Yanşaq kəndi Murovdağ silsiləsinin yamacındadir. Əhalisi Ayrım tayfasından gəlmədir.{{mənbə yoxdur|22|12|17}} (Ayrımlar (yaxud İmi, Eymi, Eymir, Eymür.) — Oğuz xaqan dastanına görə 24 oğuz boyundan biri və Mahmud Kaşğarinin Divanü Lüğat-it-Türk kitabına görə 24 oğuz boyunun 11-si.
"Yanşaq" qədim türk dillərində və Azərbaycan dilinin dialektlərində "aşıq" dəməkdir. Yanşaq kənd icra nümayəndəliyine Yanşaq, Zallar, Yanşaqbinə kəndləri daxildirlər. Yanşaq kəndinin ərazisindən eyniadlı çay axır.[2]
Bir ay əvvəl Azərbaycan ordusu Kəlbəcərin Yanşaq kəndini ermənilərdən geri alanda gedib baxdım. Bircə görəydiniz ermənilər bir neçə ayın içində orada necə də möhkəm müdafiə səddi qurmuşdular! Hər tərəfdə topdağıtmaz beton qurğular ucaldılmışdı. 25 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir.[3]