Herbert Corc Uells (21 sentyabr1866[1][2][…] – 13 avqust1946[3][1][…], London[3][4]) — Dünyaların müharibəsi, Görünməz adam, Doktor Moronun adası və Zaman maşını adlı fantastik romanları ilə tanınan, amma demək olar ki, ədəbiyyatın hər şaxəsində bir çox əsər yazmış ingilis yazıçı. Sosialist olduğunu açıqca söyləyən H. G. Wellsin çox əsərində əhəmiyyətli ölçüdə siyasi və ictimai şərh edənlər vardır. Jül Vern kimi gələcəkdəki texnoloji inkişafları izah etdiyi kitablarıyla fantastik şaxənin qabaqcıllarından hətta, yaradıcılarından sayılır.
Uellsin fantastik romanlarında texnologiyanın müşahidə edilməsinin gətirəcəyi imkanlar bir kənara qoyulur. Uellsdə fərziyyə bir ədəbiyyat formasına çevrilir və texnologiyanın deyil, onun ictimai təməllərinin araşdırılmasına yönəlmiş bir ölçü qazanılır.
Uells yalnız fantastik içindəki utopiya əleyhdarı düşüncələrin müdafiəçisi olaraq bu növə damğasını vurmaqla qalmayıb, cəmiyyətin şiddət və çətin yoluyla, qədərindən sürətli bir müddət içində sosialist bir cəmiyyətə malik olmaq istəyirdi.