Həmçinin bax

Read other articles:

Iskak TjokroadisurjoMenteri Perdagangan Indonesia ke-10Masa jabatan30 Juli 1953 – 12 Agustus 1955PresidenSoekarnoPerdana MenteriAli SastroamidjojoPendahuluSumanangPenggantiIgnatius Joseph Kasimo HendrowahyonoMenteri Dalam Negeri Indonesia ke-10Masa jabatan27 April 1951 – 3 April 1952PresidenSoekarnoPerdana MenteriSukiman Wirjosandjojo-SuwiryoPendahuluAssaatPenggantiMohamad RoemResiden Banyumas ke-1PresidenSoekarnoGubernurWongsonegoroWalikota Surakarta ke-...

 

See also: List of countries by wealth per adult This shows two lists by Allianz A.G and UBS. List of countries by mean net financial assets per capita by Allianz A.G. (2023) Net financial assets per capita (Euro), Allianz A.G. Global Wealth Report This list shows 57 countries with net financial assets per capita.[1] List by Allianz A.G. (2023) Rank Country Mean net financial assets per capita(EUR) 1  United States 253,450 2   Switzerland 238,780 3  Denmark 163,830 ...

 

Irish hurler For the Waterford player, see Eoin Kelly (Waterford hurler). Eoin Kelly Personal informationIrish name Eoin Ó CeallaighSport HurlingPosition Right corner-forwardBorn (1982-01-06) 6 January 1982 (age 41)Mullinahone, County Tipperary, IrelandHeight 5 ft 10 in (1.78 m)Nickname The Son of GodOccupation Bank officialClub(s)Years Club1997–present MullinahoneClub titlesTipperary titles 1Colleges(s)Years College Limerick ITCollege titlesFitzgibbon titles 1Inter-cou...

1985 studio album by Iron AngelHellish CrossfireStudio album by Iron AngelReleasedJuly 1985RecordedCaet Studio, Berlin, Germany, May 1985GenreSpeed metalLength41:19LabelSPV GmbHProducerHorst MullerIron Angel chronology Hellish Crossfire(1985) Winds of War(1986) Professional ratingsReview scoresSourceRatingAllMusic[1] Hellish Crossfire is the debut album by German speed metal band Iron Angel, released in 1985. Track listing Side - IronNo.TitleLyricsMusicLength1.The MetallianMat...

 

Naturschutzgebiet Kaltenberg IUCN-Kategorie IV – Habitat/Species Management Area Bild gesucht BWf1 Lage Lauda-Königshofen, Main-Tauber-Kreis, Baden-Württemberg, Deutschland Fläche 13 ha Kennung 1.106 WDPA-ID 82031 Geographische Lage 49° 32′ N, 9° 45′ O49.53994543459.753964402463Koordinaten: 49° 32′ 24″ N, 9° 45′ 14″ O Kaltenberg (Naturschutzgebiet) (Baden-Württemberg) Einrichtungsdatum 24. Septemb...

 

2014–15 concert tour by Sting and Paul Simon On Stage Together TourTour by Sting and Paul SimonPromotional poster for the tourStart date8 February 2014 (2014-02-08)End date18 April 2015 (2015-04-18)Legs3No. of shows52 Sting tour chronology Back to Bass Tour(2011–13) On Stage Together Tour(2014–15) Summer 2015 Tour(2015) The On Stage Together Tour was a concert tour by English musician Sting and American musician Paul Simon. The tour began on 8 February 2014...

South Korean TV series or program Forbidden LoveAlso known asTale of the Nine-Tailed Fox Fox with Nine TailsWritten byHwang Sung-yeon Lee Kyung-miDirected byKim Hyung-ilStarringKim Tae-hee Jo Hyun-jae Jun Jin Han Ye-seul Park Joon-seok Uhm Tae-woongMusic byKim Seon-minCountry of originSouth KoreaOriginal languageKoreanNo. of episodes16ProductionExecutive producerHong Sung-deokProducerJin Hyung-wookRunning timeMondays and Tuesdays at 21:50 (KST)Production companyPan EntertainmentOriginal ...

 

American soccer player (born 1995) Brianna Visalli Personal informationFull name Brianna Elizabeth Visalli[1]Date of birth (1995-04-17) April 17, 1995 (age 28)[2]Place of birth San Jose, California, United StatesHeight 5 ft 2 in (1.57 m)Position(s) MidfielderTeam informationCurrent team Aarhus GFYouth career CV Chilipeppers De Anza Force Valley Christian High SchoolCollege careerYears Team Apps (Gls)2014–2017 Pepperdine Waves[4] 83 (26)Senior care...

 

Arcade That Founded After Death of Robert Menzies For other uses, see Timezone (disambiguation). TimezoneTimezone c. 1978TypeSubsidiaryPredecessorMystery PinballFounded15 May 1978, 45 years agoPerth, Western AustraliaFounderMalcolm SteinbergHeadquartersSydney, AustraliaArea served Australia New Zealand India Singapore Vietnam Philippines Indonesia Malaysia (Defunct) ParentThe Entertainment and Education Group (TEEG)Websitewww.timezonegames.com Old Timezone logo Timezone Arcade Singapore in 20...

Type of shawl This article needs additional citations for verification. Please help improve this article by adding citations to reliable sources. Unsourced material may be challenged and removed.Find sources: Jamawar – news · newspapers · books · scholar · JSTOR (October 2015) (Learn how and when to remove this template message) A Jamawar shawl from the Mughal era Jamawar, or grown piece, is a special type of shawl made in Kashmir, India.[1] Ja...

