Əzizağa Qasımov

Əzizağa Qasımov
Əzizağa (Ağababa) Qasım oğlu Qasımov
Digər adı Ağababa Qasımov
Doğum tarixi 5 iyul 1928(1928-07-05)
Doğum yeri
Vəfat tarixi 18 fevral 1985(1985-02-18) (56 yaşında)
Vəfat yeri
Dəfn yeri
Milliyyəti azərbaycanlı
Vətəndaşlığı SSRİ SSRİ
Fəaliyyəti aktyor
Fəaliyyət illəri 1956–1985
Mükafatları "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1982
IMDb ID2957017

Əzizağa (Ağababa) Qasım oğlu Qasımov (5 iyul 1928, Bakı18 fevral 1985, Bakı) — Azərbaycan aktyoru, Azərbaycanın əməkdar artisti (1982), Azərbaycan Dövlət Musiqili Komediya Teatrının aktyoru.

Həyatı

Əzizağa Qasımov 1 iyun 1928-ci ildə Bakı şəhərində anadan olub. Əsl adı Ağababa idi, lakin oynadığı tamaşaların əksəriyyətinin afişasında və proqramlarında Əzizağa yazılıb.1936-cı ildə Bakı şəhəri 19 saylı məktəbin birinci sinfinə gedib. Yeddici sinfi bitirəndə ailəsinin ağır güzəranda yaşaması ilə əlaqədar işləyib, həmçini 4 saylı sənət məktəbində oxuyub.1946-cı ildə Bakı Teatr məktəbinə daxil olub. Ancaq Azərbaycan Dövlət Teatr İnstitutunun(indi ki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) açılması ilə əlaqədar olaraq 1948-ci ildə Teatr məktəbi bağlayıb. Əzizağa Qasımov Yüngül Sənaye Texnikumuna daxil olub və oranı 1951-ci ildə bitirib. Tələbə ola-ola Akademik teatrın yardım heyətində çıxış edib, Xalq artisti bəstəkar Cahangir Cahangirovun rəhbərlik etdiyi Azərbaycan Dövlət Radiosunun xorunda çıxış edib (1950–1953)

Oxumağa böyük həvəs göstərən Əzizağa Qasımov Bakı Sənaye-Pedaqoji Texnikumunu (indi ki Bakı Sənaye-Pedaqoji Kolleci) bitirən ili sənədlərini Bakı Musiqi Məktəbinin vokal şöbəsinə verib. Müsabiqədən və imtahanlardan uğurla keçib. Buranı uğurlu başa vuraraq 1955-ci ildə Azərbaycan Dövlət Konservatoriyasına (indi ki Bakı Musiqi Akademiyası) qəbul edilib.1956-cı ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrı (indi ki Azərbaycan Dövlət Musiqili Teatrı) müəyyən fasilədən sonra yenidən fəaliyyətə başlayanda kollektivin bədii rəhbəri Şəmsi Bədəlbəyli truppaya gənc vokalistləri dəvət edirdi. İkinci kursda oxuyan Əzizağa Qasımov teatrın aktyor truppasına solist dəvət olundu və ömrünün sonuna kimi bu kollektivlə çalışdı. Teatrda çalışdığı üçün təhsilini yarımcıq qoyub. Ə. Qasımov teatrda çalışa-çalışa bir müddət Əbilov adına klubda dram dərnəyinə rəhbərlik edib.

Əzizağa Qasımovun səs tembiri bariton idi, cingiltili və gur ahəngi ilə seçilirdi. Nəfəsi geniş, ləhcəsi aydın və ifadəli dinlənilirdi. O uzun illər bu teatrda həm mürəkkəb partiyaları oxuyub, həm də xarakterik rollar ifa edib. Əzizağa Qasımov teatr yaradıcılığı ilə yanaşı bir sıra kino və televiziya tamaşalarında da çəkilib.Azərbaycanfilmin istehsalı olan "Ulduz"(Əliş) "Musiqi müəllimi" (Coğrafiya müəllimi) "Qara qız"(Bəy) ekran əsərlərində kiçik rollara çəkilib.

Maraqlı yaradıcılıq bioqrafiyası yaratmış Əzizağa Qasımov 1982-ci ildə Azərbaycan SSR-nin Əməkdar artisti fəxri adı ilə təltif olunub[1].18 fevral 1985-ci ildə Bakıda vəfat edib və Yasamaldakı köhnə qəbiristanlıqda dəfn olunub.

