ANS Şirkətlər Qrupu — Azərbaycanda xəbər və televiziya yayımı edən quruluşdur.[1][2]
ANS — 1990-cı ildə jurnalist Vahid Mustafayev, Seyfulla Mustafayev və Mirşahin Ağayev tərəfindən qurulmuşdur. Şirkətin adı ingilis dilindən tərcümədə Azərbaycan Xəbərlər Xidməti mənasını verən "Azerbaijan News Service" (ANS) kəlmələrinin qısaldılmış halıdır. Ayrıca ANS, Sovetlər Birliyindəki ilk xüsusi investisiyalı mətbuat nəşr mənsubudur. Sovetlərin son dövründəki Çeçenistan, Gürcüstan, Osetiya, Qarabağ, Abxaziya, Əfqanıstan, İnquşetiya kimi döyüş və anlaşmazlıqlardakı xəbərləri ANS televiziyasına məşhurluq qazandırmışdır.[2][3] Bu müsahibə və xəbərlər BBC, CNN, NBC, ZDF, ARD, VOX, RAI, TF, RTR, CBS, TBS kimi dünya tərəfindən məşhur beynəlxalq nəşr edən kanallara satılmışdır.[4]
Müstəqil və xüsusi investisiyalı bir nəşr orqanı olaraq ANS Azərbaycanda medianın inkişafında əhəmiyyətli bir rol onamıştır. İndiki vaxtda bu şirkət ANS TV, ANS ÇM, ANS Press və ANS Kommers olmaqla 4 alt şirkətə malikdir.[5][6]