Ulduz (film, 1964)

Ulduz
Filmin afişası
Filmin afişası
Janr komediya
musiqili
məhəbbət
Rejissor Ağarza Quliyev
Əsərin müəllifi Süleyman Ələsgərov
Ssenari müəllifləri Ağarza Quliyev
Hüseyn Nəcəfov
Baş rollarda Tamilla Rüstəmova
Hacımurad Yegizarov
Lütfəli Abdullayev
Nəsibə Zeynalova
Məleykə Ağazadə
Bəşir Səfəroğlu
Hacıbaba Bağırov
Səyavuş Aslan
Suğra Bağırzadə
Operator Yuli Fogelman
Bəstəkar Süleyman Ələsgərov
Rəssam Kamil Nəcəfzadə
İstehsalçı "Azərbaycanfilm" Kinostudiyası
İlk baxış tarixi 29 mart 1965[1]
Filmin növü tammetrajlı bədii film
Müddət 73 dəq.
Ölkə SSRİ SSRİ
Dil azərbaycanca
İl 1964
Texniki məlumatlar 8 hissə, 2137 metr, 35 mm
Rəng ağ-qara
IMDb ID4261760

Ulduz — rejissor Ağarza Quliyevin[2] filmi.[3] 1964-cü ildə bəstəkar Süleyman Ələsgərovun eyniadlı pyesi əsasında ekranlaşdırılıb. Böyük şöhrət qazanmış komediya dəfələrlə müxtəlif teatr səhnələrində tamaşaya qoyulub. 1965-ci il martın 29-da Nizami adına kinoteatrda “Ulduz” musiqili kinokomediyasına ilk baxış keçirilib. Ağarza Quliyevin quruluş verdiyi bu filmdə bir daha məşhur aktyorlar — Bəşir Səfəroğlu, Lütfəli Abdullayev, Nəsibə Zeynalova, Səyavuş Aslan, Məleykə Ağazadə, Hacıbaba Bağırov və digər sənətkarlar yer alıblar. Filmin əsas çəkilişləri Astara rayonunda aparılıb.

Məzmun

Kinokomediya iki sevən gəncin saf məhəbbətindən, eyni zamanda elmin həyatla əlaqəsindən, kəndin qabaqcıl ziyalılarının elmlə heç bir əlaqəsi olmayanlara, vəzifəpərəstlərə qarşı apardıqları mübarizədən danışır.

Film haqqında

Film bəstəkar Süleyman Ələsgərovun eyniadlı operettasının motivləri əsasında ekranlaşdırılıb. Böyük şöhrət qazanmış komediya dəfələrlə müxtəlif teatr səhnələrində tamaşaya qoyulub. 1965-ci il martın 29-da Nizami adına kinoteatrda “Ulduz” musiqili kinokomediyasına ilk baxış keçirilib. Ağarza Quliyevin quruluş verdiyi bu filmdə bir daha məşhur aktyorlar — Bəşir Səfəroğlu, Lütfəli Abdullayev, Nəsibə Zeynalova, Səyavuş Aslan, Məleykə Ağazadə, Hacıbaba Bağırov və digər sənətkarlar yer alıblar. Filmin əsas çəkilişləri Astara rayonunda aparılıb. Bəzi kadrlar Lənkəranda, toy səhnəsi kinostudiyanın pavilyonunda, ilk səhnələr isə Mərdəkan qəsəbəsinin Mədəniyyət Sarayında lentə alınıb. Filmin sınaq çəkilişlərində Şubay roluna namizəd kimi aktyor Tariyel Qasımov iştirak edib.[4] Hacıbaba Bağırovun kinoda ilk işi olub. Filmin maraq doğuran tvist səhnəsində Məleykə Ağazadə (Nazilə)Hacıbaba Bağırov (Möhsün) Çubbi Çekerin ifasında ing. Let's Twist Again mahnısını həqiqətən də özləri oynayıblar.

Tamilla Rüstəmovanın (Ulduz) peşəkar aktrisa deyil, televiziya diktoru olması, Suğra Bağırzadənin (Yetər) isə hələ məktəb şagirdi olması film tənqidçiləri tərəfindən tənqid olunub.

