Başkənd — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Hacıkənd kənd inzibati ərazi dairəsində kənd.[1]
1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 25.11.2020-ci ildə Azərbaycana qaytarılıb.
Başkənd Kəlbəcər rayonunun Sınıqkilsə inzibati ərazi vahidində kənd. Murovdağ silsiləsinin ətəyindədir. Yerli əhalinin verdiyi məlumata görə, XIX əsrin əvvəllərində Laçın rayonunun Alxaslı kəndindən gəlmiş Hacı Ələmşah adlı bir şəxs burada binə salıb. Sonralar onun törəmələri binə yerində daimi məskunlaşıblar. Kənd qonşu kəndlərə nisbətən yuxarıda yerləşdiyi üçün belə adlandırılmışdır[2].