Teatr sahəsindəki rolları

Vokal imkanları geniş olan səhnə personajları

  • 1. Süleyman və Rüstəm bəy — ("Arşın mal alan","O olmasın bu olsun" Üzeyir Hacıbəyli)
  • 2. Gülümsərov — ("Ulduz", Sabit Rəhman və Süleyman Ələsgərov)
  • 3. Nadir — ("Qızılgül", Məhərrəm Əlizadə və Soltan Hacıbəyov)
  • 4. Qaçay — ("Kəndimizin mahnısı", Kərim Kərimov və Zakir Bağırov, Ənvər Əlibəyli)
  • 5. Əsgər bəy və Səfər bəy — ("Hacı Qara yaxud Xəsis", M. F. Axundzadə, Şəmsi Bədəlbəyli, Vasif Adıgözəlov, Ramiz Mustafayev)
  • 6. Kamran — ("Qızılaxtaranlar", Həsən Seyidbəyli və Tofiq Quliyev, Zeynal Cabbarzadə)
  • 7. Kərim — ("Durna", Süleyman Rüstəm və Səid Rüstəmov)
  • 8. Professor — ("Toy kimindir?", Məhərrəm Əlizadə və Ağası Məşədibəyov)
  • 9. Sandro — ("Dağlar qoynunda", Ədil İsgəndərov və Əşrəf Abbasov)
  • 10. Knyaz Levan– ("Keto və Kote", Levon Cubabriya, Viktor Dolidze və Tələt Əyyubov)
  • 11. Hacı Soltan və Orduxan bəy – ("Evliykən subay","Əlli yaşında cavan" Zülfüqar Hacıbəyli)
  • 12. Poladov – ("Bizə bircə xal lazımdı", Qulamrza Cəmşidi, Əbülfəz Hüseyni, Telman Hacıyev)
  • 13. Məmmədhəsən əmi – ("Danabaş kəndinin əhvalatları", Cəlil Məmmədquluzadə, Cənnət Səlimova, Tofiq Quliyev)
  • 14. Qədim Qədimoviç – ("Nənəmin şahlıq quşu", Əliğa Kürçaylı və Vasif Adıgözəlov)

Daha çox yumorla işlənmiş, tipik məşət xarakterli səhnə personajları

  • 15. Göyüş – ("Toy kimindir?", Məhərrəm Əlizadə və Ağası Məşədibəyov)
  • 16. Kərim kişi — ("Durna", Süleyman Rüstəm və Səid Rüstəmov)
  • 17. Murtuzov və Səfər, xidmətçi ("Özümüz bilərik","Milyonçunun dilənçi oğlu" Şıxəli Qurbanov və Süleyman Ələsgərov)
  • 18. Nəriman və Məmməd – ("Rəisin arvadı" Məhərrəm Əlizadə və Süleyman Ələsgərov)
  • 19. Kəbleyi — ("Keçmiş məşiət səhnələri" Mirzə Ələkbər Sabir, Soldan Dadaşov və Vasif Adıgözəlov)
  • 20. Lətif kişi — ("Ləpələr", Əliağa Kürçaylı və Arif Məlikov)
  • 21. Balakişi – ("Axırı yaxşı olar", Rəfiq Zəka Xəndan və Ramiz Mustafayev)
  • 22. Hüseynəli — ("Beş manatlıq gəlin", Məmməd Səid Ordubadi və Səid Rüstəmov)
  • 23. Usta Əflatun ("Naznaz xanım naz edir", Məhərrəm Əlizadə və Nazim Əliverdiyev)
  • 24. Cənnətəli – ("Təzə gəlin" Seyfəddin Dağlı, Cahangir Cahangirov)
  • 25. Qəmərəli — ("Qonşumuzda bir oğlan var" Məhərrəm Əlizadə və Ramiz Mustafayev)
  • 26. Yekəpər — ("Boşanaq evlənək", Əliağa Kürçaylı və Vasif Adıgözəlov)
  • 27. Əlimərdan – ("Gözün aydın", Məhərrəm Əlizadə və Fikrət Əmirov)
  • 28. İsrafil — ("Lənət şeytana", Firudin Aşurov və Vasif Adıgözəlov)
  • 29. Bığlı kişi ("Seyindik qız axtarır", Şıxəli Qurbanov və Süleyman Ələsgərov)
  • 30. Məmmədəli– ("Həyətim mənim həyatım mənim" Cahangir Məmmədov, Əşrəf Abbasov)
  • 31. Fərrux kişi — ("Nəğməli könül" Xalidə Hasilova, Emin Sabitoğlu)
  • 32. Mərdan — ("Gurultulu məhəbbət", Salam Qədirzadə və Süleyman Ələsgərov)

Filmoqrafiya

  1. Adı sənin, dadı mənim (film, 1980) (tammetrajlı televiziya tamaşası) (AzTV)
  2. Aktrisanın təbəssümü (film, 1974)
  3. Arşın mal alan (film, 1965)
  4. Aygün (film, 1960)
  5. Bizim küçə (film, 1961)
  6. Evləri köndələn yar (film, 1982)
  7. İnsan məskən salır (film, 1967)
  8. İyirmialtılar (film, 1966)
  9. Qanun naminə (film, 1968)
  10. Qaraca qız (film, 1966)(film, kinoalmanax)
  11. Qatır Məmməd (film, 1974)
  12. Metranpaj
  13. Musiqi müəllimi (film, 1983)
  14. Nəsimi (film, 1973)
  15. O qızı tapın (film, 1970)
  16. Od içində (film, 1978)
  17. Poçt qutusu (film, 1967)
  18. Skripkanın sərgüzəşti (film, 1972)
  19. Sonuncu məhəbbət (film, 1985)
  20. Torpaq. Dəniz. Od. Səma (film, 1967)
  21. Tütək səsi (film, 1975)
  22. Ulduz (film, 1964)
  23. Uşaqlığın son gecəsi (film, 1968)
  24. Yaşamaq gözəldir, qardaşım! (film, 1966)

İstinadlar

Mənbə

İlham Rəhimli-Azərbaycan Dövlət Musiqili Teatrı(səhifə 438-439-440-441)

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!