2019-cu ilin noyabrında filmin 55 illiyi ilə əlaqədar, Çingiz Mustafayev adına Fond, ANS Şirkətlər Qrupu və “Səba” ASC-nin sponsorluğu ilə ANS Şirkətlər Qrupuna daxil olan "BALANS" Milli Rəqəmsal Bərpa Studiyası tərəfindən bərpa edilib.

BALANS Milli Rəqəmsal Bərpa Studiyası tərəfindən bərpa edilmiş "Ulduz" filminin yenilənmiş versiyası 2019-cu il dekabrın 3-də Nizami Kino Mərkəzində təqdimat keçirilib. Təqdimatda çıxış edən ANS Şirkətlər Qrupunun prezidenti, rejissor, layihənin ideya müəllifi və rəhbəri Vahid Mustafayev dedi ki, 1964-cü ildə Ağarza Quliyev tərəfindən lentə alınmış “Ulduz” filminin pozitivi çox keyfiyyətsiz olub və mütəxəssislər onu çətinliklə də olsa, bərpa edib. Vahid Mustafayev filmin əvvəlki və bərpadan sonrakı vəziyyətini ekranda əyani şəkildə nümayiş etdirib.

Mərasimdə çıxış edən “Səba” ASC-nin Baş direktoru Fuad Ələkbərov bu tip layihələrdə iştirak etdiklərinə görə fəxr hissi keçirdiyini bildirib. Təqdimat mərasimində çıxış edən "Azərbaycanfilm" kinostudiyasının direktoru Cəmil Quliyev Azərbaycan kino incilərini bərpa edib Azərbaycan xalqına qaytardığına görə Vahid Mustafayevə təşəkkür edib.

Daha sonra filmdə Yetər obrazında çəkilən Suğra Bağırzadə filmin çəkilişi ilə bağlı xatirələrini bölüşüb. "Ulduz" musiqili operettasının müəllifi Süleyman Ələsgərovun (1924-2000) nəvəsi Tahir İmanov milli sərvətimiz olan "Ulduz" filmini bərpa etdiyinə görə Süleyman Ələsgərovun ailəsi adından Çingiz Mustafayev adına Fonda, ANS Şirkətlər Qrupuna, Vahid Mustafayevə, "Səba" şirkətinə və "BALANS Studiyası"na təşəkkürünü bildirib.

Təqdimatda Oqtay Mirqasımov, Fəxriyyə Xələfova, Cənnət Səlimova, Ayaz Salayev, Vasif Babayev kimi bir çox mədəniyyət, elm, ictimai xadimlər, iş adamları iştirak ediblər.[5]

Filmin heyəti

Film üzərində işləyənlər

Əsərin müəllifi: Süleyman Ələsgərov
Ssenari müəllifi: Ağarza Quliyev, Hüseyn Nəcəfov, Yuli Fogelman
Libretto: Sabit Rəhman[6]
Mahnıların mətni: Zeynal Cabbarzadə
Quruluşçu rejissor: Ağarza Quliyev
Quruluşçu operator: Yuli Fogelman
Quruluşçu rəssam: Kamil Nəcəfzadə
Bəstəkar: Süleyman Ələsgərov
Rejissor: Niyaz Şərifov
Geyim rəssamı: Faiq Əhmədov
Səs operatoru: Şamil Kərimov
Redaktor: Hüseyn Nəcəfov
Rejissor assistenti: L.Berladir, Ə. İsmayılov
Operator assistenti: Eduard Qalakçiyev, Valeri Kərimov
Rəssam assistenti: Ə.Əzizov
Rəqslərin quruluşu: Əminə Dilbazi
Qrim rəssamı: Y.Skaçenkova, Telman Yunusov
Quraşdırılmış səhnələrin operatoru: Yuli Fogelman
Quraşdırılmış səhnələrin rəssamı: N.Xarbikov
Çalır: Azərbaycan Musiqili Komediya Teatrının Orkestri
Musiqi rəhbəri: Süleyman Ələsgərov
Dirijor: Süleyman Ələsgərov
Filmin direktoru: Bəşir Quliyev
Mahnı ifa edən: Lütfiyar İmanov, Mirzə Babayev, Mobil Əhmədov

