Sukarno 6 iyun 1901-ci ildə Surabae şəhərində anadan olub. Onun xəstə və zəif böyüməsini valideynləri adının uğursuz olamsı ilə bağlayıb və onun adını qədim hind eposu "Mahabharata" qəhrəmanı olan Karnonun adını qoyublar. Əhməd adı oğlanın ikinci adıdır.
Gənclik
Gənc Sukarno "Sarekat islam" (islam birliyi) hərəkatına qoşulub və bu hərəkatının liderinin — Çokroaminotonun evində dörd il yaşayıb. 1920-ci ildə Sukarno Ömar Səid Çokroaminotonun qızı Siti Oetari ilə evləndi. Bu illərdə o ilk siyasi dərslər almağa başladı.
Sukarno siyasətindən narazılıq
1960-cı illərin əvvəllərində İndoneziya iqtisadiyyatı ağır böhran keçirirdi. Çinlilərin, hollandların ölkədən qovulması, xarici iqtisadi əlaqələrin pozulması, korrupsiya və oğurluğun yayılması ticarət və nəqliyyat sisteminin işinin pozulmasına gətirib çıxardı. Müxtəlif siyasi qüvvələrin prezidentin siyasətindən narazılığı İndoneziyada daxili siyasi gərginliyə və qarşıdurma gətirib çıxardı ki, bu da çevrilişlə bitdi.
Ölümü
Sukarno hakimiyyətdən uzaqlaşdırıldıqdan sonra ev dustağı edilmişdi. Bundan sonra onda ürək xəstəliyi kəskinləşdi, daha da tez-tez ürək tutmaları olurdu. 1970-ci ilin yayında onun vəziyyəti get-gedə ağırlaşdı və iyulun 21-də səhər saatlarında vəfat etdi. Hakimiyyətdə olmamasına baxmayaraq, milyonlarla insan onun dəfn mərasiminə toplaşmışdı. Onun vəfatının doqquzuncu ildönümü təmtəraqlı təşkil edildi və xatirəsinə ucaldılmış abidənin təntənəli şəkildə açılışı oldu.
Soetedjo tərəfindən 1960-cı illərin əvvəllərində "Oentoek Paduka Jang Mulia Presiden Sukarno" (azərb. "Zati-aliləri Prezident Sukarno üçün") mahnısı yazılmışdı. Bu mahnı İndoneziyanın məşhur qadın solisti Lilis Suryaninin ifasında daha da populyarlaşdı.