Bizim küçə tammetrajlı bədii filmi rejissor Əlisəttar Atakişiyev[1] tərəfindən 1961-ci ildə ekranlaşdırılmışdır. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Lirik-psixoloji dramda müharibədə itkin düşmüş bir qızın-Saranın acı taleyindən bəhs olunur. Əsas rolları Rimma Məmmədova, Ətayə Əliyeva, Ağadadaş Qurbanov, Gündüz Abbasov və Giuli Çoxonelidze ifa edirlər.
Lirik-psixoloji dramda müharibədə itkin düşmüş bir qızın-Saranın (Rimma Məmmədova) acı taleyindən, qürbətdə başına gələn macəralardan, uzun axtarışlardan sonra xoş bir təsadüf nəticəsində anasına (Ətayə Əliyeva) qovuşmasından bəhs olunur.[2]