Rollarda

Tamilla Rüstəmova — Ulduz
Hacımurad Yegizarov — Bəxtiyar
Lütfəli Abdullayev — Məhəmməd
Nəsibə Zeynalova — Züleyxa
Məleykə Ağazadə — Nazilə
Bəşir Səfəroğlu — Gülümsərov
Hacıbaba Bağırov — Möhsün
Səyavuş Aslan — Şubay
Suğra Bağırzadə — Yetər[7]
Bahadur Əliyev — Qədir
Əzizağa Qasımov — Əliş
Nəcibə Behbudova — Tamam
Məmmədsadıq Nuriyev — Bayram
Fazil Salayev — Foto-müxbir
Ramiz Məlikov — kənd sakini
Hacı İsmayılov — rəqs edən
Mirzəbala Məlikov — kənd sakini
Əliheydər Həsənzadə — Əbilqasım
Azad Dadaşov — Mahir
Marqarita Şamxoryan — bufetçi
İsmayıl İsayev — kənd sakini

Filmi səsləndirənlər

İsmayıl Əfəndiyev — Gülümsərov (Bəşir Səfəroğlu) (titrlərdə yoxdur)
Məlik Dadaşov — Möhsün (Hacıbaba Bağırov) (titrlərdə yoxdur)
Əminə Yusifqızı — Ulduz (Tamilla Rüstəmova) (titrlərdə yoxdur)
Müxlis Cənizadə — Bəxtiyar (Hacımurad Yegizarov) (titrlərdə yoxdur)
Həsənağa Turabov — Şubay (Səyavuş Aslan) (titrlərdə yoxdur)
Hökümə Qasımova — Tamam (Nəcibə Behbudova) (titrlərdə yoxdur)
Həsən Əbluc — tələbə (titrlərdə yoxdur)

İstinadlar

  1. "Arxivlənmiş surət". 2020-09-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-20.
  2. Azərbaycan SSR Elmlər Akademiyası. Memarlıq və İncəsənət İnstitutu. Nazim Sadıxov. "Ağarza Quliyev haqqında qeyd". Azərbaycan bədii kinosu (1920-1935-ci illər). Bakı: Elm, 1970.- səh. 26.
  3. Novruz, R. “Ulduz”, “Əhməd haradadır?”, “Görüş” filmləri çox sadəlövh filmlərdir: Ramiz Novruz: “Elə şeylər var ki, onu tamaşaçı bilməməlidir”: [Xalq artisti ilə müsahibə] /müsahibəni apardı Xalidə Gəray //Yeni Müsavat.- 2015.- 7 dekabr.- S.13.
  4. Orxan Fikrətoğlu. "Filmin sonu" [Ağarza Quliyevin "Ulduz" filmi haqqında] //ATV.- 2016.- 14 mart.
  5. [https://web.archive.org/web/20220330045725/http://istipress.com/medeniyyet/03-12-2019/dirilis-balansi Arxivləşdirilib 2022-03-30 at the Wayback Machine “Diriliş "Balans”ı" ["BALANS" Milli Rəqəmsal Bərpa Studiyası tərəfindən bərpa edilmiş Ağarza Quliyevin "Ulduz" filminin yenilənmiş versiyası haqqında] //İstipress.-2019.- 3 dekabr.]
  6. Allahverdiyev, E. Şedevrlər kolleksiyası: "O olmasın, bu olsun", "Hicran", "Ulduz", "Əhməd haradadır?" və s.: [Yazıçı və dramaturq Sabit Rəhmanın Azərbaycan kinosunun inkişafındakı rolu haqqında] //Ekran-efir. — 2010.- 14 may.- S. 7.
  7. Bağırova, S. 48 ildir ki, parlayan “Ulduz”: [Əməkdar artist Suğra Bağırova ilə söhbət] //Mərkəz.- 2012.- 1 sentyabr.- S. 14.

Mənbə

  • Azad, Ə. “Kinostudiyada bir gün” [Reportaj] //Ədəbiyyat və incəsənət.- 1964.- 13 iyun.
  • Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 222.
  • Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 814.

Xarici keçidlər

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!