 

Fresh water lake in ChinaWabu LakeWabu LakeCoordinates32°25′59″N 116°53′10″E / 32.43306°N 116.88611°E / 32.43306; 116.88611Lake typeFresh water lakeCatchment area800 km2 (310 sq mi)Basin countriesChinaMax. length37.3 km (23 mi)Max. width11.56 km (7 mi)Surface area163 km2 (100 sq mi)Average depth2.42 m (8 ft)Max. depth4.15 m (14 ft)Water volume394×10^6 m3 (13.9×10^9 cu...

 

بابلو بيكاسو، عازف القيثار المسن ٬ 1903 معهد الفن (شيكاغو) الفترة الزرقاء (بالإسبانية: Período Azul)‏ هو مصطلح يستخدم لتعريف الأعمال التي أنتجها الرسام الإسباني بابلو بيكاسو بين عامي 1901 و1904. وسميت بهذا الاسم بسبب اللون الأزرق ودرجاته الذي سيطر على جميع لوحاته خلال تلك السنوات. هذه...

هذه المقالة تحتاج للمزيد من الوصلات للمقالات الأخرى للمساعدة في ترابط مقالات الموسوعة. فضلًا ساعد في تحسين هذه المقالة بإضافة وصلات إلى المقالات المتعلقة بها الموجودة في النص الحالي. (مارس 2023) قطع العضلة معلومات عامة من أنواع بضع الجهاز العضلي الهيكلي  [لغات أخرى]‏&...

 

Thuircomune Thuir – Veduta LocalizzazioneStato Francia RegioneOccitania Dipartimento Pirenei Orientali ArrondissementPerpignan CantoneLes Aspres TerritorioCoordinate42°38′N 2°45′E / 42.633333°N 2.75°E42.633333; 2.75 (Thuir)Coordinate: 42°38′N 2°45′E / 42.633333°N 2.75°E42.633333; 2.75 (Thuir) Superficie19,87 km² Abitanti7 435[1] (2009) Densità374,18 ab./km² Altre informazioniCod. postale66300 Fuso orarioUTC+1...

 

Kiai HajiZainuddin MZ Informasi pribadiLahirZainuddin Hamidi(1952-03-02)2 Maret 1952Jakarta, IndonesiaMeninggal5 Juli 2011(2011-07-05) (umur 59)Jakarta, IndonesiaAgamaIslamPasanganSiti Kholilah, RostiatiAnakFikri Haikal MZ, M. Zaki MZ, Kiki MZ, Lutfi Manfaluti MZ, Dian Layalia MZ, Nur Hadi Akmal MZ, M. Syauqi MZPartai politikPartai Persatuan Pembangunan (1977–1982, 1998–2003)[1][2]Partai Bintang Reformasi (2003–2009)Partai Gerakan Indonesia Raya (2009–2011)Almamat...

هذه المقالة يتيمة إذ تصل إليها مقالات أخرى قليلة جدًا. فضلًا، ساعد بإضافة وصلة إليها في مقالات متعلقة بها. (مايو 2022) إرسان كيليش معلومات شخصية الميلاد 12 يناير 1987 (37 سنة)  الجنسية تركيا  تعديل مصدري - تعديل   إرسان كيليش (بالتركية: Ersan Keleş)‏ هو لاعب كرة الصالات  [لغات...

 

Cordillera del Viento Volcán DomuyoLocalización geográficaContinente AméricaCordillera Cordillera del VientoCoordenadas 39°49′40″S 69°20′20″O / -39.8278, -69.3389Localización administrativaPaís ArgentinaLocalización Provincia de Neuquén República ArgentinaCaracterísticas generalesAltitud 4.707 m s. n. m. (Volcán Domuyo)[editar datos en Wikidata] La Cordillera del Viento se encuentra situada en el norte de la Provincia del Neuquén, República Arg...

 

Demokratiindex 2022 Fullvärdiga demokratier   9.01–10   8.01–9 Demokratier med anmärkningar   7.01–8   6.01–7 Ingen data    Hybridregimer   5.01–6   4.01–5 Auktoritära regimer   3.01–4   2.01–3   0–2.00 Demokratiindex (engelska: Democracy Index) är ett index som sammanställs av The Economist genom dess dotterföretag Economist Intelligence Unit, vilka mäter tillståndet ...

2007 Thai filmLove of SiamTheatrical release posterDirected byChookiat SakveerakulWritten byChookiat SakveerakulProduced byPrachya PinkaewSukanya VongsthapatStarringSinjai PlengpanichSongsit RoongnophakunsriChermarn BoonyasakMario MaurerWitwisit HiranyawongkulKanya RattanapetchChanidapa PongsilpipatCinematographyChitti UrnorakankijEdited byLee ChatametikoolChukiat SakweerakulMusic byKitti KuremaneeProductioncompanyBaa-Ram-EweDistributed bySahamongkol Film InternationalRelease date November...

 

赤子のテーレポスを抱きかかえるヘーラクレース。前4世紀のギリシアの彫刻のローマ時代のコピー。バチカン美術館所蔵。 ギュスターヴ・モローの1872年の絵画『デーイアネイラ《秋》』。ゲティ・センター(en)所蔵。ネッソスに攫われるデーイアネイラを描いている。ネッソスはヘーラクレースに殺されるが、デーイアネイラは死の間際にネッソスから血を受け取る...

 

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!