Orta Qaraçanlı

Orta Qaraçanlı
40°02′06″ şm. e. 46°02′25″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Region Kəlbəcər rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
Xəritəni göstər/gizlə
Orta Qaraçanlı xəritədə
Orta Qaraçanlı
Orta Qaraçanlı
Orta Qaraçanlı xəritədə
Orta Qaraçanlı
Orta Qaraçanlı

Orta QaraçanlıAzərbaycan Respublikasının Kəlbəcər rayonunun Qaraçanlı kənd inzibati ərazi dairəsində kənd.[1]

1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin uğurlu əməliyyatları nəticəsində Azərbaycana qaytarılıb.

Tarixi

Orta Qaraçanlı kəndi Uluxan çayinın (Tərtər çayının qolu) sahilində, Dağətəyi ərazidədir. XIX əsrdə Zəngəzur qəzasında mövcud olmuş Qaraçanli adlı kəndin əsasında yaranmiş Baş Qaraçanlı (Laçın rayonu), Aşağı QaraçanlıOrta Qaraçanlı (Kəlbəcər rayonu) adlı yaşayış məntəqəlarindən biridir. Oykonim “ortada, mərkəzdə yerləşən Qaraçanlı kəndi” mənasındadır.[2]

Rayon mərkəzindən 9–10 km aralı, Kəlbəcər-İstisu yolunun sol tərəfində, Uluxan çayının sahillərində yerləşir. 3 kənddən, bir inzibati vahiddən ibarətdir. Bir orta məktəb, bir kitabxana, bir tibb məntəqəsi var idi. Buz bulaqları, gözəl yaylaqları, uca dağları, qonaqpərvər insanları var idi.

İstinadlar

  1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (az.). stat.gov.az. 2019. 2020-04-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-04-16.
  2. Orta Qaraçanlı // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-156-0.

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!