Əlisəttar Ələsgər oğlu Atakişiyev (25 dekabr 1906 – 7 noyabr 1990) — operator, ssenarist və rəssam, Azərbaycanın əməkdar incəsənət xadimi (1960), uşaq-fantastika janrlarının məharətli rejissoru.[1]
Əlisəttar Atakişiyev 1906-cı ildə anadan olmuşdur.
Əlisəttar Atakişiyev 1927-1931-ci illərdə Moskva Ali Rəssamlıq Texniki məktəbində, 1931-1936-cı illərdə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun operatorluq fakultəsində təhsil alıb.[2] Estoniyanın ilk rəngli filmini çəkib.
Kino-operatoru, rejissor və rəssam Əlisəttar Atakişiyev 1960-cı ildə Azərbaycan əməkdar incəsənət xadimi adına layiq görülmüşdür.
Hacıbəyovun eyniadlı musiqili komediyaları əsasında çəkilmiş "Arşın mal alan" (1945, M.Dadaşovla birgə), "O olmasın, bu olsun" (1956) filmlərinin quruluşçu operatoru olmuşdur[3].
Əlisəttar Atakişiyev Moskvada çapdan çıxmış "İbrahimin sərgüzəştləri" əsərinin müəllifidir.[4] Rejissor həmin əsərin ekran variantını yaratmaq arzusunda idi.[5]
Əlisəttar Atakişiyev 1990-cı ildə Moskvada qocalar evində vəfat etmişdir.